Azərbaycanda uşaq ensiklopediyasında BİABIRÇI SƏHV - Dünyada 7 materik var imiş... - FOTO

Azərbaycanda uşaq ensiklopediyasında BİABIRÇI SƏHV - Dünyada 7 materik var imiş... - FOTOAzərbaycanda uşaqlar üçün çap edilən ensiklopediyada materiklərin sayı 6 deyil, 7 göstərilib.

Sonxeber.az-ın Trend-ə istinadən məlumatına görə, hazırda da kitab dükanlarında satılan, 400 səhifəlik "Bunları bilmək istəyirəm!" adlı illüstrasiyalı intellektual ensiklopediya 2013-cü ildə "Turan Evi" nəşriyyatı tərəfindən hazırlanıb. Ensiklopediyanın arxa üzündə isə "Şərq-qərb" nəşriyyatının adı qeyd edilib.

Adıçəkilən ensiklopediyada materiklər haqqında belə məlumat verilib: "Materik böyük quru sahədir. Bizim planetdə cəmi yeddi materik və ya kontinent var: Afrika, Antarktida, Avropa, Asiya, Avstraliya, Cənubi Amerika, Şimali Amerika".

"Şərq-qərb" nəşriyyatından bildirilib ki, onlar bu kitabda yazılan məlumatlara görə məsuliyyət daşımırlar. Çünki onlar yalnız "Turan evi" tərəfindən hazırlanmış vəsaiti nəşriyyatın mətbəəsində nəşr ediblər.

Məsələ ilə bağlı "Turan evi" nəşriyyatı ilə əlaqə saxlamaq cəhdləri uğursuz olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstututunun direktor müavini Məhərrəm Həsənov isə bildirib ki, kitabda materiklərlə bağlı verilən məlumat səhvdir və bu məlumatlar uşaqları caşdırır:

"Planetdə 7 deyil, 6 materik var və son illər ərzində də dünya elmi tərəfindən yeni materik kəşf edilməyib. Kitabda materik və qitələr bir-biri ilə qarışdırılıb. Hazırda planetdə Afrika, Antarktida, Avstraliya, Cənubi Amerika, Şimali Amerika və Avrasiya materikləri var. Ensiklopediyada materik kimi qeyd edilən Avropa və Asiya isə qitədir. Ümumilikdə Avropa, Asiya, Amerika, Avstraliya, Afrika və Antarktida planetdəki qitələrin adlarıdır. Yaxşı olardı ki, nəşriyyatlar coğrafi məlumatların səhv getməməsi üçün bizimlə məsləhətləşsinlər. Biz onlara yardım etməyə hazırıq. Bu əməkdaşlıq həm də onların xeyrinə olar, çünki belə olduqda onların da vəsaitlərində səhv məlumatlar getməz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1537   Tarix: 29 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbəhazırlıq qruplarında və bəzi siniflərdə şagirdlərin yerdəyişməsi dayandırılacaq - SƏBƏB

Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, eyni zamanda, 18 və 19 may tarixlərində ölkə üzrə I

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub

"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılmas

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart