ABŞ və Rusiya arasında dəniz müharibəsinin NƏTİCƏLƏRİ AÇIQLANDI

ABŞ və Rusiya arasında dəniz müharibəsinin NƏTİCƏLƏRİ AÇIQLANDIABŞ qoşunları çətin ki, Rusiyanın dəniz blokadasını təşkil edə biləcək, çünki o, Amerika donanmasını batırmağa qadirdir.

Publika.az xəbər verir ki, bu haqda "Voltairnet.org" saytı üçün məqaləsində rumın hərbi eksperti Valentina Vasilesku yazıb.

Ekspertin sözlərinə görə, hazırda ABŞ-ın Silahlı Qüvvələri Rusiyanı dənizdən blokadaya almağa qadir deyil. O, Rusiya ordusunun Yaxın Şərqdə möhkəmləndiyini, Suriyada aviasiya və dəniz bazaları yerləşdirdiyini xatırladıb. Ekspert bilbirib ki, Rusiyanın Qara dəniz donanması istənilən vaxt Aralıq dənizinə çıxarıla bilər.

"Rusiya hərbi vasitələri elə yerləşdirilib ki, ABŞ öz təyyarədaşıyan gəmiləri və onlardan cəmi 720 kilometr məsafədə fəaliyyət göstərə bilən F-18 təyyarələrindən istifadə edə bilməyəcək. Belə olan halda, ABŞ hərbçiləri öz təyyarələrindən yalnız Egey dənizində istifadə edə bilər, ancaq təyyarədaşıyan gəmilərini bu əraziyə gətirmələri çətin ki, mümkün olsun. Rusiya silahının yeni nümunələri onları Cəbəllütariq boğazını keçməsindən dərhal sonra batıracaq. Və belə qarşıdurma üçün Amerika hərbçilərində vasitələr demək olar ki, yoxdur", - Vasilesku vurğulayıb.

O qeyd edib, xüsusi halda, 2 000 kilometr uçuş məsafəsində malik olan X-47M2 "Xəncər" raketləri ABŞ donanması üçün təhlükə təşkil edir. Ekspertin sözlərinə görə, "Xəncər"i zərərsizləşdirmək inanılmaz çətindir, çünki, hədəfə qədər cəmi 50 kilometr qaldığı bir vaxtda raket şaquli hərəkət edir və onun əleyhinə raket sistemini işə salmaq üçün yalnız 60 saniyə vaxt qalır. Eyni zamanda, Rusiya raketi özünün ətrafında 20-yə qədər yanlış hədəf yayır və bu halda onu məhv etmək üçün 20 raket lazım olacaqlar. Ancaq Amerika gəmiləri eyni zamanda, yalnız 12 raketi işə salmağa qadirdir.

"Daxili işlər nazirindən fərqli olaraq, Pentaqon anlayır ki, ABŞ hazırda Rusiyanın dəniz blokadasını təşkil etməyə qadir deyil. Rusiya öz maraqlarının müdafiəsi üçün müasir vasitələrə malikdir", - Vasilesku yekunlaşdırıb.

Daha əvvəl ABŞ-ın daxili işlər naziri Rayan Zinka bildirib ki, Yaxın Şərq regionunun ölkələrinə enerjidaşıyıcısılarının çatdırılmasına mane olmaq üçün Rusiyanın dəniz blokadası təşkil edilə bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1323   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021