Binəli Yıldırım və Oqtay Əsədovdan erməni deputatlara TƏRS ŞİLLƏ

Binəli Yıldırım və Oqtay Əsədovdan erməni deputatlara TƏRS ŞİLLƏAvrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşündə Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanovun çıxışı qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, Şarmazanov qondarma "erməni soyqırımı" və işğal etdikləri Dağlıq Qarabağla bağlı iddialar irəli sürüb.

O, çıxışında bildirib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "parlamentinin təmsilçiləri" də bu toplantıda iştirak etməlidir.

Bu iddialara cavab verən Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov erməni işğalını və Ermənistanın bir dövlət kimi terrorizm meyillərini faktlarla dilə gətirib. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da erməni nümayəndə heyətinin cavabını verib.

E.Şarmazanov tolantıdan sonra iddialarını yenə də davam etdirib. O, "regnum" agentliyinə bildirib ki, iclasda ingilis dilində çıxış edirdi.

"Mənə erməni dilindən tərcümə edə biləcəklərini dedilər, lakin mən ingilis dilində çıxış etdim. Çünki fikirlərimin təhrif oluna biləcəyindən qorxdum", - deyə o, absurd iddialar səsləndirib.

Ermənistan nümayəndə heyətinin toplantının sonunda Birgə Bəyannamənin səsləndirildiyi iclasa qatılmaması da diqqətdən yayınmayıb.

Türkiyə mediasının "Antalyada Ermənistan böhranı" başlığı ilə verdiyi xəbərlərdə Azərbaycan və Türkiyənin erməni nümayəndə heyətinin cavabını layiqincə verdiyi qeyd olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1070   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel