Millət vəkilindən Həbib-Konor döyüşü ilə bağlı QALMAQALLI SÖZLƏR: Burada bir müsəlman...

Millət vəkilindən Həbib-Konor döyüşü ilə bağlı QALMAQALLI SÖZLƏR: Burada bir müsəlman...Milli Məclisin deputatı bütün dünyanın müzakirə etdiyi Həbib-Konor döyüşü haqqında danışıb.

Sonxeber.az xəbər verir ki, F. Mustafa "Facebook" səhifəsində Həbib Nurməhəmmədovun qalib gəlməsinə bütün Qafqaz və müsəlman təəssübkeşi kimi özünün də sevindiyini qeyd edib: "Həbibin qələbədən sonrakı davranışı ilə məğlub olmasına isə bu dünyada yaşayan bir bəşər övladı olaraq üzüldüm. Sözsüz ki, Həbib qəhrəmandır, qarşısındakı Mak-Qreqor kimi güclü, lakin küstah bir rəqibi çözməsi elə də asan məsələ deyildi. Unutmayaq ki, Həbibin döyüşü fiziki güc və iradə ilə bağlı idi və kimsə ondan hansısa intellektual davranış da tələb edə bilməzdi. Bununla belə, Həbib ilk təqdimatından başlayaraq özünü Xristian aləminin təmsilçisinə qarşı duran bir Müsəlman obrazında göstərirdi. Bəs bu müsəlman obrazı əlinə düşən tarixi fürsəti doğru dəyərləndirə bildimi? Təəssüf ki, dünya müsəlmanlarının əksəriyyəti kimi o da bu fürsəti boşa verdi".

F.Mustafa bildirib ki, anlaşılan duyğulardır, mövcud Amerika-Rusiya rəqabətinin təsiri altında bir vəhşi idman yarışı keçirilir, siyasi təsirlər kifayət qədər güclü, amma bütün hallarda biznes xarakterli olsa da, yenə bir idman yarışından söhbət gedir.

"Həbibin öz papağı ilə qafqazlı və çeçen identifikasiyasını göstərməsi də, ingiliscə fikrini ifadə etməsi də maraqlı və sempatik idi. Sadəcə Həbib bir şeyi unutmuşdu: bu səviyyədə bir finala gəlib çıxmış təcrübəli idmançı müsəlman tanıtımı kimi böyük bir məsuliyyəti öz üzərinə götürmüşsə, sadəcə öz peyğəmbərinin davranışlarını xatırlayaraq bu atmosferin içinə girməyi bacarmalıydı. Əksinə, Həbib öncədən "əlhəmdülillah" kəliməsini də qəzəblə Qərb dünyasına öyrətmək istəyi ilə sonrakı yanlışların başlanğıcını qoydu. Bu döyüşdə Həbib üzərinə düşəni etdi, tərbiyəsiz rəqibini əlacsız duruma saldı və öz əzmi, iradəsi ilə könülləri fəth etdi. Eyniylə "könülləri fəth etməyi Məkkəni fəth etməkdən daha fəzilətli sayan" Peyğəmbər Məhəmmədin yol xəritəsini izləmiş oldu. Bütün bunlardan sonra həm özü, həm də yanındakılar qəzəbini, kinini saxlaya bilməyib müasir dünyanın müsəlman obrazını canlandırmağa başladılar. Bu cür davranışla bəlkə də Rusiya siyasi elitasının, Qafqaz və Dağıstan arealına bağlı insanların, dinə öz içindən baxan müsəlmanların emosional simpatiyasını qazanmış oldular, lakin müsəlmanlığın bütün insanlara gözəl təqdimatını düşünənlər üçün ciddi bir fiasko yaşandı. Ona görə də "kənardan necə görünür?" sualına cavab verməyən müsəlmanlığa qarşı bəşəriyyətin qorxu amili kimi yanaşmasını anlayışla qarşılamağa məhkumuq. Həbib və komandası sadəcə qələbədən sonra öz Peyğəmbərinin davranışını xatırlayıb hərəkət edə bilsəydi, inanın ki, hansı məkanda olmasına baxmayaraq, İslama qarşı hansı nifrət yükü daşımasına baxmayaraq, əksər insanların könlünü fəth etmiş olacaqdı. Bunu ona görə yazmağa ehtiyac duydum ki, bizim mühitdə də Həbibin davranışını təqdirlə qarşılayan müsəlman kimliklərinin az olmadığını sosial məkandakı fikir izharlarından müşahidə etmiş oldum. Hər dəfə təkidlə vurğulayıram ki, İslam adına əzadarlıq uyduraraq dini yaşayanlar, pinti şəkildə saqqalı uzatmaqla fəzilətin artdığını düşünənlər, sadə hicab formalarından imtina edərək qapqara çadraların altında gizlənməklə 21-ci əsrə müqavimət göstərdiyini düşünənlər, qız uşaqlarını dünyəvi təhsildən məhrum edənlər heç olmazsa özlərinə tamamilə yad bir millətin, dinin təmsilçisi kimi kənardan baxa bilsəydilər, o zaman öz müsəlman obrazlarından şübhəsiz ki, utanardılar", - deyə o qeyd edib.

Milli Məclisin üzvü ictimai şəxsiyyətlərin üzərində şəxsi məsuliyyətlə yanaşı, həm də ictimai məsuliyyət yükü qoyulur: "Bunu anlayanlar qələbələrini də, məğlubiyyətlərini də bir faydalı tanıtım dəyərinə çevirməyi bacarırlar. Allahu-əkbər çağırışı ilə insan başı da kəsirlər, bir məktəb açılışı da edirlər. Hansının gözəl olmasını öz tərəfli duyğularımızla deyil, kənardan baxanların düşüncələrinə görə müəyyənləşdirməmiz doğru olmazdımı? Bu səbəbdən də idmançının da savadlı olması, təmsil etdiyi toplumun məsuliyyətini anlaması vacib şərtlərdən biridir. Söhbət hansısa addan məhrum edilməkdən, yarışdan uzaqlaşdırılmaqdan getmir, Həbib onsuz da öz iradəsi ilə göstərdi ki, hər cür böyük titula layiq bir döyüşçüdür. Sadəcə doğru davranışla, sağlam mühakimə ilə qarşında sənə nifrətlə yanaşanları utandırmağı bacarmaqdan söhbət gedirdi. Burada Həbiblə yanaşı bir müsəlman obrazı da məğlub oldu".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2514   Tarix: 08 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel