"İki metrdən atəş açıb öldürüblər…" - Səngərin o tərəfində baş verənlər

"İki metrdən atəş açıb öldürüblər…" - Səngərin o tərəfində baş verənlərOktyabrın 1-də Azərbaycanın işğal altındakı ərazilərində-Xocavənd ərazisindəki erməni mövqelərindən birində əsgər Gevorq Aroyanın aldığı güllə yarasından öldüyü açıqlanıb. Lakin Ermənistan ordusunun Qarabağdakı işğalçı birləşmələrində son həftələr dalbadal qeydə alınan əsgər ölümləri arasında bu insidentin Azərbaycan ordusuna dəxli yoxdur. Əsgər Aroyan rəsmi məlumata görə özünü güllələyərək intihar edib, valideyinləri isə onun yaxın məsafədən açılan atəşlə öldürüldüyünü deyirlər.

Sonxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, əsgər Aroyanın anası Armine Aroyan göz yaşları içində "Aravot" qəzetinə ölümündən cəmi bir gün əvvəl oğluna baş çəkdiyini deyib. Və oğlunun gözünün altının qaraldığını, qulaq nahiyəsinin göyərdiyini görüb. "Köhnə geyimdə idi, maykası da yoxdu. Mən ona öz puluma hərbi geyim aldım, əynini dəyişəndə gördüm başında da çapıq var. Dedim Gevoqcan, yaxşı, tutaq ki, gözünün altı yıxılanda qaralıb, bəs başına nə olub? Dedi ana, səngərə girirəm, diplom burada rol oynamır, mən burada daha nə işlər görmürəm ki...Dedim aldatma, gözünün altındakı göyərmə döyülmə nəticəsində olub, səngərin bura dəxli yoxdur. O nə baş verdiyini demədi, təkcə onu dedi ki, yemək yaxşıdır, amma bu rotada qulluq etmək istəmir. Əvvəlki rotasına qayıtmaq istəyir. Dedim niyə axı? Dedi "istəmirəm, əvvəlki rotaya aparın". Və dedi ki, bu işi ancaq general Samvel Karapetyan həll edə bilər".

Aroyan Ermənistandan hərbi xidmətə çağırılsa da onun anası qarabağlıdır. Və əsgər hazırda Qarabağda yaşayan nənəsindən soruşub: nənə, sən generalı tanıyırsan? O cavab verib ki, general Karapetyan həmkəndlisidir. "Nənəsi qərara aldı ki, gedib generaldan xahiş etsin, Gevorqu tapşırsın ki, heç kim onu incitməsin"-anası danışır.

Gevorq Aroyan hərbi xidmətə 2018-ci il iyulun 28-də çağırılıb. O vaxtdan anası bir neçə dəfə oğluna baş çəkib və hər dəfə onu qanıqara görüb.

"Bu dəfə yanına oktyabrın 4-ü getməliydim, Gevorqa dedim ki, maaş alan kimi gələcəm. Amma dedi ki, ana, nə olar, gəl. Bu sözlərdən sonra heç nəyi düşünmədim, gecə ilə taksi sifariş verib getdim. Stepanakertdən (Xankəndi) anamı da götürdüm. Rotaya çatanda Gevorqu çağırdılar, o çıxmaq istəmirdi. Uşaq elə bil qorxmuşdu, əldən düşmüşdü. Və orada mən döyülmə izlərini gördüm, özü də köhnə geyimdə idi..."-anası danışır.

Anası qayıdıb və ertəsi gün hərbi komissarlıq ona bildirib ki,Gevorqun ağ ciyərində əməliyyat olub. Qadın Martuni hospitalına gedib, məlum olub ki, oğlu bir neçə saatdır həyatda yoxdur. "Mənim Gevorqumu öldürüblər və buna görə cavab verməlidirlər"-qadın deyir.

Nənəsi isə danışır ki, Gevorqu həmin vəziyyətdə görəndə o nə baş verdiyi haqda soruşmamağı istəyib: "Kimsə onu döyən zabitin adını dedi-"leninakanlı Lukaş", hətta nahar vaxtı 80 əsgəri "qalx, otur, qalx, otur" əmri verirmiş, Gevorqa da əzab verib. Yəqin Gevorq dostlarına onun haqqında nəsə deyib, Lukaş da eşidib. Gevorqu döyüblər..."

Nənəsi Nina əlavə edir ki, əsgərin intiharı haqda deyilənlər yalandır. Onu iki metrlik məsafədən sinəsindən güllə ilə vurub öldürüblər.

Virtualaz.org qeyd edir ki, işağl altındakı Azərbaycan ərazilərinə nəzarət edən erməni hərbi birləşmələrində hər il onlarla bu cür əsgər ölümləri qeydə alınır-qəddar zabitlər əsgərləri döyüb öldürür, güllələyir, yaxud "qarabağlı" və "ermənistanlı" əsgərlər arasında münaqişələr yaranır və birincilər ikincilərə qarşı diskriminasiyaya yol verir. Bu zəmində ölümlər, intiharlar qeydə alınır. Müdafiə nazirlərinin dəyişməsinə baxmayaraq Ermənistan ordusunda kriminal idarəçilik aradan qalxmır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 8617   Tarix: 07 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənista

13 fevral
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel
.

Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti davam etdirilir - VİDEO

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə çətin relyefli və dağlıq ərazilərdə xidmət aparan bölmələrimizin təminat yollarını qar örtüyündən təmizləyərək daim işlək vəziyyətdə saxlanılmasını təmin edirlər. Bu barədə Müdafiə Nazirliyində

14 yanvar
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel
.

Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yaydı. nazirliyə istinadən icmalı təqdim edir:

21 yanvar
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

İsrail İranın hücumlarına cavab verəcək

İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı

14 aprel
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel
.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel