Güclü leysandan "sağ çıxmayan" marşrut avtobusu oldumu? – RƏSMİ AÇIQLAMA

Güclü leysandan "sağ çıxmayan" marşrut avtobusu oldumu? – RƏSMİ AÇIQLAMASentyabrın 23-də Bakıya yağan güclü leysan nəticəsində "BakuBus" MMC-nin balansında olan və həmin gün xəttdə işləyən avtobuslardan heç biri istismara yararsız vəziyyətə düşməyib. Bunu Sonxeber.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev güclü leysanın "Baku Bus" avtobuslarına zərər yetirmə ehtimalından danışarkən deyib.

Nasaz avtobuslara ilkin yardım

Onun sözlərinə görə, ötən gün əsasən bir neçə mərkəzi küçədə yağış sularının yığılması nəticəsində bəzi avtobusların hərəkətində müəyyən texniki nasazlıqlar əmələ gəlmişdi: "Lakın əraziyə çıxarılan texniki heyətin səyi nəticəsində nasaz avtobusların hərəkəti qısa müddət ərzində bərpa olunub. Daha sonra həmin avtobuslar istehsalat bazasına gətirilərək zəruri texniki tədbirlər görülüb və avtobusların hərəkəti bərpa edilib".

Ən çox avtobus hansı tərəfdə yolda qalmışdı?

Güclü leysan səbəbindən say etibarı ən çox avtobusun yolda qaldığı ərazi Ziya Bünyadov prospekti-Əhməd Rəcəbli küçəsinin kəsişməsindən Əliyar Əliyev küçəsinin kəsişməsindək olan hissə olub: "Qeyd edilən yollarda 7A və 7B nömrəli marşrut avtobusları nasazlıqla üzləşmişdilər. 4-5 avtobusda belə hal yaranmışdı. Texniki heyət həmin avtbosları öncə sistemdəki nasazlıqları aşkarlamaq üçün öncə müayinə edib, ardından elə ərazidəcə problem aradan qaldırılıb".

Ciddi problem olmayıb

M. Ağayev qeyd edib ki, ümumiyyətlə hər hansı avtobus marşrutunun sərnişinləri ünvana çatdırmaqla bağlı ciddi problemi olmayıb: "Çünki qeyri-iş günü olduğundan, sərnişin axını da azlıq təşkil etdiyindən ciddi çətinliklə üzləşilməyib". O diqqətə çatdırıb ki, güclü leysanın marşrut avtobuslarını tam yararsız vəziyyətə salması ilə bağlı hal aşkarlanmayıb: "Sadəcə olaraq bəzi marşrut avtobusları müəyyən müddət işləməyiblər. Əsas problem marşrut avtobuslarındakı elektrik sxemlərdən qaynaqlanmışdı və həmin nasazlıqlar da aradan qaldırılıb".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4835   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel