Cinsini dəyişənlər yeni pasportu necə alır? - DİN-dən açıqlama

Cinsini dəyişənlər yeni pasportu necə alır? - DİN-dən açıqlamaÖtən gün Modern.az saytında "Günay, Nuray, Nihal...– Azərbaycanda cinsini dəyişənlər rəsmən ad-soyadlarını da dəyişirlər" başlıqlı məqalə dərc olunub.

Daxili İşlər Nazirliyi yazı ilə bağlı reaksiya verib.

Nazirlikdən Modern.az-a daxil olan məlumatda bildirilib ki, araşdırma xarakterli yazıda qeyd oluan xüsusatlarla əlaqədar Daxili İşlər Nairliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini Elçin Məmmədov danışıb.

O bildirib ki, vətəndaşın adının, soyadının və ata adının dəyişdirilməsi zamanı Nazirlər Kabinetinin hazırda qüvvədə olan "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar" haqqında 2001-ci il 1 mart tarixli Qərarı əldə rəhbər tutulur.

Həmin Qərarın 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər, bir sıra hallarda, o cümlədən cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə edilir.

"Bu zaman sənədin 4-cü bəndinə əsasən şəxsin cinsini dəyişməsinin təsdiqi haqqında səhiyyə orqanları tərəfindən verilmış rəsmi rəy əsas götürülür. Həmin sənədlər əsasında ilkin olaraq Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən vətəndaş yeni "Doğum Haqqında Şəhadətnamə" ilə təmin edilir"-deyə E.Məmmədov bildirib.

Nazirlik nümayəndəsi cinsini dəyişmiş şəxsin şəxsiyyəti təsdiqləyən sənədlə - yeni "Şəxsiyyət Vəsiqəsi" ilə təmin edilməsinndən də danışıb.

Söyləyib ki, vətəndaş aldığı yeni "Doğum Haqqında Şəhadətnamə" və qanunvericiliklə tələb olunan digər sənədlərlə Daxili İşlər Nairliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə və ya ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarına, eləcə də "ASAN" Xidmət mərkəzlərinə müraciət edə bilər.

Müvafiq araşdırmalardan sonra ona yeni "Şəxsiyyət Vəsiqəsi"nin verilib-verilməməsinə dair qərar qəbul edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1323   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021