Umayra Tağıyeva: İqlim kəskinləşir

Umayra Tağıyeva: İqlim kəskinləşirTəbii fəlakətlərin, demək olar ki, əksəriyyəti hidroloji və meteoroloji hadisələr nəticəsində yaranır.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bütün dünyada hava-iqlim proseslərinin həm insanların gündəlik həyatına, həm də dayanıqlı inkişafa təsiri ilə bağlı narahatlıq artır:

"Buna görə adekvat sosial və iqtisadi qərarların qəbul olunması üçün bu sahədə məlumatlılığın artması vacibdir. Xüsusən, təhlükəsiz və dayanıqlı dəniz və hava nəqliyyatında, effektiv enerji istehsalında, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunmasında, fövqəladə hallarda tədbirlərin planlaşdırılmasında hava ilə bağlı məlumatlar və xəbərdarlıqlarəsas təşkil edir.

Təbii fəlakətlərin, demək olar ki, əksəriyyəti hidroloji və meteoroloji hadisələr nəticəsində yaranır. Ətraf mühitə antropogen təzyiqlərin artması ilə kəskinləşən iqlim dəyişmələri fonunda yeni hava-iqlim və hidroloji problemlər yaranır.

Atmosfer sirkulyasiyasında dəyişiklik baş verir, bloklaşdırıcı proseslər artır. Təhlükəli hidrometeoroloji hadisələrin həm sayı, həm də intensivliyi çoxalır".

Umayra Tağıyeva bildirib ki, ETSN-nin hidrometeorologiya xidməti, hava üzərində fasiləsiz müşahidələr aparır, proqnozlar və gözlənilən təhlükəli hidrometeoroloji hadisələr haqqında xəbərdarlıqlar təqdim edir:

"Bəllidir ki, hər hansı bir təhlükəli hidrometeoroloji hadisənin qarşısını almaq mümkün deyil, bütün ölkələr, onların inkişaf səviyyəsindən asılı olmayaraq, təbii fəlakətlər qarşısında həssasdırlar. Fəsadları azaltmaq üçün inkişaf etmiş ölkələrdə müvafiq adaptasiya (uyğunlaşma) tədbirləri həyata keçirilir və bu, öz bəhrəsini verir.

Bu baxımdan, hidrometeorologiya xidmətlərinin əsas vəzifəsi qabaqcadan xəbərdarlıqların verilməsi ilə təhlükəli hidrometeoloji hadisələr nəticəsində baş verə biləcək itkilərin minimuma endirilməsidir. Əsasən o sahələrdə ki, onların fəaliyyəti sırf hava şəraiti ilə bağlıdır".

Nazirlik rəsmisi qeyd edib ki, gündəlik hava proqnozları ilə yanaşı, təsdiq olunmuş plan-sxem əsasında sinoptiklər tərəfindən xəbərdarlıqlar Bakı şəhəri üzrə 58 müvafiq təşkilata göndərilir:

"Eyni zamanda, altı regional hidrometeorologiya mərkəzi tərəfindən xəbərdarlıqlar yerli icra strukturlarına və rayonlarda müvafiq təşkilatlara ötürülür.

Bununla yanaşı, nazirliyin saytında yerləşdirilir, televiziya və radiolara, saytlara təqdim olunur. Xəbərdarlıqlar telefonoqram, faks və internet vasitəsi ilə ötürülür. Məqsədimiz təqdim olunan proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması ilə yanaşı, əhatə dairəsini genişləndirmək və daha cəlbedici formada əhaliyə çatdırmaqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2997   Tarix: 28 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021