Oğlanlara niyə kirayə ev verilmir?

Oğlanlara niyə kirayə ev verilmir?Ali məktəblərdə dərs ilinin başlanması Bakının kirayə ev bazarına ciddi təsir edib.

İcarəyə verilən evlərin qiyməti xeyli artıb. Üstəlik, ev sahibləri mənzili yalnız ailəli insanlara verməkdə israrlıdırlar deyə, tələbə oğlan və qızlar kirayə mənzil tapa bilmirlər. Evini kirayə verən şəxslər qloballaşma dövründə internet və telefon xidmətini belə təklif etməkdən yayınır, adətən beynəlxalq zənglərə çıxış və internet xidmətini bağlayırlar.

Sonxeber.az finans.az-a istinadən xəbər verir ki, Bakının müxtəlif rayonlarında kirayə mənzildə yerləşən insanlar arasında sorğu keçirib.

Raul Əliyev, 22 yaş, layihə meneceri

- Kirayə evi qohumlarım sayəsində tapmışam. Qardaşım və dayım uşaqları ilə birgə qalıram. Ev sahibi ilə müqavilə bağlamamışıq. 3 otaqlı ev üçün qiymət 350 manatdır. Düşünürəm, bu kifayət qədər yaxşı qiymətdir. Ev axtaranda çətinlik çəkdiyimiz əsas məqamlardan biri oğlanlar üçün kirayə verilən evlərin az olmasıdır. Əgər Azərbaycanda məhz kirayə vermək üçün binalar tikilsə, belə problemin olmayacağını düşünürəm.

İmran Qarayev, 42 yaş, aşpaz

- 5 ildir Bakıda yaşayıram. Kirayə ev tapmaq o qədər də çətin olmayıb, çünki qohum evində ailəmlə kirayədə qalıram. 3 nəfərin yaşamağı üçün şərait yaxşıdır. 2 otaqlı evin qiyməti 300 manatdır. Qohum olduğumuzdan müqavilə bağlamamışıq. Kirayə üçün xüsusi binalar tikilsə, insanlar az vaxtda daha ucuz qiymətə özünə münasib evi tapa bilər.

Rəvanə Babayeva, 25 yaş, müəllim

- Kirayə evi əvvəlki qrup yoldaşlarımın köməyi ilə tapmışam. Ev sahibi ilə müqavilə bağlamamışam. 350 manata 4 nəfər birgə qalırıq. Bu pulu öz aramızda bölüşdürürük. Əgər Azərbaycanda kirayə verilə biləcək xüsusi binalar tikilsə, yaxşı olardı. Ev axtarmaq üçün çox vaxt sərf etməzdik.

Əfqan Cəfərov, 35 yaş, özəl sürücü

- Kirayə qaldığım evi maklerə müraciət edərək tapmışam. Makler ev sahibi ilə tanış edib, sonra razılaşmışıq. Lakin aramızda müqavilə bağlanmayıb. Düşünürəm, kirayə üçün verilən məbləğ heç kəsi qane etmir. Ev sahibinin sadəcə evi təmiz saxlamaq, qorumaq kimi bir neçə tələbi var. Fikrimcə, kirayə veriləcək binaların olması kifayət qədər ucuz olar.

Aysel İbrahimova, 29 yaş, tibb bacısı

- Tibb kollecinə daxil olarkən tapmışam. 5 ildir həmin evdə qalıram. Evin hər bir şəraiti var. Məbləğ 500 manatdır və bu pulu 5 qız arasında bölüşürük. Kirayə evi tutduğum zaman ev sahibi ilə müqavilə bağlamamışıq. Azərbaycanda da xarici ölkələrdə olduğu kimi kirayə üçün binalar inşa olunsa, çox vaxt sərf etmədən hər kəs özünə uyğun evi rahat şəkildə tapa bilər.

Günay Əsədova, 19 yaş, tələbə

- Qardaşımla birgə qalacağım üçün ev tapmaq bir o qədər çətin olmadı. Makler müraciət edərək özümüzə uyğun kirayə evi tapmışıq. Ev 2 nəfərin qalmağı üçün bir o qədər yaxşı vəziyyətdə olmasa da, az məbləğdə olduğu üçün qane oluruq.

