Azərbaycanda keçmiş polisin qonşusunu lüt soyundurub sonra öldürməsinin ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI: Arvadını...

Azərbaycanda keçmiş polisin qonşusunu lüt soyundurub sonra öldürməsinin ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI: Arvadını...Dünən Kürdəmir rayonunda keçmiş polis əməkdaşının qonşusunu güllələyərək öldürməsi hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədov keçən il həyat yoldaşı ilə əlaqəsi olduğuna görə və mütəmadi yazışdığı üçün döydüyü Elsevər Məmmədov həmin hadisədən sonra bir müddət Rusiyada yaşayıb. Belə ki, qonşu qadınla adına xoşagəlməz sözlər yayılan və qadının həyat yoldaşı tərəfindən çöllük əraziyə aparılaraq lüt soyundurulan E.Məmmədov qonşu ölkəyə gedib. O, Rusiyada olduğu müddətdə Mübarizdən qisas almaq məqsədi ilə sosial şəbəkələrdə onun həyat yoldaşı ilə yazışmalarını paylaşıb. Bu azmış kimi Yutubda bununla bağlı video da yerləşdirib. Mübariz Əhmədovun xəbərdarlığı və digər tanıyan şəxslərin müdaxiləsindən sonra həmin paylaşımların bir hissəsi sosial şəbəkələrdən silinib.

Nəhayət bir müddət əvvəl Elsevər Rusiyadan Azərbaycana qayıdıb və Kürdəmirdəki evində yaşamağa davam edib. Bütün xoşagəlməz hadisələrin və qonşusunun onun həyat yoldaşı ilə əlaqəsinin olması ilə bağlı söz-söhbətlərin təsiri altında olan Mübariz odlu silahla onu öldürmək qərarına gəlib. O, dünən günorta saatlarında qonşusunun evinə gələrək onu güllələyib. E.Məmmədov hadisə yerindəcə keçinib.

Qeyd edək ki, keçən il Mübariz Əhmədov Elsevəri arvadı ilə yazışdığı üçün rayonda çöllük əraziyə apararaq, bir qrup şəxslə döyüb və orada Elsevəri lüt soyunduraraq geri qayıdıb. Elsevər Məmmədovun həmin hadisədən şikayətçi olması səbəbindən məhkəmə keçirilib və M.Əhmədov 1 il müddətinə islah işlərinə məhkum edilmişdi.

Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 8784   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel