Parlamentdə deputatlar arasında MÜBAHİSƏ
"Biz kiməsə yalvarmamalıyıq".
Sonxeber.az xəbər verir ki, bunu deputat Araz Əlizadə parlamentdə deyib.
Deputat bildirib ki, bəzi deputatlar Qarabağ, müharibə məsələsində insanlarda ruh düşkünlüyü yaradırlar: "Bəziləri deyirlər ki, gəlin filankəsə, filan dövlətə yalvaraq ki, bizim torpaqlarımızı qaytarsın. Ölkə başçımız da bu məsələdə öz iradəsini, qətiyyətini ortaya qoyub. Dəfələrlə deyib ki, lazım gəldiyi vaxt torpaqlarımızı güc yolu ilə də qaytara bilərik. Ona görə Oqtay müəllim sizdən xahiş edirəm ki, deputatlara göstəriş verəsiniz ki, insanlarda ruh düşkünlüyü yaradan fikirlər söyləməsinlər".
Buna cavabında isə spiker Oqtay Əsədov bu məsələdə həddindən atrıq ehtiyatlı davranılmasının gərəkdiyini bildirib: "Düzdür, mən kiməsə göstəriş verə bilmərəm ki, hansısa fikri söyləməsin, amma onu bilirəm ki, bu məsələdə kifayət qədər ehtiyatlı olmalıyıq. İndi mən çox məsələləri dilə gətirmək, debat açmaq istəmirəm, amma ehtiyatlı olmalıyıq".
Araz Əlizadənin fikirləri isə Qüdrət Həsənquliyevi özündən çıxarıb.
Deputat qeyd edib ki, sentyabrın 15-də Bakıda möhtəşəm parad keçirildi: "Bu parad bəzi dairələri və o cümlədən Rusiya yönümlü deputatları da qıcıqlandırdı. Yəqin ki, Araz Əlizadəni də narahat edib. İndi bu cür çıxışları ilə Araz Əlizadə öz keçmişini və kimliyini unutdura bilməz. Biz bilirik ki, o, 90- cı illərdə burada necə çıxış edib. Hansı işləri görüb və kimə bağlıdır".
Yenidən müzakirəyə müdaxilə edən O. Əsədov isə belə deyib: "Çalışaq ki, bir-birimizə dözümlü olaq. Mən çalışıram ki, kiminsə xətrinə dəyməyim".
Aysel Yusifqızı
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 6962 Tarix: 01 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi
"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla
24 aprelFinal" çayın dəstəyi ilə tanınmış aparıcı Çində
"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy
24 aprelAzərbaycanda yeni kollec yaradıldı
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini
24 aprelAlimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili
24 aprelMübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri
24 aprel"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb
23 aprelVətən müharibəsi qazisi Türkiyədə öldü
Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın
24 aprel