Bu şəxslər quldurluğa görə saxlanılıblar - Daha kimlər onların qurbanı olub? - FOTO

Bu şəxslər quldurluğa görə saxlanılıblar - Daha kimlər onların qurbanı olub? - FOTOBakıda ayrı-ayrı şəxslərə qarşı quldurluq edən şəxslər saxlanılıb.

DİN-dən Sonxeber.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib. Belə ki, rayon sakini Vüsal Abıyev 25-ci Polis Şöbəsinə müraciət edərək Şərifli küçəsi 96 ünvanında iki nəfər tanımadığı şəxsin ona hücum edərək xəsarət yetirdiklərini daha sonra mobil telefon və noutbukunu əlindən aldıqlarını bildirib.

Qeyd edilən hadisədən 3 gün sonra eyni məzmunlu şikayətlə Polis Şöbəsinə bir nəfər qadın da müraciət edərək içərisində pul və sənədlər olan əl çantasının naməlum şəxslər tərəfindən zorla onun əlindən aldığını bildirib. Hər iki quldurluq hadisəsi ilə bağlı 25-ci Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətlərin eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşib. Quldurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov tutularaq istintaqa təqdim ediliblər. Həmçinin, qeyd etmək lazımdır ki, saxlanılan şəxslər quldurluq hadisələri zamanı zərərçəkənlərə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Qeyd edilən faktlarla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Gördüyünüz şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1247   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel