Eks-nazir Ziya Məmmədov oğlunu Londondan qaçırıb

Eks-nazir Ziya Məmmədov oğlunu Londondan qaçırıbBritaniyanın Milli Cinayət Agentliyi bu ölkədə sığınacaq tapmış azərbaycanlı oliqarxların əmlakını diqqətlə araşdırmaqda davam edəcək; bəs Məmmədovlar İngiltərədəki əmlaklarını xilas edə biləcəklərmi?

Sonxeber.az "Musavat.com"-a istinadən xəbər verir ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, 15 il həbs cəzası almış Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini məhkəmə qərarı ilə müsadirə etməsi bu ölkədə çirkli pulların yuyulmasına qarşı sərt mübarizənin başlandığını göstərdi.

Maraqlıdır ki, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərar azərbaycanlı oliqarxın ailəsinə qarşı verilib. Bu, həm də o anlama gəlir ki, Britaniyanın Milli Cinayət Agentliyi ("National Crime Agency") bu ölkədə sığınacaq tapmış digər Azərbaycan oliqarxlarının işini də diqqətlə araşdırmaqda davam edəcək. Bu sırada isə ilk ağıla gələnlərdən biri sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədovdur.

Məlumdur ki, A.Məmmədov iki ilə yaxındır ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır. Məmmədovların Avropanın bir sıra ölkələrində biznesləri olduğu təzə xəbər deyil. Bir vaxtlar çox qüdrətli biznes imperiyasının əsas gücü Məmmədovların "Garant Holdinq"i idi. İqtisadiyyatın mühüm sahələrini əhatə edən bu holdinq vasitəsilə yüz milyonlarla vəsait həm də ölkə xaricində müxtəlif əmlakların alınmasına yönəldilirdi. Üstəlik, Məmmədovlar bu illər ərzində Avropada müxtəlif adlarla şirkətlər yaradıblar ki, indi onların bəziləri hələ də fəaliyyət göstərir.

Britaniyada Məmmədovların "BROOKWOOD INTERNATIONAL lIMITED" şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanəni satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var. A.Məmmədov son olaraq ölkəni tərk etdikdən sonra onun Londondakı çox bahalı "One Hyde Park" yaşayış kompleksində mənzil aldığı xəbəri də yayılmışdı ki, bu günədək də təkzib olunmayıb.

Məmmədovlar ailəsinin xaricdə nə qədər əmlakı olduğuna dair dəqiq bilgi yoxdur, amma güman edilir ki, bu əmlak və şirkətlərin dəyəri bir neçə milyardla hesablana bilər.

İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə kimi tanınması Britaniyanı narahat etməyə başladı. İlk dəfə Zamirə Hacıyevaya tətbiq edilən həmin qanun əslində təxminən iki il əvvəl qəbul edilib, amma indi işləməyə başlayıb. Güman ki, varidatının mənbəyi şübhəli olan bir neçə oliqarxın adı da artıq "qara siyahı"ya salınıb. Bu sırada isə Məmmədovların olacağı gözləniləndir. Qeyd edək ki, sözügedən qanunla Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir. Britaniyanın Milli Cinayət Agentliyinin hələ 2016-cı ildə yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var.

Yada salaq ki, hələ Z.Hacıyevaya qarşı məhkəmə qərarından əvvəl belə məlumat yayılmışdı ki, A.Məmmədov son aylar Londona az-az gedir, əsasən Türkiyəyə yerləşib. Keçmiş nəqliyyat nazirinin öz ailə biznesinin əhəmiyyətli hissəsini Türkiyəyə daşıması prosesi "vurulmamışdan" əvvəl başlamışdı. Hələ nazir işlədiyi dönəmdə Məmmədovlar Türkiyədə hotel, nəqliyyat və neft daşımaçılığı, o cümlədən sərnişindaşıma ilə məşğul olan bir neçə şirkət yaratmışdılar.

Z.Məmmədov oğlundan fərqli olaraq "dəyişiklik ruzigarından" tez duyuq düşə bilər. Ola bilsin ki, Londondan çıxmaq da sabiq nazirin qərarıdır. Amma bəs Londondakı əmlakları xilas etmək necə, mümkün olacaqmı?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2708   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

20 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas

20 aprel