Deputat oğlunun da zərər çəkdiyi 1 milyonluq dələduzluq işində qalmaqal

Deputat oğlunun da zərər çəkdiyi 1 milyonluq dələduzluq işində qalmaqalSentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Bəşirov ifadə verib.

O deyib ki, E.İbrahimovu 2009-2013-cü illərdə işlətdiyi çay evindən tanıyıb: "Həmin dövrlərdə Elnur ora gəlib-gedirdi. 2012-ci ildə Elnura 8 min manat pul verdim. Pulu həftə-həftə gətirib mənə qaytarıb. Ümumilikdə, ona 20 min manat pul vermişəm. Pulumu hissə-hissə qaytardı. O, pulu iş qurmaq adı ilə almışdı. Demişdi ki, ucuz yolla katric alıb satır. Mən də pul verdim, çünkü qazanc əldə etmək niyyətim vardı. Məni bu işə Həbib Axundov cəlb etməyib, öz təşəbbüsümlə E.İbrahimova yaxınlaşmışam".

Bu zaman Fərman Məmmədovun vəkili Tahir Əlirzayev şahidə müxtəlif suallar verərək Həbib Axundovun əleyhinə bir cavab almağa, onun adının hallanmasına çalışan zaman E.İbrahimovun vəkili Fazil Məmmədov yerdən ona irad tutaraq bunun Elnur İbrahimovun məhkəməsi olduğunu xatırladıb:

"Siz neçə vaxtdır məhkəmənin gedişatına mane olursunuz" - deyən zaman Fərman Məmmədov özündən çıxaraq vəkilə səs qaldırıb və ona təhqiramiz sözlər işlədibdir.

Bu nalaiq hərəkətdən hakimlərdən biri əsəbləşərək öz növbəsində onlara irad tutub:

"Bəsdirin daha məhkəməni teatra çevirdiniz, siz artıq neçə iclasdır ki, məhkəmənin gedişatına mane olmağa, onu qəsdən uzatmağa çalışırsınız".

Zərərçəkmiş H.Axundovun vəkili Afət Qaziyeva isə vurğulayıb ki, bu məhkəmə heç də Fərman Məmmədov və Həbib Axundovun məhkəməsi deyil, E.İbrahimovun məhkəməsidir. O ki qaldı şahidlərin ifadəsinə, işə gedişatından göründüyü kimi, onlar bu işə öz təşəbbüsləri ilə gəldiyini, H.Axundova heç bir faiz vermədiklərini bildiriblər. Buna rəğmən yenə də F.Məmmədov onların mövzudan kənara çıxaraq, şahidlərə H.Axundov haqqında suallar verməsini, lakin onlardan istədiyi cavabı ala bilmədikdə isə təkrar-təkrar eyni sualları verərək məhkəmənin gedişatına mane olduğunu və sadəcə məqsədlərinin H.Axundovun adının hallanması, olduğunu qeyd edərək, öz iradlarını bildirib.

Məhkmənin gedişatından yaşanan çıxışlardan və mətbuatdakı məqalələrdən etdiyimiz müşahidələr göstərir ki, burada əsas məqsəd prosesin məqsədli şəkildə uzadılması və hər dəfə deputat Elmira Axundovanın və oğlu Həbib Axundovun adlarının qərəzli şəkildə hallandırılaraq, mətbuatın gündəmində saxlanılmasıdır.

Ağır cinayətlər məhkəmələrində gündə onlarla belə işlər baxılır. Bu cinayət işindən daha da ağır cinayət işləri olmasına baxmayaraq onlar ictimailəşdirilmir. Bu məsələ isə daim mətbuat gündəminə çıxarılır. Sual olunur, nə məqsədlə?

20 sentyabrda və ondan öncəki məhkəmə prosesləri ilə bağlı bəzi mətbuat orqanlarında dərc edilən məlumatlarda deyilir: "Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər".

Halbuki məhkəmənin gedişatında tam başqa detallar var, şahidlərin hamısı H.Axundovun onlardan pul almadığını, pullarını Elnur İbrahimova verdiklərini söyləyirlər.

Buradan görünür ki, kimlərsə bu məsələnin daim gündəmdə qalmasına, məhkəmə gedişatı haqqında yalnış təəsurat yaradaraq H.Axundovun əleyhinə yazılmasına çalışır./publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2285   Tarix: 23 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

20 aprel
.

Şəkidə avtomobillər toqquşub: Xəsarət alan var

Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. Həsənovay

21 aprel
.

Gürcüstanda soydaşımız qətlə yetirilib: Sinəsinə 11 bıçaq zərbəsi vurulub - VİDEO

Gürcüstanda soydaşımız qətlə yetirilib. Hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib. Belə ki, itkin düşən 34 yaşlı kənd sakini İsa Hüseynov bir gün sonra Saraçlı meşəsinə yaxın ərazidə ölü halda tapılıb. Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin ekspertiza qrupu cəlb edilib. Ekspertiza nəticəsind

21 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel
.

Balakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c

17 aprel
.

Taxta bazarında zərərçəkən sahibkar: 70-80 min manatlıq ziyan dəyib

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib. Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov "Report"a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb. "Yanğın qonşu sexdə

20 aprel
.

Gəncə şəhərində ev yanb

Gəncə şəhərinin Məhsəti qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 163 kvadratmetr olan evin 68 kvadratmetri yanıb. Əraziyə dərhal FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğı

14 aprel
.

Tayvan sahilləri silkələndi: Sunami təhlükəsi varmı?

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hualien bölgəsindən 51 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəs

21 aprel