Hər il 3 milyon insanı ÖLDÜRƏN "QATİL"

Hər il 3 milyon insanı ÖLDÜRƏN "QATİL"Dünyada hər 20 ölüm halının biri alkoqol istehlakı ilə əlaqədar baş verir.

Bu məlumat Dünya Səhiyyə Təşkilatının (DST) sentyabrın 21-də açıqladığı hesabatda yer alıb. Hesabatda qeyd edilir ki, alkoqol istehlakı hər il dünyada üç milyondan çox insanın həyatına son qoyur. Bu göstərici isə QİÇS, zorakılıq və nəqliyyat qəzaları nəticəsində baş verən ölüm hallarının cəmindən daha çoxdur. Alkoqolla əlaqəli ölənlərin dörddə üç hissəsi kişilərdir.

DST-nin baş direktoru Tedros Adhanom bildirib ki, çoxlu sayda insanlar, ailələr, eləcə də bütöv icmalar alkoqoldan sui-istifadənin müxtəlif fəsadlarından (zorakılıq, müxtəlif xəsarətlər, psixi problemlər, xərçəng və insult kimi xəstəliklər) əziyyət çəkir.

Ümumilikdə 500 səhifəlik hesabatda iki yüzdən çox xəstəliyin birbaşa və ya dolayı yolla alkoqol istehlakı ilə bağlı olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, həddən artıq spirtli içki qəbulu insanların immun sistemini zəiflədərək, onların asanlıqla vərəm, QİÇS, ağciyər iltihabı və digər xəstəliklərə tutulmasına yol açır. 2016-cı ilin statistikası əsasında hazırlanmış hesabatda spirtli içkilərə görə dünyasını dəyişən insanların sayının ümumi ölüm hallarının 5,3 faizini təşkil etdiyi bildirilib.

Bununla belə beynəlxalq təşkilat alkoqol istehlakında azalmanın də müşahidə olunduğunu açıqlayıb. Belə ki, 2012-ci ildə dünyada 3,3 milyon insan alkoqol istehlakından vəfat etdiyi halda, 2016-cı ildə bu göstərici 3 milyon nəfərə düşüb. Bu müsbət tendensiyanın davam etməsi üçün ciddi addımlar atılmalıdır.

Təşkilatın açıqlamasına görə, dünyada 2,3 milyard insan spirtli içki istehlak edir. Qitələr arasında ən çox alkoqol Avropada qəbul edilir.///azərtac


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2275   Tarix: 22 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart