Çörəyi daşdan çıxanların başının üstünü qara buludlar aldı?

Çörəyi daşdan çıxanların başının üstünü qara buludlar aldı?Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu yaxınlarda Abşeron rayonunda fəaliyyət göstərən daş karxanalarında monitorinqlər keçirib, fəaliyyətində nöqsanlar aşkarlanan sahibkarlara xəbərdarlıq edilib, qanunamüvafiq aktlar tərtib olunub.

Nazirliyin yaydığı məlumata görə, bu ilin iyul-avqust aylarında keçirilən monitorinq nəticəsində əksər karxana istismarçılarının torpaq ayırmaya dair sərəncamlarının olmadığı, nazirlik tərəfindən verilən ekoloji və geoloji sənədlərin vaxtının bitdiyi, bəzi karxana istismarçılarının isə ümumiyyətlə heç bir sənədinin olmadığı ortaya çıxıb.

Əhali toz-torpaqdan evində otura bilmir...

"Belə karxana sahibləri ilə sentyabrın 3-də ETSN-də görüş keçirilib, yol verdikləri nöqsanların aradan qaldırılması, sənədlərinin tam qaydaya salınması üçün əlavə 45 gün vaxt verilib. Çünki nazirliyə həmin karxanaların yaxınlığında yaşayan əhali tərəfindən çoxlu şikayətlər daxil olur. Onlar həddindən artıq tozdan əziyyət çəkdiklərini, öz evlərində yaşaya bilmədiklərini deyirlər. Ona görə də, sahibklarlara hələlik sənədlərinin qaydaya salınması üçün vaxt verilib, bundan sonra da tədricən müasir texnologiyadan istifadəyə keçidlə bağlı müəyyən vaxt veriləcək.

Torpaq ayırmaya dair sərəncamı olan istismarçılar -"Bərəkət 98", "Gülbaxt TMK" və digərləri isə ekoloji və geoloji sənədlərin alınması üçün Ekspertiza İdarəsinə müraciət ediblər. Müvafiq icra orqanlarından sərəncam alan hər bir fiziki və hüquqi şəxsə ETSN tərəfindən ekoloji sənədlər veriləcək".

Müasir texnologiya dedikdə isə ətraf mühiti çirkləndirmədən, insanların sağlamlığına zərər vurmadan işləyən müasir aqreqatlar nəzərdə tutulur.

Monitorinq monitorinq dalınca...

Lakin daş karxanalarını hədəfə alan təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil. Əmlak Məsələləri Dövlət Komitəsi də bir neçə ay əvvəl daş karxanalarında monitorinq keçirmişdi. Və çoxsaylı pozuntular aşkarlamışdı.

Komitənin məlumatında deyilirdi ki, aparılmış monitorinq nəticəsində ölkə üzrə cəmi 585 daş və qum-çınqıl karxananlarının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb. Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi üzə çıxıb. Nəticədə onların fəaliyyəti dayandırılıb.

Komitə bildirirdi ki, beləliklə ölkədə hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbtolunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Ən çox belə hallar isə paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib.

Nazirlik sözünün üstündə dursa nə baş verəcək?

Daş karxanaları həm də əməyin təhlükəsizliyinə dair ən elementar normalara əməl edilməyən, tez-tez işçilərin xəsarət alması və ya həlak olması, habelə insan sağlamlığı üçün təhlükəli şəraitin hökm sürdüyü istehsalat sahələridir. Hüquq-mühafizə orqanları təkcə 2018-ci ilin 7 ayı ərzində ölkənin müxtəlif regionlarında olan daş karxanaları ilə bağlı 7 cinayət işini istintaq edib.

Beləliklə, əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz sözünün üstündə dursa, yəni sahibkarlara daş karxanalarında ətraf mühiti çirkləndirməyən müasir avadanlıqların-daşkəsən kombaynların quraşdırılması üçün verdiyi 45 gün müddəti uzatmsa belə görünür ki, bu istehsalat sahələrinin böyük əksəriyyəti fəaliyyətini dayandırmalı olacaq. Çünki müasir daşkəsən kombaynların alınıb gətirilməsi və quraşdırılması böyük vəsait tələb edən işdir, daş karxanalarının sahibləri isə belə investisiyanı yatırmağa hazır deyillər. Səbəb isə budur ki, həmin avadanlıqları, texnikanı almaq üçün sahibkarların imkanları yoxdur. Daşdan pul çıxarmaq həmişə çətin iş olub və indi də belədir. Xüsusən ölkədə tikinti bumunun səngidiyi bir vaxtda...

"Müasir texnologiyaların tətbiqinə 100 minlərlə dollar lazımdır" – Karxana sahibi

Adının açıqlanmasını istəməyən karxana sahibi, aqlay daşlarının döşənməsi ilə məşğul olan "Nihatoğlu inşaat" firmasının rəsmisi virtualaz.org-a bildirir ki, burada söhbət yüz minlərlə dollar qiyməti olan texnika və avadanlıqlardan gedir.

"Yeni texnologiya odur ki, kombayn torpağı kəsən zaman çıxan tozu aradan qaldırsın. Tozu aradan qaldırmaq üçünsə gərək texnika su ilə təchiz olunsun. Suyu təmin eləmək çətindir. Onu maşınla gətirib çənlərə yığsaq, hər maşını 50-70 manata başa gəlir. Dağ yerində yerləşdiyinə görə karyerə su çəkmək həm dövlətin özü üçün, həm də iş adamları üçün çətindir. Çəkilsə də, itkiləri çox olacaq. Elə bir texnlogiya hələ ki gəlib Azərbaycana çatmayıb"-sahibkar deyir.

Karyer sahibi deyir ki, bir köhnə kombaynın qiyməti sahibkara 25-35 min manata başa gəlir. Daşı zolaqlara ayıran qurğu isə 12-25 manat arasıdır. Yeni texnika ilə işləyən karxanaya ümumi yatırıma gəlincə isə, burada 1000, yaxud 10 mindən söhbət gedə bilməz, məbləğ 100 minlərlə dollarla ölçülür.

Sahibkarın dediyinə görə son illər tikinti sahəsində duğunluq yarandığına görə karxanaya da sifarişlər çox az gəlir. Demək olar ki, bir çox karxanalar neçə ildir ziyanla işləyir. Amma əsas çətinlik qeyri-qanuni müdaxilələrlə bağlıdır. Xüsusən də, icra başçıları rayonlarında olan karxanalarla öz mülkiyyətləri kimi davranırlar.

"Hər dəfə təzə icra başçısı gələndə ilk işi karxanaya girişmək olur..."

"Əgər mişarçı işlədisə, kombaynın səsi gəldisə, gərək fəhlənin haqqını versəsən. Fəhlənin təri, tozu qurumamış haqqını vermədinsə, onu heç Allah da bağışlamaz. Dövlətin qanunu ilə işləmək sərf edir, amma kənardan işləməyə mane olurlar. Parkarda təmir işləri gedir, icra başçıları onların hamısı karxanaların hesabına həyata keçirilir. Mənim özümə neçə park düzəltdiriblər, bir qəpik də pul verməyiblər. Hər dəfə icra başçısı, yaxud idarə, şöbə rəisi dəyişiləndə birinci işi daş karxanalara girişmək olur. Ən asan iş də karyeri bağlamaqdır, gəlib "rubilnik"dən söndürüb gedirlər. Buna görə də, onların sifarişini aparıb çatdıranda fəhlələrin pulnunu da cibimizdən ödəməli oluruq"-adının açıqlanmasını istəməyən sahibkar belə deyir.

Karyerlərdə təhlükəsizlik normalarına əməl olunmamasına gəlincə isə, həmsöhbətimiz deyir ki, bu kifayət qədər çətin proses olsa da, onun sahibi olduğu karxanada mütləq bütün şərtlər gözlənilir: "Karyerdə həm su olur, həm də gərginlik. Texnika da dəmirdir. Gərginlik və su olan yerdə çox təhlükə ola bilər. Nəmişlik olanda, yağıntı olanda işləməyə icazə vermirik, çünki təhlükəlidir. Külək Bakıda həmişə var. Güclü küləkdə də işləmək təhlükəlidir. Karxanalar işsizliyin əsas dayağıdır. Kim iş tapa bilmirsə, evdə çörəkpulu yoxdursa, karxanalara gəlib bir neçə maşın daş yükləyir. Gündəlik 20 manat qazanırlar. Adətən işçilərə əmək kitabçası açırıq. Amma bəzən işçilər olur ki, onlar bir gün bu karyerdə sabah başqa birində işləyirlər. O zaman bu sənədləşməni aparmaq çətin olur"

Torpağın sənədinin olmamasına gəlincə isə sahibkar bunun yanlış məlumat olduğunu deyir. Onun sözlərinə görə, sənədsiz heç bir aqreqat işlətmək mümkün deyil. Torpaq sahibkarlara uzunmüddətli müqavilə ilə icarəyə verilir. Özbaşına heç kim heç bellə yer qaza bilməz. Çünki söhbət hektarlarla ərazidən gedir... (Virtualaz.org)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3763   Tarix: 29 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel