Üç ali təhsili olan Yusif Ukraynada səfil həyatı yaşayır – VİDEO

Üç ali təhsili olan Yusif Ukraynada səfil həyatı yaşayır – VİDEOUkraynanın Mariupol şəhərinin Levoberejnaya rayonunda xiyabanlardan birində Yusif Nağıyev adlı şəxs yaşayır.

Səfil həyat tərzi sürən şəxs həyatı ilə bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib.

Məlum olub ki, o, azərbaycanlıdır. Hazırda 56 yaşı var. Kişi deyir ki, vətənində sovxoz direktoru olub və üç ali təhsili var.

Onun sözlərinə görə, onun vətənində övladları, ikimərtəbəli evi və torpaq sahəsi var. Ancaq naməlum səbəblərdən (Mixail Qorbaçovu ittiham edir – red.) 1992-ci ildə o, Mariupola işləməyə gəlib.

"Mən hər şey bacarıram. Yaxşı bənnayam", - Yusif ləhcə ilə danışır.

O bildirib ki, uzun müddət qaldığı evin sahibi vəfat edib. Həmin vaxt o, xəstəxanada idi. Evə qayıtdığında isə qapı bağlı olub. Yusif deyib ki, həmin evdə onun əşyaları və pulları qalıb. Ev sahibinin qızından isə həmin əşyaları götürə bilməyib.

Yusifin səfil həyatı belə başlayıb. Bu qış onun don vurmuş ayağının bir hissəsini amputasiya ediblər.

O deyib ki, sağalması üçün ona 50 min qrivnalıq dərman yazıblar, ancaq bunları almaq üçün pulu yoxdur.

İndi hərəkətsiz qalan kişi bütün günü xiyabanda qalır. Ona yerli sakinlər kömək edir, yemək gətirir.

Kişinin üzündə xəsarətlər var. Burnu sınıb. Dediyinə görə, bir müddət əvvəl yıxılıb. Üzündəki qan izi hələ də görünür.

Onun sözlərinə görə, spirtli içki qəbul etsə də, özünü sakit aparır və heç kimə ilişmir.

Yusif yaxın vaxtlarda soyuqların başlayacağından və küçədə qalmağın mümkünsüzlüyündən qorxur.

"Tezliklə qar yağacaq. Küçədə 15-20 dərəcə şaxta olacaq. Mən nə etməliyəm?", - köməksiz şəxs soruşur.

O, bütün ümidləri Qırmızı Xaçda görür. Yusif inanır ki, bu təşkilat onu vətənində ailəsinə qovuşduracaq.

oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2260   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel