Bakıda 3D formatlı piyada zolaqları qurulacaq?.. - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə olaraq Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində 3D formatlı piyada zolağı çəkilib. Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqlarının şəhərin digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.
Piyada zolaqlarının yaxınlığında ölümlə nəticələnən qəzaların baş verməsinin qarşısını almaq üçün bu cür zolaqların effektli olduğu bildirilir.
Ekspertlərin bildirdiyinə görə, "zebra" adlandırdığımız eynisəviyyəli piyada keçidlərinin maarifləndirmə məqsədilə şəhərin iki yerində çəkilməsinə icazə verilir.
Bakıda da belə piyada keçidləri çəkilə bilərmi?
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a bildirib ki, bu kimi piyada keçidlərinin çəkilməsi maarifləndirmə aksiyaları çərçivəsində mümkündür:
"Burada əsas məqsəd sürücülərin diqqətini piyada təhlükəsizliyinə yönəltməkdir. Bildiyiniz kimi, Bakıda da piyada təhlükəsizliyi ilə bağlı həm maarifləndirmə, həm də uyğun infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Əlbətdə həyata keçirdiyimiz piyada təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri çərçivəsində buna bənzər tərtibatda piyada keçidlərin çəkilməsi mümkündür".
M.Ağayev bildirib ki, maarifləndirmə işləri çərçivəsində ehtiyac yaranarsa, bu cür piyada zolaqları salına bilər.
Qeyd edək ki, 3D formatlı zolaqlar yerə düzülmüş bordür effekti yaradır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1164 Tarix: 21 sentyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin
23 aprel4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı
Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy
23 aprelRamiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu
23 aprelPaytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
23 aprelElçin Əfəndiyev əməliyyat olunub
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib
22 aprelƏhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib
23 aprelAzərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada
23 aprel