Prezident İlham Əliyev Şəkidə "ASAN Həyat" kompleksinin layihələndirilməsi və tikintisinə 19,8 milyon manat ayırıb

Prezident İlham Əliyev Şəkidə "ASAN Həyat" kompleksinin layihələndirilməsi və tikintisinə 19,8 milyon manat ayırıbPrezident İlham Əliyev Şəki "ASAN Həyat" kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Ölkədə vahid standartlar çərçivəsində idarə olunan və vətəndaşlara keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə dövlət xidmətləri göstərilməsini təmin edən 17 mərkəz - "ASAN xidmət", "ASAN Kommunal" və "ABAD" mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinə dövlət qurumu və digər təşkilatların üç minədək əməkdaşı, habelə 13 mindən çox könüllü gənc cəlb edilmişdir.

"ASAN Həyat" kompleksləri və "ABAD" mərkəzləri vasitəsilə, həmçinin məşğulluğun inkişafı istiqamətində tədbirlər həyata keçirilmiş, 19 milyondan çox vətəndaş müraciəti üzrə əldə edilən məmnunluq əmsalı daima yüksək səviyyədə olmuşdur.

Bu sahədə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şəki "ASAN Həyat" kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.52.1-ci yarımbəndində göstərilmiş məbləğin 19,8 milyon (on doqquz milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 780   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel