Nişanlısı başqası ilə qaçdı, 15 yaşlı baldızını aldı, sonra... - Azərbaycanda İNANILMAZ OLAY

Nişanlısı başqası ilə qaçdı, 15 yaşlı baldızını aldı, sonra... - Azərbaycanda İNANILMAZ OLAYOğuz rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Abit Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Abit Mərdanov on altı yaşına çatmayan qızla ailə həyatı qurub. O, 1999-cu il tarixdə anadan olmuş Samirə Məmmədova (Cinayət işində zərərçəkmişin, onun ailə üzvlərinin ad və soyadları şərti verilib - red.) ilə könüllü olaraq 25 avqust 2014-cü il tarixdə rəsmi nikaha girmədən toy etdirib.

Toy gecəsi seksual hərəkət

Abit qeyd olunan tarixdə yaşadığı Oğuz rayon Muxas kəndində yerləşən evdə Samirə ilə cinsi əlaqədə olub.

Bundan sonra Abit Samirənin on altı yaşının tamam olduğu 25 iyun 2015-ci il tarixədək onunla mütəmadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Abit Mərdanovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Sevdanın başqa oğlanla qaçmasını dedilər"

Təqsirləndirilən şəxs qismində ifadə verən Abit Mərdanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, 2013-cü ildə Samirənin bacısı Sevda ilə ailə qurmaq məqsədi ilə nişanlanıb: "Hər iki tərəfin valideynlərinin razılığı ilə mənimlə Sevdanın toy məclisinin tarixləri təyin edildi, qız toyunun 14 avqust 2014-cü il tarixdə, oğlan toyunun isə 25 avqust 2014-cü il tarixdə keçiriləcəyi müəyyən edildi. Avqustun 14-də Sevdanın qız toyu oldu. Sentyabrın 23-də isə Sevdanın anası Sahibə və atası Sahib bizim yaşadığımız evə gəldilər. Onlar Sevdanın başqa bir oğlana qoşulub qaçması barədə məlumat verdilər".

"Bacısı ilə ailə qurmağı təklif etdi"

Abit Mərdanovun ifadəsinə görə, çıxılmaz vəziyyətdə qaldıqlarından qardaşı Səyavuş Sevdanın əvəzinə onun kiçik bacısı Samirə ilə ailə qurmasını təklif edib: "Bu təklifə həm ailə üzvlərim, həm də Samirənin valideynləri razı oldu. Mən də onların bu təklifi ilə razılaşdım".

"İcra orqanına müraciət etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 25-də Oğuz rayonu Muxas kəndində Samirə ilə onun toy məclisi olub: "Həmin gün, yəni toy gecəsi Samirənin razılığı ilə onunla cinsi əlaqədə oldum. Samirə ilə qeyri-rəsmi nikahımdan 20 dekabr 2015-ci il tarixdə Xəyyam, 24 fevral 2017-ci il tarixdə Sadiq adlı iki övladım dünyaya gəldi. Müvafiq icra hakimiyyəti orqanına müraciət edərək uşaqların atası olduğumu etiraf etdim, atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən həmin uşaqların atası hesab edildim. Samirə ilə ailə qurarkən onun nikaha daxil olmaq üçün yaş həddi çatmadığına görə onunla rəsmi nikaha girməmişəm".

"Seksual hərəkətlər etməmişəm"

Abit Mərdanov bildirib ki, Samirə ilk dəfə avqustun 25-də yaşadığı evdə cinsi əlaqədə olarkən, onun bakirəliyini özünün razılığı ilə pozub: "Samirənin 16 yaşı tamam olana qədər mütəmadi olaraq onunla təbii və qеyri-təbii yоllа cinsi əlaqədə olmuşam. Samirə ilə onun özünün istəyi və razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğum vaxt onun iradəsi ziddinə heç bir hərəkət etməmişəm, hər hansı fiziki və psixi zor tətbiq etməmişəm, ona qarşı zorla seksual xarakterli hərəkətlər etməmişəm".

"Narazılığa görə ayrılmaq qərarına gəldik"

Abit Mərdanov qeyd edib ki, 2017-ci ilin əvvəllərində Samirə ilə aralarında yaranan narazılıqlara görə ondan ayrılmaq qərarına gəlib: "Biz 2017-ci ilin mart ayının sonlarında ayrıldıq. Həmin vaxtdan Samirə valideynləri ilə birlikdə yaşamağa başladı. Samirə ilə ailə qurarkən onun on altı yaşının tamam olmadığı barədə məlumatım olub. Ancaq bunun hüquqi cəhətdən digər nəticələrə səbəb olacağını düşünməmişəm".

"15 yaşım olduğunu bilib"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Məmmədova bildirib ki, Abit Mərdanovla əvvəllər münasibətləri normal olsa da, sonradan Abitin ona və ailəyə qarşı münasibətlərində laqeydlik, saymazlıq yaranıb: "2017-ci il martın 24-də Abit məndən ayrılmaq istədiyini dedi. Həmin vaxtdan Abitdən ayrılaraq öz valideynlərimlə birlikdə yaşamalı oldum. Abitlə ailə qurarkən mənim 15 yaşım olduğu barədə Abitin və valideynlərinin məlumatı olub".

"Şikayətçi deyiləm"

Samirə Məmmədovanın sözlərinə görə, nikaha daxil olmaq üçün müvafiq yaş həddinə çatandan sonra Abitin onunla nikahını rəsmiləşdirmək istəməyib: "Eyni zamanda öz uşaqlarına maddi yardım etməkdən müxtəlif bəhanələrlə yayınıb. Mənə toy günü hədiyyə şəklində verilmiş qızıl zinət əşyalarını və digər əmlakları alaraq geri qaytarmaqdan imtina etməsi də Abitin ailə münasibətlərində mənə qarşı qeyri-səmimi olduğunu göstərir. Bir müddət mənimlə yaşadıqdan sonra ayrılmağı Abitin bunu əvvəlcədən planlaşdırdığını bir daha təsdiqləyir. Bunlаrın hаmısınа bаxmаyаrаq hazırda Abit Mərdanovu bağışlamamışam. Ondan şikayətçi deyiləm. Hesаb edirəm ki, Аbit Mərdаnоvun həbsdə qаlmаsındаn аzаdlıqdа оlmаsı özüm və uşаqlаrım üçün dаhа xeyirdir. Аbit аzаdlıqdа оlаrsа, yəni həbsdən аzаd edilərsə, vаxtı-vаxtındа uşаqlаrının аlimentini ödəyər və uşaqların qаyğısınа qаlаr".

1 il 6 ay həbs

Oğuz rayon Məhkəməsinin hökmü ilə Abit Mərdanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində istintaq dövründə seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib, cəzasının əvvəli 5 iyun 2018-ci ildən hesablanıb.

Hökmdən narazı qalan Abit Mərdanov apelyasiya şikayəti verib. O, günahsiz olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət etdi, azad olundu

Abit Mərdanovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elçin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Abit Mərdanovun şikayəti qismən təmin olunub.

Abit Mərdanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Məhkəmənin qərarı ilə Abit Mərdanovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 11214   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021