Enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ -TƏHLÜKƏLİDİR! - VİDEO

Enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ -TƏHLÜKƏLİDİR! - VİDEOZaman zaman enerji içkilərinin insan orqanizmininə zərərli təsiri barədə müxtəlif iddialar ortaya atılır. Bu günlərdə Goranboyda 8-ci sinif şagirdinin "hell" içkisindən ölməsi ilə bağlı xəbərlərin yayılması ajiotajı daha da qızışdırıb. Təsadüfi deyil ki, bir çox avropa ölkələri enerji içkilərinin istifadəsinə tam qadağa qoyub.

Sonxeber.az Xezerxeber-ə istinadən bildirir ki, məsələyə Qida Təhlükəsizliyi Agentliyi münasibət bildirib.

Gənclərin əksəriyyəti, xüsusi ilə də 18 yaşına çatmayan yeniyetmələr mütəmadi olaraq enerji içkilərindən geniş istifadə edirlər. Onlar bu içkilərindən tez tez istifadə etmələrini yorğunluğu götürməsi və insanı daha gümrah etməsi ilə əsaslandırırlar. Ancaq mütəxəssislər bildirir ki, enerji içkşlərşndə olan maddələr onun təlqin etdiyi şüarlarla uzlaşmır. Son olaraq Goranboyda 8-ci sinif şagirdinin hell enerji içkisindən ölməsi ilə bağlı iddialar məsələnin ictimaiyyətdə geniş müzakirə mövzusuna çevirib. Sonradan iddiaların təkzib olunmasına baxmayaraq mövzu aktuallığı daha da artıb.

Qeyd edək ki, insan orqanizminə ciddi zərərləri olduğuna görə Fransa, Danimarka, Norveç və Uruqvayda enerji içkilərinin satışı tam qadağan edilib. Almaniyada isə 2009-cu ildə enerji içkilərində kokain aşkarlandığına görə bir birmənalı qadağa tətbiq edilib.Küveytdə isə 16 və 21 yaşlı iki şəxsin məhz enerji içkisindən ölməsi təsdiqləndiyi üçün qadağan edilib. bir çox ölkələrdə isə bu bu içkilərin satışında yaş məhdudiyyəti var. Belə ki, Böyük Britaniyada,Litva və Latviyada içkilərin 16 yaşından aşağı şəxslərə satılması qadağandır.

İstər Gornaboyda baş verən hadisə, istərsə də dünya təcrübəsi Qida Təhlükəsizliyi Agentliyinin bu məsələyə daha həssas yanaşmasını tələb edir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Günel Məlikzadə bildirir ki, enerji içkilərinin tərkibində olan 3 maddə hər bir şəxs üçün həkim tərəfindən təyin olunan müəyyən normadan artıq olarsa insan sağlamlığında ciddi fəsadlara səbəb ola bilər.
Agentliyin nümayəndəsi bildirir ki, hər bir enerji içkisinin üzərində istehlakçıların başa düşə biləcəyi bir dildə onun tərkibi haqqında məlumat olmalıdır. Ancaq biz ölkədə satışda olan bəzi hell içkisi qablarının üzərində bunu görə bilmirik.

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi onu da bildirir ki, xüsusilə məktəblilər üçün bu içkidən istifadə etmək ümumiyyətlə yolverilməzdir. Amma gəl gör ki bizdə satışda olan bu içkilərin üzərində heç yaş məhdudiyyətini göstərən xəbərdarlıq da yoxdur.

Hazırda ictimaiyyət tərəfindən adı daha çox hallanan hell enerji içkilərinin Azərbayacn nümayəndəliyindən bildirirlər ki, satışda olan üzərində yalnız macar dilində yazı olan içkilərin onlara aidiyyatı yoxdur. Azərbaycanda olan rəsmi distrubuterin gətirmiş olduğu bütün hell enerji içkilərininn üzərində Azərbaycan dilində məlumat yerləşdirilib. Bu içkilər bütün beynəlxalq qida təhlükəsizliyi standartlarına cavab verir. O ki qaldı yaşla bağlı məhdudiyyət məsələsinə nümayəndəlikdə hesab edirlər ki, uşaqlara istifadəsi tövsiyyə edilməməsi ilə bağlı qutunun üzərindəki xəbərdarlıq bu tələbə cavab verir. Yəni uşaq yaşı yerli qanunvericilikdə əksini tapıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1869   Tarix: 29 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021