Şəlalə Əlizadə, 55 yaş, evdar xanım

- Artıq 22 ildir Bakıda ailəm ilə birlikdə kirayə evdə qalıram. Bu müddətdə müxtəlif səbəblərdən 10-a yaxın ev dəyişmişik. Hər birində maklerə müraciət etmişik. İndiki ev digərlərinə nisbətən daha əlverişlidir. Ev sahibi ilə 1 illik müqavilə bağlamışıq. Ailə oluğumuz üçün ev sahibi bizə etibar edir. Kirayə üçün binalar inşa olunsaydı, çox yaxşı olardı. Belə ki, kirayə üçün maklerə müraciət edəndə həm müəyyən qədər ödəniş etməli oluruq, həm də özümüzə uyğun evi tapanadək çox vaxt sərf edirik.

Nəriman Məmmədov, 27 yaş, satıcı

- Əslən Qazax rayonundanam. Bakıya 5 ildir işləmək üçün gəlmişəm. Burada iş yoldaşlarımla hər birimiz 75 manat verməklə 2 otaqlı evdə kirayə qalırıq. Qaldığımız evi internet vasitəsi ilə tapmışıq. Belə daha ucuz evlər tapmaq olur. Ev sahibi ilə müqavilə bağlamamışıq. Şəraitinə gəlincə isə bu bizi o qədər də maraqlandırmır, çünki evə yalnız gecələmək üçün gəlirik. Yeni binaların tikilməsi ən çox oğlanlar üçün yaxşı olar, çünki əksər ev sahibləri oğlanlara ev verməkdən boyun qaçırırlar. Kirayə üçün evlər tikilsə, yəqin belə qaydalar olmaz və biz oğlanlar asanlıqla kirayə ev tapa bilərik.

Kamran İsgəndərov, 45 yaş, dülgər

- 12 ildir anamla kirayə evdə qalırıq. 1 otaqlı ev üçün 160 manat ödəyirik. Şəraitə gəldikdə isə bu məbləğə normaldır. Təmiri bir az yaxşı deyil. Kirayə üçün binaların tikilməsinin ev axtaranlar üçün bir neçə müsbət cəhəti var. Belə binalar olsa, kirayə üçün 15-20 gün ev axtarmalı olmarıq.

Ülvi Çingizzadə, 24 yaş, mühasib

- 2 ildir işləmək məqsədi ilə Bakıya gəlmişəm. Bacımla 2 otaqlı evdə qalırıq. Evi tanışlarımız vasitəsi ilə tapmışıq. Ev sahibi ilə 6 aylıq müqavilə bağlamışıq. Düşünürəm, müqavilə bağlamaq vacibdir ən azı bilirsən ki, müəyyən müddətlik həmin evdə rahat qala bilərsən. Xaricdə tətbiq edilən layihələr ölkəmizdə də olsa, kirayə ev axtaranlar üçün çox yaxşı olardı. Bəzən ev sahibləri elə tələb qoyurlar ki, bu, insana heç cür sərf etmir. Belə binalar olsa, kirayə evlər daha ucuz olar.

Əminə Rəhimova, 67 yaş, evdar qadın

- 1 ildir 4 nəvəmlə Bakıda kirayə qalırıq. Onlar tələbədir, mən də onlara həm quluq, həm də nəzarət etmək üçün Bakıya gəlmişəm. Yaşadığımız evi nəvələrim tapıb. 3 otaqlı ev üçün 400 manat məbləğ ödəyirik. Şərait qane edir.

Qeyd edək ki, sorğuda 11 nəfər iştirak edib, bunların 6-sı kişi, 5-i qadındır. 19-67 yaş həddində olan müxtəlif bölgələrdən Bakıda kirayə yaşayan insanlar özlərinə uyğun ev tapmaq üçün çox vaxt sərf etmələrindən, kirayə evlərin bahalığından şikayətləniblər. Respondentlərdən ikisinin əsas şikayəti isə oğlanlara kirayə evin verilməməsi ilə əlaqəli olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1310   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat veriblər. Onlar bildiriblər ki, tanınmış alim kiray

29 mart
.

"Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir" - DEPUTAT

"Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərd

29 mart
.

Bu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin

29 mart
.

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

Sumqayıtda zavodda ölüm hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

29 mart
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

29 mart
.

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

"Crocus"da şəkil çəkdirib fırıldaq yolu ilə pul toplamaq istədi

Xilasedicilər ərazidə işləyən zaman gənc qız kinoloq adı ilə dələduzluq edərək "Crocus City Hall"un binasına daxil olub. APA xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, o, binanın içərisində bir neçə fotoşəkil çəkə bilib. Bununla da gənc qız abunəçilərdən ianə toplamağ

29 mart