Azərbaycanda ŞOK OLAY: 19 yaşlı qızı 1 həftə qabaq evdən qaçdı, sonra...
Dünən Kürdəmir rayonu ərazisində Mil-Muğan-Şirvan su kollektorunda meyiti tapılan 19 yaşlı Həsənova Mətanət Yaşar qızı ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Zərdab rayonu Şahüseynli kənd sakini olan gənc qızın 1 həftə əvvəl evdən çıxdığı və itkin düşmüş şəxs kimi axtarışda olduğu üzə çıxıb. Belə ki, Mətanət Həsənovanın əmisi Qabil Həsənov bir müddət əvvəl onunla eyni ünvanda yaşayan qardaşı qızının itkin düşməsi ilə bağlı polisə məlumat veribmiş. Lakin geridə qalan bir həftə ərzində qızın axtarışları nəticə verməyib. Nəhayət, oktyabrın 7-də Kürdəmirdə Ərşəli-Axtaçı yolunun kənarında balıq tutan şəxs kanalın Girdiman çayının altından keçən hissəsinə ilişmiş meyiti görərək dərhal aidiyyəti qurumlara xəbər verib. Hadisə yerinə gələn dalğıclar meyiti çıxararaq aidiyyəti üzrə təhvil verib. Meyiti tanımaq üçün dəvət edilən qızın əmisi Qabil Həsənov onu paltarından tanıyıb və evdən çıxdığı geyimdə olduğunu deyib.
Bildirilir ki, 19 yaşlı Mətanət elə evdən qaçdığı gün axşam saatlarında özünü Şor kanal kimi tanınan kollektora ataraq həyatına son qoyub. Suyun axarı onu təxminən 30 kilometr gətirərək həmin əraziyə çıxardıb.
İntihar hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Gənc qızın hansı səbəbdən evdən qaçması və həyatına son qoyması hələlik tam dəqiqləşməyib./publika
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Hadisə Baxılıb: 3036 Tarix: 08 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQəbələdə yanan ərəblər Bakıya gətiriləcək - Nazirlik
Qəbələ rayonunda Suriya vətəndaşı olan turistlərin qaldığı evdə baş verən yanğın zamanı xəsarət alanlar müalicə üçün Bakıya gətiriləcəklər. xəbər verir ki, bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib. Onun sözlərinə görə, hadisə zamanı xəsarət ala
8 oktyabr 2018Azərbaycanda daha bir mikroavtobus qəzası: 6 yaralı
Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb. Hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov "Report"a açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanay
8 oktyabr 2018Azərbaycanlı məhbus İranda dar ağacından asıldı - NAMUS ÜSTÜNDƏ
İranda namus məsələsi üstündə qətl törətdiyinə görə ölümə məhkum edilmiş azərbaycanlı məhbus Həmid Valizadə edam edilib. Olay bir neçə gün əvvəl baş versə də, hadisə barədə xəbər bu gün yayılıb. Əbhər şəhər sakini 38 yaşlı Həmid Vəlizadə İranın Qəzvin şəhərinin mərkəzi zindanında dara çəkilib. Qeyd edə
8 oktyabr 2018Bakıda yaşayış binasında YANĞIN - SAKİNLƏR TƏXLİYƏ OLUNDU
Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib. FHN-dən -a verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşl
8 oktyabr 2018Azərbaycanda dahabir ağır yol qəzası: ölən və yaralananlar var - VİDEO - FOTO
Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SonxeberAZ Report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı kilometrliyində, magistral xəttin Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Heydərov Rövşən Kamil oğlu idar
7 oktyabr 2018Bakıda QANDONDURAN OLAY: küçənin ortasında keçmiş arvadını dəfələrlə...
Bakı şəhərinin Suraxanı rayonunda qətl törədilib. Dünən Qaraçuxur qəsəbəsi ərazisində küçədə naməlum şəxs qadına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ətrafdakı şəxslər qadına kömək edə bilməyib və o, hadisə yerindəcə keçinib. Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirlər
7 oktyabr 2018Gürcüstan-Azərbaycan sərhədində təbii fəlakət
Dunən axşam saatlarında Gürcüstanın Azərbaycanla sərhədinə yaxın ərazisində 3,3 maqnituda gücündə zəlzələ olub. "Report"a istinadən bildirir ki, yeraltı təkanlar ölkənin şərqində yerləşən Kaxetiya bölgəsində qeydə alınıb. Seysmoloqların məlumatına görə, zəlzələ Bakı vaxtı ilə 18:48-də Dedoplistskar
7 oktyabr 2018