"Azərbaycanlılarla ermənilər..." – Rusiya üçün MÜHARİBƏ ANONSU

"Azərbaycanlılarla ermənilər..." – Rusiya üçün MÜHARİBƏ ANONSURusiyada müharibə yetişir, ölkə rəhbərliyi və federal kanallar bunu gizlətməyə üstünlük verirlər.

Sonxeber.az Publika.az-a istinadla xəbər verir ki, bu haqda İnquşetiya və Çeçenistan arasında ərazi mübadiləsindən sonra başlayan etiraz aksiyalarını şərh edən Rusiyanın müxalifət siyasətçisi Leonid Qozman "Exo Moskva" radiostansiyasının saytında yazıb.

Onun sözlərinə görə, Rusiyada hazırda İnquşetiya və Çeçenistan sakinləri arasında əsl münaqişə yetişir. Siyasətçi vəziyyətin hər saat gərginləşdiyini, ölkə rəhbərliyinin isə daxili problemlərə məhəl qoymadığını bildirib.

"İnquşetiyada - Maqasda insanlar öz torpağını vermək istəmirlər. İnquşetiya polisi, general Yunusbek Yevkurov insanları dəstəkləyir və onlarla birlikdə dua edirlər. Ramzan Kadırov isə ümumiyyətlə, müharibəyə hazırdır. Yəqin hazırdır, biz onu bütün bu illərdə silahlandırırdıq. Rusiya prezidenti Hindistana səfəri təxirə salmadı və Maqasa gəlmədi. Siz təsəvvür edə bilərsinizmi ki, Luziana ştatının qubernatoru Texas ştatını müharibə ilə hədələdiyi bir vaxtda ABŞ prezidenti hardasa danışıqlar aparsın? Çeçenistan və İnquşetiyada hər an müharibə başlana bilər. Amma federal kanallarda heç bir Maqas yoxdur, yalnız Poroşenko, rusofobiya və ingilis var" - Qozman qeyd edib.

Xatırladaq ki, İnquşetiya ilə Çeçenistan arasında inzibati sərhədi müəyyən edən müqavilə sentyabrın 26-da Ramzan Kadırovla Yunusbek Yevkurov arasında imzalanıb. Həmin sazişə əsasən, Çeçenistanın Tereküstü rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında bərabər sahəli ərazi mübadiləsi həyata keçirilib. Bundan sonra İnquşetiyada hökumət əleyhinə genişmiqyaslı aksiyalar başlayıb.

Qeyd edək ki, iki respublika arasında inzibati sərhəd 1991-ci ildə Çeçen-İnquş MSSR dağılandan sonra müəyyən edilməmişdi. 1993-cü ildə Çeçenistanın və İnquşetiyanın keçmiş rəhbərləri Cövhər Dudayev və Ruslan Auşev Sunjen rayonunun böyük hissəsinin İnquşetiyada qalmasını nəzərdə tutan müqavilə imzalamışdılar.

Bəzi KİV-lər, o cümlədən social şəbəkələrin istifadəçiləri İnquşetiya və Çeçenistan arasında baş verənləri SSRİ-nin dağılması öncəsi baş verənlərlə müqayisə edirlər. "SSRİ-in dağılması 1989-cu ildə azərbaycanlılar ermənilərlə vuruşmağa başlaması ilə başladı. İndi çeçenlər inquşlara müharibəyə gedəcəklər", – social şəbəkə istifadəçilərindən biri yazıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2860   Tarix: 08 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021