Deputatlar məmurları niyə vəzifədə olanda tənqid etmirlər? – AÇIQLAMA

Deputatlar məmurları niyə vəzifədə olanda tənqid etmirlər? – AÇIQLAMADeputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.

O bildirib ki, onun fəaliyyəti çox bərbad olub: "Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına çaxır buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsa, normal işləyər".

Deputatın bu açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox şəxs deputatları tənqid edib ki, məmurlar vəzifədə olanda onları tənqid etmirlər, yalnız işdən çıxarılandan sonra fikirlərini bildirirlər.

Bəs görəsən hansı səbəbdən məmurlar vəzifədən azad edildikdən sonra onların fəaliyyəti daha çox tənqid olunur?

Azxeber.com məsələyə Milli Məclisin deputatı Vahid Əhmədovun özündən münasibət öyrənib.

Millət vəkili bildirib ki, bu sözlər ona şamil oluna bilməz və o Rüfət Aslanlı hələ vəzifədə olanda onu kəskin tənqid edənlərdən biri olub:

"Mən Rüfət Aslanlı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri olanda onun fəaliyyəti ilə bağlı mənfi məqamları Milli Məclisin tribunasından səsləndirmişəm. Vəzifəyə təyin ediləndən iki ay sonra mətbuatda onun fəaliyyətini kəskin tənqid edənlərdən biri olmuşam. Birmənalı şəkildə bildirmişəm ki, o təyin olunandan sonra Palatanın fəaliyyətində ciddi dönüş yaranmadı. Bank sektorunda sağlamlaşma prosesi getmədi. Maliyyə qurumları arasında, o cümlədən Mərkəzi Bankla Maliyyə Palatası arasında müəyyən problemlər yarandı. Cənab Prezident çox düzgün qərar qəbul etdi və onu vəzifəsindən azad etdi. Əslində o 6 ay öncə vəzifəsindən azad edilmişdi və biz qurumun icraçı direktoru ilə əlaqə saxlayırdıq".

"Başqa hansı məmur var ki, yarıtmaz fəaliyyətinə görə vəzifədən azad edilməlidir" sualına cavabında Milli Məclisin deputatı bu barədə danışmaq istəmədiyini dedi: "Mən bu barədə danışmaq istəmirəm. Cənab Prezident gözəl bilir ki, kim yerindədir, kim yox. Bununla bağlı qərarları da dövlət başçısı verir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 915   Tarix: 08 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart