25 nəfərin diri-diri yanıb öldüyünə görə təqsirləndirilən həkim istintaq zamanı ÖLDÜ
Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim, həmin mərkəzin şöbə müdiri olmuş Azad Ələkbərov vəfat edib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Ələkbərov yanğından sonra cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı A.Ələkbərov infarkt keçirib və ürəyində problemlər yarandığı üçün stend qoyulub.
Onun səhhətinin ağır olmasına görə barəsindəki cinayət işi ayrıca icraata götürülmüşdü və istintaq hərəkətləri dayandırılmışdı. A.Ələkbərovun vəziyyəti ağır olduğu üçün onunla birgə təqsirləndirilən şəxslərin işi məhkəməyə göndərilsə də, şöbə müdirinin işi istintaqda saxlanılmışdı. Ələkbərov bu müddət ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alırdı.
Sentyabrın 29-da isə A.Ələkbərovun səhhəti pisləşib və o, dünyasını dəyişib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 6547 Tarix: 01 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri
24 aprelAlimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili
24 aprelZəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila
24 aprelSabah 31° isti olacaq
Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər
25 aprelBakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas
24 aprelNəsib Quliyev dəfn edildi - Fotolar
Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib
25 aprel