"Moskvaya qayıt, yoxsa öləcəksən" – ABŞ-dakı KQB casusunun dosyesi

"Moskvaya qayıt, yoxsa öləcəksən" – ABŞ-dakı KQB casusunun dosyesiSoyuq müharibə illərində SSRİ tərəfindən casusluq məqsədilə ABŞ-a göndərilən alman əsilli Albert Ditrix uzun illər KQB üçün işləyib. ABŞ-da Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən həbs olunan agent sonradan sərbəst buraxılıb.

Sonxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu məşhur çekist haqqında əvvəllər heç vaxt informasiya olmayıb. Lakin sonradan casusun özü "Dərin gizlilik" adlı xatirələr kitabında bu barədə geniş yazıb.

Jak Barski adı verilən Albert Ditriz "yatan casus" kimi xatırlanır. KQB-nin agenti ABŞ-da amerikalılar kimi yaşayıb. Şərqi Almaniyada doğulan casus 1970-ci illərin ortasında alim kimi universitetdə kimya elmini tədris etməyi planlayırmış. Lakin SSRİ KQB-si onu seçərək Moskvaya aparıb, burada onun bir sıra ölkələrə səfərlərini təşkil edib. Kanada vətəndaşı Viliam Dyson adı ilə bir sıra ölkələri gəzdikdən sonra Ditrix Nyu-Yorka gəlib. O, orada 1955-ci ildə 10 yaşında vəfat edən Jak Barskın pasportundan istifadə etməyə başlayıb.

Barsk qüsursuz şəkildə ingilis dilində danışır və ayda casusluq fəaliyyətinə görə 10 min dollar əmək haqqı alırmış. Ondan keçmişi haqqında soruşan insanlara Yeni Cersidə ağır bir həyat keçirdiyini və liseyi tərk etmək məcburiyyətində qaldığını, illərlə ağır işlərdə işlədiyini bildirir və "təkrar şansımı yoxlamaq üçün Nyu-Yorka gəlməyə qərar verdim" deyirmiş.

Sovet casusu illərcə Jak Barskın doğum haqqında şahadətnaməsindən faydalanıb, hətta özünə sürücülük vəsiqəsi və siğorta kartı alıb.

KQB-nin verdiyi siyahı əsasında yüksək çinli şəxslərlə əlaqə qura bilməyən casus bunun əvəzində Manhettendə işləməyə başlayıb. Barsk bu işi haqqında danışarkən "bu iş mənim amerikanlaşmağıma kömək etdi. Çünki keçmişimə maraq göstərməyən şəxslərlə əlaqə saxlayırdım" deyib. Barsk ABŞ-da yaşadığı ilk dövrlərdə iki ildən bir alman xanımı Gerlinda və oğlu Matausla görüşmək üçün Şərqi Almaniyaya gedirmiş. Ailəsi onun Qazaxıstanda qapalı hərbi hissədə yüksək əməkhaqqı ilə işlədiyini düşünürmüş.

SSRİ-dən ABŞ-a göndərilən üçüncü nəsil casus olduğunu anlayan Barskın özü 10-12 agent yetişdirib. O, deyib ki, yetişdirdiyi casusların bir qisminin hələ də ABŞ-da olduğunu təxmin edir.

Nyu-York Universitetində kompüter mühəndisliyi üzrə təhsil alan və sonradan sığorta şirkətində proqramçı olaraq işləyən KQB agenti ABŞ-da yaşadıqca SSRİ-nin kapitalizm haqqında "şeytanın sistemi" fikrinin yanlış olduğunu düşünməyə başlayıb. Almaniyadakı ailəsi ilə illərcə görüşə bilməyən Barsk ABŞ-da miqrant bir xanımla yenidən ailə qurub və bu evlilikdən bir qızı dünyaya gəlib. Beləcə casus iki fərqli pasporta və ailəyə sahib olub.

Sakit və rahat yaşayan SSRİ casusu ABŞ-da qalmasının 10-cu ilində - 1988-ci ildə KQB-dən "Moskvaya qayıtmalısan, yoxsa ölərsən" mesajını alıb. Geri çağırılmasına səbəb kimi FTB-nin onun gerçəkdən kim olmasını öyrəndiyi haqda şübhələr olub.

Qızını ABŞ-da qoyub Moskvaya qayıtmayacağına qərar verən Barsk KQB-nin bu tələbinin icrasını uzatmağa və başından etməyə başlayıb. Ancaq bundan bir neçə ay sonra KQB-nin digər casusu Nyu-York metrosunda Barskla təsadüfən üz-üzə gəlib və ona "Moskvaya qayıtmağa məcbursan, əks halda öləcəksən" məzmunlu yazılı mesaj verib.

Bundan sonra casus Moskvaya şifrəli məktub yazaraq evinə qayıtmayacağı, ağır xəstəliyə tutulduğu və ABŞ-da qalaraq düzələ biləcəyini qeyd edib. Həmçinin məktubda açıq yazılıb ki, ABŞ-dan ayrılmayacaq və məxfi məlumatları bir daha paylaşmayacaq. Sadəcə ortadan yox olaraq səhhətini qaydaya salmağa çalışacaq.

Bir müddət həbs və ölüm qorxusu yaşayan Barsk bir neçə aydan sonra qapısını nə KQB, nə də FTB-nin döymədiyini görərək rahatlanıb. Beləcə casus özünə orta Amerika təbəqəsinə uyğun həyat qurmağa başlayıb.

Nyu-Yorkda yeni evə köçən casus keçmişinin bir daha onu narahat etməyəcəyini düşünüb. Və beləcə günlərin birində-1991-ci ildə casus SSRİ-nin dağıldığı, süqut etdiyi haqqında informasiya alır. Bu həmin dövr idi ki, Qərb ölkələrində işləyən bir çox sovet casusları Rusiyaya qayıtmaqdan imtina edir, buna görə KQB-nin sirlərini həmin ölkənin kəşfiyyatına verirdilər. Vasili Mitrokin adlı KQB casusu da mövqeyini dəyişərək, KQB-yə işləyən bir çox şəxslərin, o cümlədən Barskın adını FTB-yə verir. FTB 1994-cü ilə qədər Barskı axtarmaqla məşğul olur, hətta düşünülür ki, KQB casusu artıq ABŞ-da yoxdur. Ancaq sonradan Barskın Nyu-Yorkda qaldığı müəyyən edilir və onu FTB agentləri düz 3 il boyunca nəzarətdə saxlayır, casus olub-olmadığını müəyyənləşdirməyə çalışırlar. Evi FTB tərəfindən dinlənilən Barsk təsadüfən xanımı ilə mübahisə edən zaman keçmişini etiraf etməli olur. Fakt və əsas əldə edən FTB əməkdaşları dərhal KQB-nin casusunu həbs edirlər. Qəribədir ki, FTB agentləri onu həbs etməyə gələndə Barsk "harada qalmışınız, niyə gec gəldiniz" deyə sual edib.

Sorğu-suala tutulan Barsk bildiyi hər şeyi ABŞ kəşfiyyatına anladıb və yalan cihazından keçirilib. Barsk həbsə getməyi gözləsə də, həbsə göndərilməyib. FTB Barskın ABŞ vətəndaşlığı almasına köməklik edib. Barsk hətta onu həbs edən FTB agenti ilə illərlə dostluq edib.

Üç dəfə evlənən keçmiş KQB casusu ilk xanımı ilə heç vaxt görüşmədiyini, ancaq Almaniyada olan oğlu ilə əlaqələrə malik olduğunu deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2074   Tarix: 22 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi

ABŞ-da bir restoranın müştərisi ofisiant üçün böyük bir bəxşiş qoyub. Bu barədə onun dostu Reddit platformasında məlumat yayıb. xarici KİV-ə istinadla bildirir ki, istifadəçilərdən biri aprelin 8-də baş vermiş son Günəş tutulması ilə bağlı qeyri-adi hekayəni paylaşıb. Məlumata əsasən, müştəri müntəzə

18 aprel
.

Dəhşət! Ata fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq...

Fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq 4 il ərzində cinsi təcavüz etdiyi məlum olub. xarici mediaya istinadən xəbər verir ki, atanın şübhəli qızını izləmək üçün hamam və tualetə kamera yerləşdirdiyi məlum olub. Fiziki qüsuru səbəbilə axsayaraq yeriyən qız 2022-ci ildə anası və bacısını

19 aprel
.

Dünyanın ən təmizkar ölkələri məlum olub

Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər. Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir. Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir

17 aprel
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. -ə istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehinə 234 səs, Riksdaqdak

18 aprel
.

Hamilə qadın öldü, körpəsi isə yaşayır

Adanada elektrikli velosipeddən yıxılan 9 aylıq hamilə qadın avtobusun altında qalıb. xarici mediaya istinadən xəbər verir ki, ana vəfat edib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları 9 aylıq hamilə olan xəstəxanaya aparılıb. Həkimlər anaın bətnindəki körpəni cərrahi yolla çıxarıblar

18 aprel
.

Boc üstündən qızıl mağazasına silahlı hücum etdi

Daha əvvəl borc məsələsinə görə mübahisə edən iki şəxs arasında silahlı dava olub. xarici mediaya istinadən xəbər verir ki, borcunu ala bilməyən şəxs borclusunun qızıl mağazasına silahlı hücum edib. Hücumçu əvvəlcə avtomobil satıcısına atəş açıb, sonra isə ticarət mərkəzindəki zərgərlik mağazasına hücu

19 aprel
.

"Microsoft" fotoşəkilləri "həddən artıq real" videolara çevirən tətbiq təqdim edib

Microsoft, insanı fotoşəkildən (hətta Mona Lizadan) "danışan baş"a çevirməyə imkan verən VASA-1 süni intellekt platformasını təqdim edib. xəbər verir ki, yeni xidmətin imkanlarını nümayiş etdirən video süni intellekt üzrə ekspert Min Çoi tərəfindən yayımlanıb. VASA-1 səs yazısı əsasında təsvir

18 aprel
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18 aprel
.

"İranın nüvə silahı yoxdur"

"İranın nüvə silahı yoxdur, bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də təsdiq edir". "Qafqazinfo" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə mediasına müsahibəsində deyib. Onun sözlərinə görə, İranın öz nüvə doktrinasını dəyişməsi barədə müzakirələ

19 aprel