Yuxusuzluq və bu problemi yaradan səbəblər

Yuxusuzluq və bu problemi yaradan səbəblərHər insan yaşından, cinsindən, milliyyətindən, sağlamlıq vəziyyətindən və sosial statusundan asılı olmayaraq yuxusuzluqla qarşılaşa bilər. Hətta tam sağlam və həyatda uğurlu olanlar da bəzən bu problemlə üzləşir. Statistikaya əsasən hazırda dünyanın hər üç sakinindən biri yuxusuzluq problemindən əziyyət çəkir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində "Caspian International Hospital"ın nevroloqu Xəyalə Məmmədova deyib.

Həkim bildirib ki, orta hesabla insana 7-9 saatlıq yuxu kifayət edir: "Lakin buna baxmayaraq 4-5 saatlıq yuxu ilə kifayətlənən unikal adamlara də rast gəlmək olar. Tamamilə yuxusuz yaşamaq mümkün deyil. Fərdi olaraq yuxunun müddəti yaşdan, sinir sistemindən və həyat tərzindən asılıdır. Yuxusuzluq tibbi dildə "insomniya" adlanır. Əsl insomniyadan o zaman söhbət gedə bilər ki, insan gündəlik həyatda özünü pis hiss etdiyindən, zəiflikdən, yorğunlundan və tez əsəbiləşməkdən şikayət etsin".

Ümumiyyətlə heyvanlarda yuxusuzluğun görülmədiyini deyən nevroloq, bu problemin müəyyən intellektə sahib varlıqlara xas xəstəlik olduğunu qeyd edib: "Qadınlar gənclik dövrlərində daha çox yuxusuzluqla qarşılaşırlar. Bunu da bu dövrün həddən artıq emosional olması ilə əlaqələndirmək olar. Kişilərdə isə yuxusuzluğun başqa səbəbləri var və qadınlara nisbətən daha irəli yaşlarında meydana çıxır. Bu, əsasən karyera və ya ailə həyatı ilə bağlı yaranan problemdir. Bəziləri yuxusuzluğun hansısa xəstəliyin göstəricisi olduğunu düşünür. Əlbəttə ki, bu hal müxtəlif xəstəliklərlə yanaşı müşahidə oluna bilər. Bunun üçün yatan zaman diskomfort və ya ağrı hiss olunursa, ilk növbədə, əsas problem-kəskin mədə yarası, bağırsaqların iltihabı, döş qəfəsi xəstəlikləri və s. müalicə olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, yuxusuzluq daha çox nevroz və depressiya zamanı müşahidə olunur ki, bu da müalicə olunduqda keçib gedir".

Həkim yuxusuzluqla qarşılaşan bəzi xəstələrin həkimə müraciət etməkdən qorxduqlarını bildirib: "Bunun səbəbi isə odur ki, həkim yuxugətirici dərmanlar təyin edə bilər. İnsanlar isə bu preparatlara alışacaqlarından və onlar olmadan özləri yuxuya gedə bilməyəcəklərindən qorxurlar. Bu barədə mütəxəssislərin öz fikirləri var. Onlar bildirirlər ki, qısa müddətli insomniya bir qayda olaraq stressin əlaməti kimi meydana çıxır. Belə olan halda psixoterapevtin yardımı müsbət nəticə verə bilər. Əlbəttə ki, uzun müddət davam edən stress nəticəsində yuxusuzluğun xroniki hal alma ehtimalı artır. Bu ən çox ağır ailə problemləri, iqtisadi böhranlar zamanı baş verir. Lakin belə olduqda əksər insanlarda dərhal orqanizmin yardımçı imkanları işə düşür və insan qənaətbəxş olmayan bu vəziyyətə uyğunlaşır".

Xəyalə Məmmədova bəzən yuxusuzluğun özünün əsas xəstəlik hesab olunduğunu deyib: "Qısa müddətli yuxusuzluq zamanı həkim bir-iki gün üçün yuxugətirici təyin edə bilər. Bu zaman vərdiş əmələ gəlmir, yuxusuzluq inkişaf etmir və sağlamlığa heç bir zərər dəymir. Mütəmadi olaraq yuxu gətirici dərman preparatının 3-4 gün ərzində qəbul olunması, həqiqətən də, vərdiş yarada bilər. Lakin bundan yaxa qurtarmaq üçün bir neçə gün kifayətdir. Başqa bir məsələ psixoloji amildir. Həblərdən imtina etmək istəməyən insanı bu preparatlardan ayırmaq çox çətindir. Bu sahə üzrə mütəxəssisin fikirlərinə nəzər salsaq görərik ki, həkim səbəbsiz 2-3 həftə yuxusuzluqdan əziyyət çəkən pasiyentə gündəlik tutmağı tövsiyə edir. Gündəliyə hər gün nə vaxt yatdığını, nə vaxt oyandığını, gün ərzində nə baş verdiyini, necə yuxuya getdiyini yazmaq məsləhət görülür. İki həftə sonra məlum olur ki, yuxusuzluq işdə olan periodik xoşagəlməzliklər və narahatlıqla əlaqədardır. Ona stress əleyhinə dərman preparatı, o cümlədən yuxu gətirici təyin edilir. Bu yuxugətirici sxem üzrə deyil, konkret əsəbilik situasiyalarında qəbul edilir. Bir ay sonra problem tamamilə həll olunur və dərman preparatlarına qarşı heç bir vərdiş əmələ gəlmir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1135   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021