Paşinyanın xanımı Qarabağa qanunsuz gəlməklə əslində.... - Millət vəkili AÇIQLADI

Paşinyanın xanımı Qarabağa qanunsuz gəlməklə əslində.... - Millət vəkili AÇIQLADI"Burada Rusiyanın deyil, erməni lobbisinə xidmət edən rusların dəstəyi var".

Bu fikirləri Ermənistanın baş naziri Nikola Paşinyanın həyat yoldaşının bir neçə rus qadınını başına toplayaraq Qarabağa səfərini Publika.az-a şərh edən millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun sözlərinə görə, burada hadisə başqadır, təsvir forması tamam başqa:

"Bilirsiniz, Paşinyanın həyat yoldaşının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərində onu sadəcə olaraq bir neçə nəfərdən ibarət xırda ictimai qadın qrupları müşayət edib. Eyni zamanda siyahının tam şəkildə elan edilməməsi də ondan xəbər verir ki, əslində bəlkə də bu qrup təsvir edildiyi qədər də böyük deyil. Həmçinin bu gün Ermənistan qərbyönümlü siyasət yeridir. Tamamilə mümkündür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının qərbdən olan ictimai fəal qadınları bu məsələyə cəlb edərək gerçəkləşdirməyə çalışdığı provokasiyası baş tutmayıb. Əslində mənə elə gəlir ki, Paşinyanın xanımı cəbhə xəttindən kifayət qədər uzaqda, mətbəxdə hərbi qulluq keçən oğlunu görmək üçün qanunsuz olaraq işğal altında olan Azərbaycana məxsus ərazilərə keçib. Keçərkən də "həm ziyarət, həm ticarət edib", bu məsələyə siyasi don geyindirməyə çalışıb. Onun Azərbaycan ərazisinə qeyri-qanuni daxil olaraq bunu "sülhməramlı" səfər adlandırması isə çox əcaibdir. Paşinyanın xanımı təmsil etdiyi ölkənin, qonşu dövlətin torpaqlarının 20 faizini işğal etməsini unudur və işğalçı ölkədən işğal edilmiş torpaqlara gələrək onları öz itkisi ilə barışıb, bu torpaqları az qala Ermənistana bağışlamağa çağırır. "Sülh" dedikdə ermənilərin başa düşdüyü yalnız budur. Azərbaycanın ərazi bütövlüyünün pozulması başa düşülür. Çox təəssüf ki, Ermənistanın yeni hakimiyyəti özündən əvvəlki hakimiyyətdən heç bir dərs götürmədi və onun yaşadığı taleyi təkrarlamaq üçün əlindən gələni edir. Bu gün Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı konkret bir planının olmadığını nəzərə alsaq, bu cür addımlar hakim komandanın lori dildə desək, vurnuxmasını göstərir. Bir tərəfdən əhali ondan söz verdiyi öhdəlikləri yerinə yetirməsini tələb edir ki, bunların içərisində də ən önəmlisi və ən çətini Dağlıq Qarabağ məsələsinin həll edilməsidir. Digər tərəfdən isə ölkədə hələ heç bir şey yoxdur, yalnız siyasi müttəfiqlərin sıradan çıxarılmasına çalışılır. Paşinyan isə əvvəlki hakim dairələr kimi öz həyat yoldaşını siyasi provokasiyalara cəlb edir. Bu isə siyasətdə olduca çirkin oyun hesab edilir. Əgər onlar hesab edirlər ki, bununla Azərbaycan öz torpaqlarından imtina edər, deməli, çox yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməkdə qətiyyətlidir və bunu mütləq təmin edəcək. Bu gün bunun üçün ölkəmizin siyasi iradəsi, böyük və hərbi strateji cəhətdən güclü ordusu və ən əsası öz xalqının rifahını düşünən, xalqının maraqlarına xidmət edən siyasətlə irəliləyən ölkə başçısı var".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 590   Tarix: 09 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel