Bu çörək zavodları təhlükə saçır – RƏSMİ SİYAHI

Bu çörək zavodları təhlükə saçır – RƏSMİ SİYAHIAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.

AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib.

Aparılmış sınaq nümunələrinin nəticələrinə əsasən Səbail rayonu Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 4 ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov İlqar Nizami oğluna məxsus, Xətai rayonu Neapol küçəsi 23 ünvanında fəaliyyət göstərən "Xətai-3" Kommersiya İstehsalat Mərkəzinə məxsus, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri şossesi ev 25 ünvanında fəaliyyət göstərən "31 saylı çörəkbişirmə müəssisəsi" MMC-yə məxsus, Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesində fəaliyyət göstərən "Baker Azərbaycan" MMC-yə məxsus və Xətai rayonu S.Əhmədov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Ehtiram Hüseynbala oğluna məxsus çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi, digər müəssisələrdə isə istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub.

Kartof xəstəliyi aşkar olunan çörəkbişirmə müəssisələrində nöqsanların ətraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması üçün tədbirlərinin gücləndirilməsi məqsədilə yoxlama həyata keçirilmiş və aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələr barədə yol verilmiş pozuntular aradan qaldırılanadək məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Həmçinin həmin müəssisələr barəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə inzibati protokol tərtib edilib.

Digər müəssisələrdə aşkar olunmuş faktlar insan həyatı və sağlamlığına mühüm təhlükə yaratmadığından, həmin müəssisə sahiblərinə aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması və təkrar müayinələrin aparılacağı ilə bağlı xəbərdarlıq edilib.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1546   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel