Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI

Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHIVahid sovet dövlətinin tərkibində yaşayarkən Azərbaycan və Ermənistan müttəfiq respublikaları əməkdaşlıq etmək məcburiyyətindəydi.

Dağlıq Qarabağda sepratizmin vüsət almasına qədər iki ölkə sənətkarları qarşılıqlı səfərlər, qasrtol turları keçirirdilər. Onlar buna görə ədəbi adlar, mükafatlarla təltif olunurdular.

Bu sırada Sovet Azərbaycanına gələn və "Azərbaycan SSR-in xalq artisti" fəxri adını alan erməni sənət adamları az deyil.

Sonxeber.az modern.az-a istinadən "Azərbaycan SSR-in xalq artisti" fəxri adını almış erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edir.

Abelyan Ovanes – 1932-ci ildə Azərbaycan SSR xalq artistidir. 1865-ci il noyabrın 4-də Şamaxıda anadan olub. Uzun illər Bakı Erməni teatrında səhnə alıb. 1936-cı il iyulun 1-də Yerevanda vəfat edib.

Qriqoryan Mariya İosifovna – 1935-c ildən Azərbaycan SSR xalq artistidir. 1894-cü il iyunun 19-da anadan olub. Bakı və Tiflis teatrlarında aktisa kimi çıxış edib.

Papazyan Vaqram Homeroviç - 1935-ci ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1888-ci il yanvarın 6-da İstanbul şəhərində anadan olub. Tbilisi, Bakı, İstanbul və Leninqrad (Sankt-Peterburq) şəhərlərindəki teatrlarda aktyor kimi çoxsaylı obrazlar yaradıb. 1968-ci il iyunun 5-də Leninqradda vəfat edib.

Arutunyan Xoren Oqanesoviç – 1943-cü ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1891-ci ldə anadan olub. Bakı, Yerevan, Tbilisi və Gümrü teatrlarında aktyorluq edib. 1950-ci ildə vəfat edib.

Arzumanyan Arkadi Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1898-ci il mayın 5-də Şuşada anadan olub. Bakı, Tbilisi və Xankəndi teatrlarında aktyorluq edib. 1956-cı ildən Leninakan (Gümrü) teatrında çalışmağa başlayıb. Arkadi Arzumanyan 1985-ci ildə ölüb.

Arzumanyan Artaşes Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSRİ xalq artistiydi. 1898-ci il mayın 17-də Şuşada anadan olub. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərib. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusən məşhur olub. 1985-ci ildə vəfat edib.

Arutunyan Qurgen Mixayloviç – 1955-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. O, 1905-ci il iyunun 22-də Gəncə şəhərində anadan olub. Qurgen Arutunyan 1929-1949-cu illərdə Bakı Erməni teatında, 1949-1971-ci illərdə isə Xankəndi Dövlət teatrındakı tamaşalarda aktyor kimi çıxış edib. 1973-cü ildə dünyasını dəyişib.

Koqranyan Mixail Aleksandroviç – 1960-cı ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1907-ci il mayın 16-da Gəncədə andan olub. Teatr aktyoru vəı rejissoru kimi Bakı və Xankəndində çalışıb. 1974-cü ildə dünyasını dəyişib.

Osepyan Nina Ovanesovna – 1962-ci ildə Azərbaycan Xalq artisti adına layiq görülüb. O 1913-cü il aprelin 14-də Bakıda anadan olub və uzun illər Xankəndi Dövlər Dram teatrının aktirsası olub. Nina Osepyan 1977-ci il noyabrın 19-da Xankəndində vəfat edib.

Petrosyan Avak Qeqamoviç – 1962-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adı verilib. 1912-ci il martın 29-da Ermənistanın Abovyan rayonun Gəmrəz kəndidə doğulub. 1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olub. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun "Koroğlu" operasının ən yaxşı ifaçısı iddia edirlər.

Adamov Konstantin Haykoviç – 1972-ci ildə Azərbaycan SSR xalq artisi, Azərbaycan SSR Dövlət Mükafatının laureatına layiq görülüb. 1923-cü il avqustun 15-də Bakıda anadan olub. Uzun illər boyu Səməd Vurğun adına Azərbaycan Rus Dram Teartrının aparıcı aktyoru olub.

Xaçaturyan Aram İliç – 1973-cü ildə Azərbaycan SSR xalq artisti fəxri mükafatına layiq görülüb. Bəstəkar kimi Aram Xaçaturyan (1903-1978) SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941,1943,1946,1950) olub, Ermənistan SSR Dövlət himnin müəllifidir (1944).

Ovçiyan Beniamin Afanasyeviç – 1973-cü ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1918-ci il noyabrın 28-də andan olub. Xankəni Dram Teatrının və bır sıra filmlərin aktyoru olub. 2005-ci ildə vəfat edib.

Qevorkyan Zinavor Simonoviç – 1979-cu ildə Azərbaycan SSR xalq artisti adını qazanıb. 1920-ci ildə anadan olub. 1937-cildən Xankəndi Dram teartının aktyoru, 1976-1986-cı illərdə isə teartın direktoru olub.

Alaverdyan Narui İsaakovna – 1982-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. 1941-ci ildə Xankəndində anadan olub. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olub. 1978-ci ildən isə "Qarabağ" estrada ansamblının solisti kimi çıxış edib. Hal-hazırda sağdır.

Narek Qriqoryan - tanınmış tarzən və Azərbaycan SSR xalq artistidir. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb və sovet dövrününü bir çox aparıcı müğənnilərini müşayiət edib.

Adam Qaribyan – opera müğənnisi və Azərbaycan SSR xalq artistidir. 60-70-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olub. Səhnədə 40-dan artıq obraz yaradıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3802   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021