680 bal toplayan gəncdən ŞOK ADDIM: Universitetdən və prezident təqaüdündən imtina etdi, sonra...

680 bal toplayan gəncdən ŞOK ADDIM: Universitetdən və prezident təqaüdündən imtina etdi, sonra...Bu il 681 balla Bakı Ali Neft Məktəbinə daxil olan Vüsal Həsrətli uğurun sirrini bölüşüb. O, yüksək balla daxili olduğu Azərbaycan Tibb Universiteti və Prezident təqaüdündən imtina edərək yenidən imtahan verib və sevdiyi ixtisas və ali məktəbi seçib.

Publika.az Vüsalın Həsrətlinin müsahibəsini təqdim edir:

- Özünüz haqda bir az məlumat verərdiniz.

- Mən Vüsal Həsrətli, 19 yaşım var. Biləsuvarlıyam və orda yaşayıram. 7,8,9-cu sinifləri Lənkəranda liseydə oxumuşam. 2016-ci ildə isə M.İbrahimov adına Biləsuvar Liseyindən məzun olmuşam. Uzun müddət şahmatla məşğul olmuşam. Təbiətcə sakit, səbirli və dostcanlı biriyəm.

- Həkimliyə marağınız nədən yaranmışdı?

- Həkimliyə heç vaxt marağım olmayıb. Sadəcə ailə böyüklərinin arzularını reallaşdırmaq və məktəbin yönləndirməsiylə belə alınmışdı.

-Bəs nə baş verdi ki Prezident təqaüdçüsü olan tibb tələbəsi təhsilini yarımçıq qoyaraq hər şeyi kökündən dəyişdi?

- Tibbdə təhsilin ilk ayları normal keçdi, lakin sonradan həvəssiz olduğum üçün bu təhsil məndə maraq oyada bilmədi. Uzun müddət ayrılmağı düşündüm. Amma nə vaxt bu barədə danışsam hamı həkimliyi tərifləyirdi, deyirdilər ömürlük işdi, hər zaman qazancın olacaq, hamı hörmətini saxlayacaq və s.

- Mühəndisliyə marağınız nə zamandan formalaşdı?

- Jül Vernin "Sirli ada" əsərini oxumuşdum orda bir obraz var - Mühəndis Sayres Smit. Onun adada gördüyü işlər, etdiyi ölçmələr və düzəltdiyi cihazlar məni heyran etmişdi. Sonradan kimya dərsini keçməyə başlayanda başa düşdüm ki, mən məhz bu sahənin adamıyam.

- Bu hadisə ölkədə nadir hallardan biri hesab edilir. Bəs niyə məhz BANM?

- 11-ci sinifdə bizi universitetlərlə tanış olmaq məqsədilə BANM-a aparmışdılar. Elə o zamandan universitet çox xoşuma gəlmişdi. Hətta qayıtdıqdan sonra qrupumu dəyişib birinci ixtisas qrupu üzrə qəbul imtahanı vermək istədim, amma gec idi. BANM mənim ixtisasım üzrə ən yaxşısıdır.

- Sizcə, BANM-ı digər universitetlərdən üstün edən amil hansıdır?

- BANM digər universitetlərlə müqayisədə yeni olsa da ilk ilindən fərqini ortaya qoymağı bacarmış bir universitetdir. Məzunları haqqında bir az məlumat oxumaq kifayətdir.

- Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyirsiniz?

- Mən vətənpərvər insanam. Həmişə istəmişəm ki ölkəm üçün, xalq üçün böyük işlər görüm. Xalqıma xidmət edəcək istənilən layihəni reallaşdırmağa varam.

- İki fərqli ixtisasa yüksək balla qəbul olunan tələbənin maraqları nədən ibarətdir?

- İdmanın demək olar ki bütün sahələrinə marağım var, əsasən də döyüş növlərinə. Futbol və voleybolu yaxşı oynayıram. Müntəzəm idmanla məşğul oluram. Dərs oxumadığım vaxtlarda film izləyirəm, radio dinləyirəm. Bir də çoxlu bioqrafiya oxuyuram. Bağ işləri görürəm. Ümumiyyətlə, vaxtımın boşa keçməsini xoşlamıram.

- Hazırlaşdığınız hər 2 ixtisas qrupunda tarix fənni yoxdur. Bəs tarixə marağınız nə dərəcədədir?

- Mən tarixi həmişə oxumuşam. Liseydə oxuyarkən yarışlarda Tarix fənni üzrə kifayət qədər uğulu nəticələr əldə etmişəm. Amma düzü, 10-cu və 11-ci siniflərdə buna imkan çox olmayıb.

- Hazırda mühəndisliyə maraq artmaqdadır. Fikrinizcə, bu sahənin bu qədər aktual olmasına səbəb nədir?

- Mühəndisliyə maraq insanlarda əslində həmişə olub. Sadəcə, son dövrlərdə bu sahə sürətli inkişaf eydiyinə görə təlabat artır, insanlar isə hər şeyin yaxşısını istəyir. Bu səbəbdən də əvvəlkindən daha çox gəncin mühəndisliyə marağı artır.

-Həkimlik və mühəndislik. Fikrinizcə, ölkəmizdə bu 2 peşənin hansında peşəkarlar daha çoxluq təşkil edir?

-Düşünürəm ki, yaxşı həkim çox azdır, ən azından bölgələrdə bu belədir. Son dövrlərdə mühəndislərin sayı artıb, amma peşəkarlıq səviyyələri haqqında hələki heç nə deyə bilmərəm.

- Prezident təqaüdçüsü statusunu itirdiniz. Buna görə üzülürsünüzmü?

- Məncə, daha çox valideynlərim üzülür.

- BANM-ın 4 maraqlı ixtisası var. Niyə məhz "Kimya mühəndisliyi"ni seçdiniz?

- Hazırda "Kimya mühəndisliyi" geniş bir sahədir və mən daha çox emal işinə yönələcəyimi düşünürəm.

-Növbəti illərdə tələbə adını qazanmaq istəyən abituriyentlərə məsləhətiniz nədir?

-Məsləhətim odur ki, dərslərini müəyyən qrafiklə oxusunlar və smartfon, televizor, kompüterdən tamamilə uzaq olsunlar.

- Səmimi müsahibəyə görə təşəkkürlər. Dərslərinizdə uğurlar diləyirik.

- Mən də müsahibəyə görə təşəkkür edirəm. Maraqlı müsahibə oldu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9917   Tarix: 21 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel