Rəsmi statistika, utopik açıqlama - İşsizlərin sayı məsələsinə ekspert baxışı

Rəsmi statistika, utopik açıqlama - İşsizlərin sayı məsələsinə ekspert baxışıDövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-avqust ayına ölkə üzrə qeydə alnan işsizlərin sayını açıqlayıb.

Bu ilin 8 ayında ölkədə rəsmi surətdə işsiz kimi qeydiyyatdan keçənlərin sayı 35 min 440 nəfər olub. Komitənin hesablamalarına görə, ölkədə ən çox işsiz Bakı şəhərindədir. Paytaxtda 18 553 nəfər işsiz var ki, bu da ümumi işsizlərin 52%-idir. Sumqayıtda isə 1 266 nəfər işsiz qeydə alınıb. Ən az işsiz olan rayonlara gəlincə, rəsmi məlumata görə, Tovuz rayonu (6 nəfər), Goranboy rayonu (4 nəfər), Ağıstava rayonu (3 nəfər), Daşkəsən rayonu (3 nəfər), Balakən rayonu (3 nəfər), Qəbələ rayonu (3 nəfər), Astara rayonu (1 nəfər), Qusar rayonu (1 nəfər), Beylaqan rayonu (1 nəfər), Ağcabədi rayonu (1 nəfər) ilk onluqda yer alır.

Rəsmi statistikadan əlavə, millət vəkili Aydın Hüseynov bildirib ki, yaxın gələcəkdə Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün ölkəyə xarici ölkələrdən insanlar dəvət ediləcək.

Dövlət Statistika Komitəsinin işsizlərin sayı barədə hesabatı və millət vəkilinin birmənalı qarşılanmayan fikrinə iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-da münasibət bildirib.

Natiq Cəfərlinin sözlərinə görə, beynəlxalq standartlardan fərqli olaraq Azərbaycanda ancaq işsizliklə bağlı rəsmi müraciət edən şəxslər işsiz sayılır:

"Bu kökündən yanlış yanaşmadır. Dünya təcrübəsi də göstərir ki, bu belə olmamalıdır. Belə yanaşmanın nəticəsi olaraq da gülməli rəqəmlər ortaya çıxır. Əslində vəziyyətin necə acınacaqlı olduğunu sübut edən başqa rəqəmlər də var. Azərbaycanda təqribən 5,6 milyon nəfər əmək qabillətlidir. Rəsmi qeydiyyatdan keçən, sosial sığorta ödəyən insanların sayı isə 1 milyon 700 minə yaxındır. Bunun da 930 minə yaxını dövlət işində çalışır. Yerdə qalan 630-650 minə yaxın insan isə özəl sektorda çalışır. Bunlar rəsmən qeydiyyatdan keçmiş, iş yerləri olan insanlardır. Əkin sahəsi olan 800 minə yaxın insanı da ailəsilə birlikdə dövlət özünün iş yeri olan insan kimi görür. Bunları da rəsmən işləyənlərin üzərinə əlavə etsək, təqribən 2,5-3 milyon insan işləmiş insan olur. belə olan halda, yenə də 2,5 milyon insanın işsiz olduğu üzə çıxır. Bütün dünyada statistika bu cür aparılır. Sırf ərizə yazmaqla işsiz statusu almaq gülüncdür".

Millət vəkilinin xaricdən işçi transfer edilməsi fikrinə münasibətdə isə iqtisadçı ekspert bunları deyib:

"Əslində Azərbaycan əmək bazarı bu qədər cəlbedici olsa, belə açıqlamalara da ehtiyac qalmaz. Azərbaycanın işçi qüvvəsinin böyük əksəriyyətinin Rusiya, Türkiyə, Ukraynada işlədiyini nəzərə alsaq, əgər ölkəmizdə iş yerləri boldursa, elə gəlib öz vətənlərində işləyərlər. Biz bunu görmürüksə, millət vəkilinin dediyi absurd açıqlamadan başqa bir şey deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1413   Tarix: 09 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda siqaretin qiyməti yenidən BAHALAŞACAQ - AÇIQLAMA

Son olaraq bir yanvar 20224-cü il tarixində siqaretlərin qiyməti bahalaşıb. Bu bahalaşmadan sonra bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. "Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb. Bəs yenidən tütün məmulatlarınd

23 aprel
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart