"Dünənki seldə nənəmin də evini su basmışdı, xəstə xalam..." -azərbaycanlı məşhur müğənni

"Dünənki seldə nənəmin də evini su basmışdı, xəstə xalam..." -azərbaycanlı məşhur müğənniTanınmış müğənni Elnarə Xəlilova ötən gün verdiyi açıqlamaya aydınlıq gətirib:

İfaçı ötən gün yağan yağışda ailəsinin də əziyyət çəkdiyini bildirib:

"Hər kəsə salam. Video dünən Xəzərdə çəkilib. Bildiyim qədərilə hələ vulkan da püskürüb. Bəli. Siz çox düz buyurursuz. Bakı 4 mln əhaliyə hesablanmayıb. Ona görə də kanalizasiya sistemi səhərdən günortaya qədər yağan leysan yağışı axıtmağı çatdırmadı. Nəticədə sel gəldi və hər yanı su basdı. Səbəb? Allah göydən yağışı yerə endirməsəydi kanalizasiyalar yada düşəcəkdimi? Mən heç gözləmirdim də mənim yazdığımı mütləq şəkildə hamınız olduğu kimi qavrayasız. Hərə özünə lazım olanı götürdü. Fərqimiz yalnız ordadır ki,mən məsələnin həllinə daha qlobal yanaşıram. Bəli. Bu mənim yanaşmamdır. Mən yağış yağanda dua edirəm. Kimsə mənimlə razılaşmaya bilər. Mən eyni zamanda çoxlu mütaliə də edirəm. Və mənimlə razılaşmayanlardan fərqli olaraq bilirəm ki,Allah təala Nuh peyğəmbərin dövründə insanların itaətsizliyinə görə yer üzünü suya qərq etdi. Və böyük bir qövm beləcə məhv oldu. Ey mənim savadıma şübhə edənlər! Bu hal düz 4 dəfə təkrar olub. Və Allah təala məsləhət biləndə Ad,Səmum və Lutun qövmünü də beləcə hərəsini bir bəla ilə məhv etdi. Və mən bir gün qiyamətin də belə gələcəyinə inananlardanam. Və mənim üçün artıq fərqi yoxdur,kanalizasiya işlədi,işləmədi - mən istədiyimi yeri göyü yaradan Allahdan istəyirəm! Hər yağış yağanda hamı üçün dua edirəm və günahlarımızın bağışlanmasını istəyirəm. Nənəmgil Sovetskidə qalır. Dünənki seldə onların da evini su basmışdı. Orda xəstə xalam və digərləri yaşayır. Anam da onlarda idi. Elə bilməyin ki mən öz lyuks evimdə oturub kef eləmişəm. Hadisədir olub. Bütün dünyada baş verir. Böyük kanalizasiya sistemləri olan ölkələri Allah təala vaxtı gələndə silir yer üzündən. Ona görə də mənim əzizlərim,bir az səbirli olaq. Hər nə oldu günahı başqalarında axtarmayaq. Özümüzə müasir və təhsilli adı qoyub baş verənlərin Əsl Səbəbkarını unutmayaq. Hamınıza gözəl gün arzu edirəm! Gördüyünüz işlərdə də uğurlar!

Xatırladaq ki, ötən gün ifaçının verdiyi bu açıqlama böyük qalmaqala səbəb olmuşdu:

"Qiyamət də bir gün belə gələcək. Onda da FHN çağıracaqsız? Neyləsin FHN?Bütün dünyada katoklizmlər baş verir. Hər yanı sel yuyur aparır. Buna təbii fəlakət deyirlər. Allah da istəyir yusun günahlarımızı su yetmir. Şikayət etməyin. Dua edin! Bunların hamısı xəbərdarlıqdır". Elnarənin bu statusu bəzi istifadəçilər tərəfindən tənqidə məruz qalıb və onlar deyib ki, şəhərin su-kanalizasiya sistemi normal işləsəydi, belə problem olmazdı./BiG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1755   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ceyranbatan su kanalında bir nəfər batıb

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regiona

20 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel
.

Mərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə MAR mətbuatı məlumat yayıb. Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub. Bildirili

21 aprel
.

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadis

14 aprel
.

Gəncədə velosipedçi avtomobilə çırpılıb, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zaman KIA markalı minik maşınına çırpılıb. Qəza zamanı velosipedi idarə edən E.Quliyev xəsarət alara

21 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. "Report"un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:. Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü)

21 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24 aprel