Türkiyədə azərbaycanlı iş adamını öldürən Dəmirova dair maraqlı faktlar: Qarabağda döyüşüb

Türkiyədə azərbaycanlı iş adamını öldürən Dəmirova dair maraqlı faktlar: Qarabağda döyüşübDünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır. Onun Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamı olduğu bildirilir.
Türkiyə mediasında yer alan məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisə zamanı tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxararaq şərikinə 3 dəfə atəş açıb.

Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər – Gözəl Dəmirovun sürücüsü də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.

Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işlərinin olduğu söylənilir. Gözəl Dəmirovun hətta "Fənərbaxça" klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da qeyd edilir.

Modern.az saytı Gözəl Dəmirovla bağlı apardığı kiçik araşdırma aparıb. Araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.

Gözəl Dəmirov haqqında Modern.az-a danışan sabiq polis rəisi Mahmud Hacıyev vaxtilə - AXC hakimiyyəti dövründə onunla birgə çalışdığını bildirib.

Maraqlıdır ki, G.Dəmirov dünən gecə həmyerlisini öldürməklə qatilə çevrilməsinə baxmayaraq, M.Hacıyev onun müsbət xarakterli bir şəxs olduğunu vurğulayıb:

"Gözəl Dəmirov səhv xatırlamıramsa, əslən Sabirabaddan idi. Hardasa 66-67 yaşı olar. Ucaboylu, ağbəniz, cüssəli kişi idi. Cavan vaxtlarında Bakı İstintaq İdarəsində, daha sonra Daxili İşlər Nazirliyində idarə rəisi işləyib. Biz onunla Daxili İşlər Nazirliyində bir yerdə işləmişik. Bir orqan işçisi kimi münasibətlərimiz olub. Çox yaxşı, mərd, ürəkli insan idi, kasıba, imkansıza əl tutan idi. Müharibə vaxtlarında çox köməklikləri olub, bu cür hərəkəti edəcəyini ağlıma belə gətirməzdim. 90-cı illərin əvvəllərində beynəlxalq konvensiyalara uyğun olmasa da, Pakistandan, Əfqanıstandan mücahidlər gəlib Qarabağda bizə kömək edirdilər. Gözəl Dəmirovun onların Azərbaycana gəlməsində, döyüş bölgəsinə aparılmasında xüsusi əməyi olub. Həqiqətən nümunəvi işçi idi. Çox müsbət adam idi. O vaxt Müdafiə Nazirliyi yox idi. Müharibədə vuruşanların, köməklik edənlərin əksəriyyəti elə polislər idi. Gözəl Dəmirov da ən yaxşılardan biri idi".

Mahmud Hacıyevin sözlərinə görə, 1994-1995-ci illərdə Gözəl Dəmirovun başının üzərində "qara buludlar" dolaşırmış:

"Onun həbsinə hazırlıq gedirdi. Polkovnik-leytenant rütbəsindəydi. Ona görə də orqandan xaric olunaraq, hər şeyini yığıb Türkiyəyə getdi. Ailəli idi. Bildiyim qədəriylə 2 övladı var. Türkiyədə bizneslə məşğul olmağa başladı. Ora gedəndən sonra əlaqələrimiz olmasa da, gedib-gələnlərdən xəbərləşirdik. Orada da normal həyat tərzi sürürdü, bacarıqlı, hörmətli, hər mənada yaxşı insan idi. Bilirsiniz, onun haqqında pis bircə dənə də fikir söyləyə bilmirəm. Gör o boyda orqanda çalışmış olasan, ağlın, kamalın ola, axırda qətl törədəsən. Amma yəqin ki, səbəbsiz olmaz. Gör nə vəziyyətə çatıb ki, belə hadisə törədib. İlyas İsmayılovun Amerikadakı oğlu özünə oxşayır. Özü kimi yaxşı insandır. Amma mərhum Etimad İsmayılovu yaxşı tanımıram.

Axı niyə belə bir vəziyyət yaranıb ki, Gözəl silaha əl atıb?

Gözəl Dəmirov 25 ilə yaxındır Türkiyədədir, yenə deyirəm, bir adam da onun haqqında nəsə pis deyə bilməz. Kasıba, evsizə əl tutan idi. Hədsiz müsbət adam idi. Yəni kiməsə pul atan, kiməsə torba tikən biri deyildi. Bayaqdan onun haqqında ancaq müsbət fikirlər söyləyirəm. Yerlim deyil, qohumum deyil, mən qazaxlı, o, sabirabadlı. Amma adam gərək haqqına danışsın. Allah Etimada rəhmət eləsin".

Qeyd edək ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidov da Modern.az saytına müsahibəsində Gözəl Dəmirov haqda maraqlı fakt açıqlayıb:

"Tale elə gətirib ki, Elçibəy prezident olanda bu cür işlərə həmişə məni göndərirdi. Bir dəfə yenə məni yanına çağırıb soruşdu ki, "Əfqanıstandan özbək əsilli general Dustumu Bakıya gətirə bilərsən?". Onu Bakıya gətirdim və mən, rəhmətlik Türkeş və Bəyin iştirakıyla dördlükdə ciddi müzakirələr apardıq. General Rəşid Dustum dedi ki, "mənim qüvvələrim azdır, onda qoyun mən qayıdıb baş nazir Hikmətyarla danışım, birinci mərhələdə 200 əfqan döyüşçü gətirilsin".

O vaxt Bakı Soyuducular Zavodunun Dəmirov soyadlı direktoru vardı, onun qardaşı Gözəl Dəmirov da Daxili İşlər Nazirliyində idarə rəisi idi. Gözəli göndərdim Əfqanıstana – Qəndahara. Danışıqlardan sonra ordan 250 nəfər muzdlu döyüşçü gətirildi. Ancaq mən işdən çıxandan sonra onlara yiyə duran olmadı və dağıldılar. Azərbaycana qayıdıb gedənlər də oldu, burda azərbaycanlı qadınlarla ailə qurub qalanlar da. Mən onların biriylə Həcc ziyarətində olduğum zaman rastlaşdım. Məkkədə "Əl – Haram" məscidinə namaz qılmağa getmişdik. İçəri daxil olan kimi bir ucaboylu, cüssəli şəxs mənə yaxınlaşıb salam verdi. Soruşdum ki, "kimsən, səni tanıya bilmədim". Dedi, "mən Azərbaycanda sizin rəhbərliyiniz altında döyüşmüşəm. Azərbaycandan xəbərimiz var və gözdə - qulaqdayıq ki, ikinci Qarabağ savaşı başlasın, gəlib qardaşlarımızın qisasını alaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 9857   Tarix: 20 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb. Lent.az xəbər verir ki, bu barədə məlumatı öz mənbə

Ermənistanda "Döyüş Qardaşlığı" adlı silahlı qrup saxlanılıb. Ermənistan mətbuatının məlumatına görə, dəstə üzvləri Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar. Dəstənin 24 üzvünün saxlanıldığı və silah-sursatlarının müsadirə edildiyi vurğulanıb

24 mart
.

Qəbələdə beş otaqlı evdə yanğın olub

Qəbələdə beş otaqlı evdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 kvadratmetr olan birmərtəbəli beşotaqlı evin dörd otağının və dam örtüyünün yanar konstruksiyaları 153 kvadratmetr sahədə yanıb. Evin qala

24 mart
.

"Crocus"da ölənlərdən biri TANINMIŞ İMİŞ - FOTO

Martın 22-si "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı zamanı "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova həlak olub. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə " onun yaxınlarına istinadən məlumat yayıb. 42 yaşlı Novoselovanın adı Moskva vilayətini

24 mart
.

"Crocus City Hall"da yalın əllə terrorçunu zərərsizləşdirən şəxs danışdı

Moskvada, "Crocus City Hall"da hücumu həyata keçirənlərdən birini yalın əlləri ilə zərərsizləşdirən şəxs konsert zalında baş verənlərdən danışıb. O qeyd edib ki, hadisə vaxtı "Crocus City Hall"da həyat yoldaşı ilə birgə olub. "Mən həyat yoldaşıma baxdım və onun gözlərindəki dəhşət

23 mart
.

Dəllək necə terrorçu oldu?-SENSASİON FAKTLAR

Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən "Okruzjnoy" otelində qalıblar. Rusiya mediası həmin oteldən görüntüləri dərc edib. Otel sahibi deyib ki, onlar martın əvvəlində otaq götürüblər, özlərin

23 mart
.

"Crocus City Hall"da yüzdən çox insanı ölümdən xilas edən 15 yaşlı azərbaycanlı qəhrəman DANIŞDI: "Başa düşdüm ki, getsəm..."

"Crocus City Hall"da baş verən hadisələr zamanı öz səyləri sayəsində yüzdən çox insanı ölümdən xilas edən on beş yaşlı məktəbli İslam Xəlilov ilə söhbətində başına gələnlərdən danışıb. xəbər verir ki, gənc bir il konsert zalının qarderobunda yarımştat işləyib. Yarım saat ərzində o, 100-də

24 mart
.

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bak

23 mart
.

"Crocus City Hall"da terror anının daha bir dəhşətli görüntüsü: "Ora dalandır! Aşağı qaçaq" - VİDEO

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir. Kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub. Videoda onların oturacaqları

23 mart
.

Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Lerikə istirahətə gedən Bakı şəhər sakinlərinin qidadan hansı səbəbdən zəhərləndiyi ilə bağlı araşdırma aparılır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) -ın sorğusuna cavab olaraq bildirib ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən

27 mart