Əməkdar artistin biznesmen qohumu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı Mətləb Kərimov yol qəzasında vəfat edib.
Bu barədə Publika.az-a M.Kərimovun qohumları məlumat verib. Bildirilib ki, dünən səhər saatlarında baş vermiş ağır qəzada yaralanan M.Kərimov xəstəxanaya aparılarkən keçinib.
Qeyd edək ki, vəfat edən iş adamı mərhum Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru olmuş Məcnun Hacıbəyovun bacısı oğludur.
Sosial Baxılıb: 7798 Tarix: 10 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş