Eks-dövlət müşavirindən SENSASİYALI AÇIQLAMA: Rus kəşfiyyatı Azərbaycanda...

Eks-dövlət müşavirindən SENSASİYALI AÇIQLAMA: Rus kəşfiyyatı Azərbaycanda...Azərbaycanda böyük şəbəkələşmiş xarici kəşfiyyat sistemi fəaliyyət göstərir. Azərbaycanda iki dövlətin xeyli inkişaf etmiş kəşfiyyat sistemi var ki, bunlar da Rusiya və İrandır. Bunu Sonxeber.az-a politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Rusiyanın son illər xarici ölkələrdə kəşfiyyyat fəaliyyətini gücləndirməsi fonunda Moskvanın Azərbaycandakı kəşfiyyat fəaliyyəti barədə danışarkən deyib.

Azərbaycanda kimlər rus kəşfiyyatına işləyir?

Onun sözlərinə görə, Rusiya Azərbaycanda təkcə özünün kəşfiyyat sistemi ilə fəaliyyət göstərmir: "Moskva, həmçinin daha çox 5-ci kolunun köməkliyi ilə kəşfiyyat fəaliyyət yürüdür. Yəni sovet dövründən qalma, Moskvaya xüsusi rəğbət bəslədiyini gizlətməyən müəyyən adamları bir növ Rusiyanın Azərbaycandakı kəşfiyyatının dayaqları hesab etmək olar. Bəzi şəxslər özləri də bilmədən kifayət qədər ciddi məsələlərdə Rusiya kəşfiyyatı üçün informasiya mənbəyinə çevrilirlər".

Rus kəşfiyyatı ordumuzun daxilində təxribatlar törədib

Politoloq rus kəşfiyyatının müstəqilliyimizin ilk illərində apardığı işlərə də toxunub: "SSRİ dağıldıqdan sonra müstəqilliyini bərpa edən Azərbaycanda qarışıqlıq yaratmaq, özlərinə sərf edən hakimiyyəti iş başına gətirməyə çalışmaq, müəyyən hakimiyyətləri nüfuzdan salmağa cəhd etmək, eləcə də formalaşmaqda olan ordunun içərisində təxribatlar törətmək Rusiya kəşfiyyatının əsas işi olub".

Moskva bu sahəyə böyük pullar ayırır

Q. Hüseynli diqqətə çatdırıb ki, Rusiya kimi böyük dövlətlər ikitərəfli münasibətlərin yaxşı səviyyədə olub-olmamasından asılı olmayaraq, hər bir ölkədə, xüsusən də MDB ölkələrində öz kəşfiyyat sisteminin formalaşdırılmasında və inkişafında həmişə maraqlıdır: "Moskva bu sahəyə külli miqdarda pullar ayırır. Qarşısına qoyduğu məqsədlərə də nail olmağa çalışır. Bir çox hallarda bu məqsədlərə də nail olur".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3206   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021