Fəhləliklə pul qazanan azərbaycanlı "Van Damm": "Namaz qılıram" - VİDEO

Fəhləliklə pul qazanan azərbaycanlı "Van Damm": "Namaz qılıram" - VİDEOSon zamanlar "İnstagram"da məşhur olan videobloggerlərdən biri də özünü izləyicilərinə Azərbaycanın "Van Damm"ı olaraq tanıdan Ruslan İsmayılovdur.

Ruslanın Van Dammın hərəkətlərini təkrarlayaraq video çəkməsi və özünəməxsus danışıq tərzi hər kəsin marağını cəlb edib. Bu videolara görə onu tənqid və təhqir edən də, tərifləyən də var.

Yolumuzu Zaqataladan, Ruslanın yaşadığı Çobankol kəndindən salırıq. Ruslan israrla çəkilişin evində olmamasını xahiş edir. Nəhayət, razılıq verir və biz onlara yollanırıq.

Bizi qarşılayan müsahibimizin ailəsi Ruslanın namaz qıldığını bildirir. Onlar övladlarının uşaq yaşlarından Jan-Klod Van Dammın filmlərinə baxaraq ilhamlandığını, bəzən onun kimi danışmağa cəhd etdiyini deyirlər. Nəhayət yerli Van Dammımız namazını qılıb, özünü bizə çatdırır. Videolarında da eynəkdən tez-tez istifadən edən Ruslan bizi həmin tərzdə qarşılayır. O, gözündə problem olduğunu vurğulayır.

31 yaşlı Ruslan İsmayılov bildirir ki, Zaqatalada doğulub. İki bacısı və bir qardaşı var. Fəhləlik edərək dolanan Ruslan məktəbə getmədiyini, amma oxuyub-yaza bildiyini qeyd edir: "Hələ telefonla da yazışıb, mesajlaşıram. Bunları sizə özümü tanıtmaq üçün deyirəm".

- Yaxşı, bəs niyə "Azəri Van Damm"?

- Uşaqlıqdan onun filmlərinə baxmışam. Van Damma marağım çox böyükdür. Bu gün də izləyirəm. Onu canlı görmək istəyirəm. Mənimlə məşq etsin, fəndlərini öyrətsin. Onun kimi olmaq istəyirəm ki, vətən uğrunda vuruşa bilim. Mən xalqımı çox sevirəm. Yəni ürəklə, bağrımla sevirəm. İnşallah, bu çəkilişi Qarabağda ermənilərdən torpaqlarımızı aldıqda reallaşdıraq. Mən də gedib bayrağımızı Qarabağa sancım.

- İlk videon necə çəkildi, necə məşhurlaşdı?

- "İnstagram"da hamı video çəkirdi. İstədim ki, mən də bir video yerləşdirim. Buna görə də adi bir video çəkib, paylaşdıq. Sadəcə video anidən məşhurlaşdı. İnsanlar məni sevdi, izlədi və yenə belə videolarpaylaşmağımı istədi. Mən də belə videolar çəkib, məşhurlaşmaq və pul qazanmaq istəyirəm.
Fəhləliklə pul qazanan azərbaycanlı "Van Damm": "Namaz qılıram" - VİDEO- Bəzən videolarında səni təhqir yaxud tənqid edirlər. Bu səni narahat etmir?

- Məni izləyənlərə də, izləməyənlərə də can sağlığı arzu edirəm. Mənasız söz atanlara da təşəkkür edirəm. İzləyib, dəstək olanlar bəsimdir. Qalanları da özləri bilər. Düzdür, əsəbiləşirəm. Ancaq səbr edirəm. Çünki namaz qılıram. Mənə dəyənə Allah dəyər.

- İnsanları öz videolarınla güldürürsən. Ailən buna necə yanaşır?

- Ailəm narazı deyil. İstəyirlər ki, irəli gedim, mənim üçün də yaxşı olsun. Bir tikə çörək pulumu qazana bilim.

- Videoların maddi vəziyyətinə təsiri var?

- Maddi vəziyyətim yaxşı deyil. Özüm kasıb oğlanam. Arada bir reklamlara çəkilsəm, pul qazanaram. Mən də bir sənətkar olmaq istəyirəm. Bir ipin ucundan tutmaq lazımdır. Hamı su üzünə çıxıb, nə olar ki, mən də çıxsam? Mən də ailəmin üzünü güldürmək arzusundayam.

Fəhləliklə pul qazanan azərbaycanlı "Van Damm": "Namaz qılıram" - VİDEO- Nə vaxtsa bu qədər məşhur olacağın ağlına gələrdi?

-Vallah, bu qədər seviləcəyim ağlıma gəlməzdi. Fəhləlik edib, pulunu çıxaran adamam. Doğurdan da Azərbaycan xalqı məni çox sevir. Mən də onları çox sevirəm.

-Burda çəkiliş etməməyimizi istədin, amma çox gözəl eviniz var...

- Cənab prezidentimiz İlham Əliyevə təşəkkür etmək istəyirəm. Allah onu və balalarını qorusun. O Zaqatalaya gələndə canlı görüşmək istəyirəm.Bir evimiz var idi. Amma 2012-ci ildə zəlzələ evimizi uçurdu. Prezident bu evləri tikdirməsəydi, çadırda qalacaqdıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2440   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel