"Silməsəz, heç yerə getmirsiz!" - Dələduzluq azmış kimi MÜXBİRƏ HƏDƏ QORXU GƏLDİLƏR - VİDEO

"Silməsəz, heç yerə getmirsiz!" - Dələduzluq azmış kimi MÜXBİRƏ HƏDƏ QORXU GƏLDİLƏR - VİDEOTəsəvvür edin, 1 il kursa gedirsiz, sertifikat və ya diplom alırsınız, olursunuz həkim.

Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, illərdir mövcud olan və son illər dəb halını alan həkimlik kurslarının sayı get-gedə artır.

Daha çox praktika tələb elən bu peşələr, demək olar ki, ancaq kurs şəraitində keçilir. Bəs görəsən, özəl kursları bitirən belə tibb işçilərinə etibar etmək olarmı?

Tibb bacısı, mama-ginekoloq, cərrah, uşaq, daxili, ağız boşluğu və göz xəstəlikləri, estetik kosmetologiya bölümləri və s. siyahı uzundur. Paytaxtda fəaliyyət göstərən əksər kurslar bu sahələr üzrə təhsil verdiyini elan edir. Kursun yekununda, yəni biri ilin sonunda da ya sertifikat, yaxud da diplom təqdim olunur.

Telefona yazılan səs: "Mama ginekoloq 50 manat, həftədə 3 dəfə, 1 saat. Sonda diplom verilir. 9 ay nəzəriyyə keçilir, 3 ay isə xəstəxanada".

Yolumuzu belə kurslardan birinə də saldıq. Əvvəlcə kurs haqda ürəklə və ağız dolusu məlumat verən direktor təhsilin kurs şəraitində həyata keçirildiyini, təcrübənin isə avadanlıqlar üzərində aparıldığını dedi.

6 ay təcrübə müddətini avadanlıqlar üzərində dərs keçirsən, olursan tibbi bacısı, mama-ginekoloq.

Açıqlamalarından özü də xoflandığından çəkilişin yekununda bütün kadrların silinməsini tələb etdi. Arzusunun reallaşmadığını gördükdə isə telefonunu əlinə alıb, pul qarşılığında, şantaj vasitəsilə müsahibə aldığımızı iddia edən video çəkməyə başladı:

"Silməsəz, heç yerə getmirsiz! Çəkmisən, silirsən videonu. Məni şantaj etmisiz. Pul vermisiz, bizi istifadə etmisiz".

Çəkiliş yerindəki xanım min hoqqadan çıxdı ki, özünü təmizə çıxarsın. Amma məsələ göz qabağındadır və malalamaqla heç nə düzələyəcək.

Ekspert Adil Qeybulla hesab edir ki, tibbi təhsil xidmətləri göstərən kurslar müvafiq strukturlarda qeydiyyata alınmadığı üçün həmin təhsil müəssisəsini bitirən şəxslərin işlə təmin olunması qeyri-qanunidir. Üstəlik, bu, pasiyentlərin həyatı üçün də risk daşıyır. Çünki həkim olmaq üçün bəzən 6 il ali təhsil almaq belə kifayət etmir. Ekspert onu da qeyd etdi ki, tibbi bacısı olmaq üçün orta ixtisas məktəblərində 2-3 il vaxt lazımdır:

"Bunun xüsusi bazası olmalıdır, heç biri olmayan yerdə 2-3 otaqda tibb təhsili vermək ciddi görünmür. Tibbin əsas prinsiplər anlayışlar yetərincə olmadığına görə hər cür risk ola bilər. Sepsis, infeksiya riski, adekvat yardımın göstərilməsi mümkün olmaya bilər. Təəssüf ki, biz belə halları müşahidə edirik".

Belə kursların təhsilini Səhiyyə Nazirliyi də tanımır və üstəlik belə diplomlarla səhiyyə müəssisələrində işləməyə icazə də verilmir. Bəs görəsən, vətəndaşlar özəl kursları bitirən tibb işçilərinə etibar edirmi?

Sakin: "Güvənmərəm, bəzən ali təhsil almış, 5-10 il oxumuş həkimə güvənmək olmur, onda qalmış 1 ilə".

Bir sözlə, özəl kurslardan alınan tibbi təhsil elə həmin şəxslərin özlərinə lazımdır. Ən azından ilkin tibbi yardım göstərmək üçün. Əks halda, nəinki kiminsə həyatını qurtarmaq, ölümünə səbəb ola bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1207   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart