Yüksək vəzifədə işləmək istəyənlər üçün növbəti İMTAHAN

Yüksək vəzifədə işləmək istəyənlər üçün növbəti İMTAHANDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 28 oktyabr 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən Sonxeber.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 1-dən 18-dək davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub- olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə "Bildiriş", "Namizədin yaddaş kitabçası" göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda "Spam" qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 "Çağrı mərkəzi"nə zəng edib bu barədə məlumat vermək lazımdır.

Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:

"Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik" broşürü;

Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları;

Test imtahanı proqramları;

"Namizədin yaddaş kitabçası" – kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün;

"Namizədin yaddaş kitabçası" – kompüter vasitəsilə keçirilən test imtahanları üçün.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. İmtahana buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra DİM-in portalından əldə etmək olar.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində DİM-in portalında müraciət formasını doldurur. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 870   Tarix: 01 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

25 nəfərin diri-diri yanıb öldüyünə görə təqsirləndirilən həkim istintaq zamanı ÖLDÜ

Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim, həmin mərkəzin şöbə müdiri olmuş Azad Ələkbərov vəfat edib. . . Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Ələkbərov yanğından sonra cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimka

1 oktyabr 2018

Azərbaycanlı deputat metroda - FOTO

Milli Məclisinin deputatı Naqif Həmzəyev Bakıda metro vaqonunda fotokameralara tuş gəlib. Fotoda deputatın ayaq üstə dayanaraq, telefonu ilə məşğul olduğu əks olunub.. . Naqif Həmzəyev Modern.az-a açıqlamasında deyib ki, uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir.. . "Qatarda şəklimi

1 oktyabr 2018

Azərbaycanlı milyarderin Bakıda 18 milyon manat xərclədiyi bağı - VİDEO

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun bağından görüntülər yayılıb. . . Sonxeber.az baku.ws-ə istinadən xəbər verir ki, yayılan görüntülər milyarderin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahından çəkilib.. . Qeyd edək ki, İtaliyanın yaşıllaşdırma-landşaft işlər

1 oktyabr 2018

Bir tələbənin həyatı: Yemək bişirir, evi yığışdırır, daha sonra dərslərini hazırlayır - VİDEO

On beş gündür ki ilk dəfə valideynlərsiz, doğma evlərindən uzaqdadırlar. Tələbə adını qazanaraq ali məktəbə daxil olan 1 ci kurs tələbələri artıq müstəqil yaşayırlar. "Xəzər Xəbər" 1-ci kurs tələbələrinin gündəlik yaşam tərzi ilə maraqlanıb.. . Yemək bişirir, evi yığışdırır, daha sonra dərslərin

1 oktyabr 2018

Bu prospekt yenə bağlanır - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik 9 kilometr uzunluqda olan Babək prospektinin yenidən qurulması işlərinin sonuncu mərhələsinə start verilib. Bu günən etibarən təmir çərçivəsində prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

1 oktyabr 2018

Azərbaycanlı "maqnit qız" görənləri heyran etdi - VİDEO

Xırdalan şəhərində yaşayan "maqnit qız" sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.. . Sonxeber.az-ın "Xəzər" TV-yə istinadən məlumatına görə, altı yaşlı Leyla Qasımova əlinə kağız, qaşıq, çəngəl və əşyaları yapışdırır.. . Valideynləri qızın bu istedadından xəbərsiz olublar

1 oktyabr 2018

Hərbi prokuror fərarilikdən danışıb

"Prokurorluğa, o cümlədən hərbi prokurorluğa dövlət səviyyəsində göstərilən xüsusi diqqət və yüksək etimadın, prokurorluq əməkdaşlarının işə vicdanlı və daha məsuliyyətlə yanaşmasının və Silahlı Qüvvələrdə aparılmış köklü islahatların nəticəsində ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin say

1 oktyabr 2018

71 yaşlı kişidən örnək addım: Parkı pulsuz təmizləyir - VİDEO

Tovuz sakini olan 71 yaşlı Fariz Əhmədov səhər tezdən yaşadığı ərazinin yaxınlığındakı parka gedərək təmizlik işləri görür. O, gecə saatlarınadək parkın təmizliyi ilə məşğul olur və bu işləri təmənnasız görür. Özüdə 6 ildir ki,bu işlə məşğuldur.. . Hər gün səhər tezdən velosipedi ilə yaşadığı ərazini

1 oktyabr 2018

Dərslikdə uşaqlara dərsdən yayınma aşılanır? - 3-cü sinif Azərbaycan dili dərsliyində təhlükəli şeir

Məktəblərdə tədris olunan 3-cü sinif Azərbaycan dili dərsliyinə salınan bir şeir sosial şəbəklərdə müzakirəyə çıxarılaraq, xüsusəndə valideynlərin narazılığına səbəb olub. Valideynlərin iddialarına görə, bu şeir şagirdlərin dərsdən yayınmasına səbəb ola bilər. Məsələyə dərsliyin müəllifinin də münasibətin

1 oktyabr 2018