Bakının gölməçəli yollarında xarab olan maşınlar - Sürücülər dəymiş ziyanı kimdən tələb etsinlər?

Bakının gölməçəli yollarında xarab olan maşınlar - Sürücülər dəymiş ziyanı kimdən tələb etsinlər?Ötən gün yağan güclü yağış Bakıda bir sıra fəsadlara səbəb oldu. Paytaxtın bəzi ərazilərində yolları su basdı. Yollardakı subasmalar və iri gölməcələr nəticəsində bəzi fərdi avtomobillərə ciddi ziyan dəydi, içinə su doldu, mühərriki sıradan çıxdı və s.
Belə olan halda həmin avtomobillərin sahibləri onlara dəyən zərərə görə kimə müraciət etməlidirlər? Ümumiyyətlə dəyən zərərin qarşısı hansı hallarda ödənilə bilər?

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran hüquqşünas Ərşad Hüseynov deyib ki, qanunvericilik - Mülkü Məcəllə və "Yol hərəkəti haqqında" qanun dəyən zərərə görə təzminat tələb etmək hüququ verir.

"Yol hərəkəti haqqında" qanunun 36-cı maddəsinin III bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkəti iştirakçılarının təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var. Həmin bəndin 2-ci hissəsinə görə, sürücülərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək, 3-cü hissəsində isə hidrometeorologiya, yol, kommunal və başqa təşkilatlardan yol hərəkəti şəraiti haqqında məlumat almaq hüquqları vardır.

Sadəcə olaraq tələb olunur ki, həmin ziyanları qeydə almaq lazımdır. Qeydə almaq üçün də iki məsələyə diqqət etmək lazımdır:

birincisi konkret qeydə alınmalıdır ki, həmin yolu su basması yolda çala olması və başqa tələblərə, standartlara uyğun olmaması səbəbindən baş verib;

ikinci də həmin ziyanın məbləği hesablanmalıdır.

Dəqiq olmalıdır ki, avtomobilin mühərrikinə su dolub, salonuna zərər dəyib və ya başqa hissəsində problem var, onun təmiri üçün tələb olunan filan miqdarda pul lazımdır. Bunlar fiksə olunmaldır, fiksə olunduqdan sonra ikininci bir məsələ aydınlaşdırılmalıdır ki, həmin yol təsərrüfatındakı bu bərbad vəziyyətə görə hansı qurum məsuliyyət daşıyır və həmin quruma qarşı iddia qaldırılmalıdır. Düşünürəm, bizim sürücülər haqlarını tələb etmək üçün iddia qaldırmalıdır ki, durumun ciddiliyi görünsün. Qurumlar görsünlər ki, onların təqsiri ucbatından bu məsələlər baş verirsə, özləri həm də əlavə ziyana düşürlər".

Ə.Hüseynov deyib ki, su basmış yoldan keçdiyinə görə avtomobilinə dəyən zərərlə bağlı hansısa qurumlar haqda iddia qaldıran vətəndaş qarşısına cıxmayıb:

"Bəlkə də bərbad vəziyyətdə olan yoldan keçdiyinə görə problem yaşayan hansısa zərərçəkən sürücü iddia qaldırıb, amma mən elə adamlarla qarşılaşmamışam. Məndə məlumatlar var ki, yolda çala olub, açıq kanalizasiya lyuku olub, maşın ora düşərək zədələnib, sahibi onunla bağlı iddia qaldırıb. Amma su basmış ərazilərdən keçərkən avtomobilinə zərər dəyənlərlə bağlı məlumatım yoxdu. Halbuki belə iddialar qaldırılsaydı, yaxşı olardı".

Eksert deyib ki, dünənki yağışlar zamanı avtomobillərin dağıntı altında qalması ilə bağlı məsələ də araşdırılmalıdır:

"Burada yol hərəkətində iştirakdan söhbət getmir. Sadəcə olaraq tikilinin ucmasından söhbət gedir. Araşdırmaq lazımdır ki, kimin təqsiri var və ya yoxdur. Bəlkə burada elə bil amil var ki, həmin hasarın sahibinə də aid deyil. Konkret müəyyən olunsa ki, həmin hasar nəzərdə tutulan standartlara, təhlükəsizlik tələblərinə əməl olmadığına görə uçub, ziyan dəyib, onda hasarı tikmiş və ya onu istifadə edən adama qarşı iddia qaldırmaq olar. Hər halda bu məsələ avtomobilin su basması nəticəsində zərər görməsi ilə eyni deyil".

Ərşad Hüseynovun sözlərinə görə, hadisələrin heç birinin icbari sığorta ilə əlaqəsi yoxdur:

"Əgər avtomobilin kasko sığortası varsa o halda dəymiş ziyan ödənilməsi ilə bağlı tələblər irəli sürülə bilər. Daha doğrusu sığorta qanununa görə, sığorta şirkətləri bunun qarşılığını ödəməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1619   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart