Bakını bu günə kim salır? - Məmurlara son xəbərdarlıq

Bakını bu günə kim salır? - Məmurlara son xəbərdarlıqNeçə illərdir Bakının əksər rayonlarında yaşayış binalarının balkonlarının artırılması prosesi gedir. Özəl binalarda da bu hallara rast gəlinir.

Bunu "Yeni Müsavat" qəzeti yazıb. Qəzet bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BTİ) Bakı Şəhər Ərazi İdarəsi bu cür hallara göz yumur. İdarənin rəisi Şəmsi Şahvələdovun bu hallara göz yumması bəzən də dəstək verməsi haqda indiyədək çox yazılıb. Xəbərdə bildirilir ki, məhz onun rəhbərlik etdiyi idarə xüsusilə də yaxın zamanlarda plana düşüb sökülməsi nəzərdə tutulan binaların qarşısında olan artırmaların özəlləşdirilməsi prosesini həyata keçirir. İddialara görə, bunun üçün vətəndaşlardan tikilinin hər kvadratına görə ən azı 300 manat pul tələb edilir.

Şəhərdə müşahidə aparan qəzet əməkdaşı bir çox yerlərdə bu cür artırmalar, binaların həyətlərinin zəbt edilməsi halları genişləndiyinə şahid olub. Bu da deməyə əsas verir ki, məlumatlarda həqiqət payı var.

Yazıda bildirilir ki, Ş. Şahvələdovun rəhbərlik etdiyi idarənin əməkdaşları qanunsuz tikililərə göz yumduqları halda, vətəndaşların qanuni yolla ev tikmələrinə maneə olub, onlara çıxarış vermir. Bunun üçün vətəndaşdan qanunsuz ödəmə tələb edilir. Deyilənə görə, hazırda Bakıdan nisbətən kənar yerlərdə olan torpaqların özəlləşdirilməsi üçün hər sota 1000 manat pul tələb edilir. Bakının mərkəzi ərazilərində isə bu rəqəm 10 dəfə artıqdır.

Məlumatda o da bildirilir ki, idarədə sənəd özəlləşdirmək istəyən şəxslər xüsusi "mərhələdən" keçirlər. Belə ki, idarənin əməkdaşlarında xüsusi siyahı var. Bu siyahıda çıxarış üçün müraciət edənlərin adları qeyd olunub. Hansı adın qarşında "plus" işarəsi qoyulubsa, əməkdaş başa düşür ki, həmin şəxs qoyulan qeyri-rəsmi ödənişi çatdırıb və onun sənədləri problemsiz hazır edilir. Hansı adın qarşısında "plus" işarəsi yoxdursa, vətəndaşı müxtəlif bəhanələrlə get-gələ salırlar. Məlumata görə, evin özəlləşdirilməsi üçün də vətəndaşdan hər otaq üçün ən azı 1000-1500 manat pul tələb olunur.

Halbuki, qanunvericiliyə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat dövlət rüsumu müəyyən edilib. Rüsum az olsa da, bu idarənin qeyri-qanuni fəaliyyətinin nəticəsidir ki, Bakı şəhəri və ətrafı sənədsiz ev və mülklərlə doludur.

Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məhz Bakıda olan qanunsuz tikililərdən söz açdı.

Prezident vətəndaşlara müraciət edərək vurğuladı ki, əgər haradasa görsələr ki, qanunsuz nə isə tikilir, dərhal məlumat versinlər: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm".

Xəbərdə qeyd olunur ki, internet resurslarda yayılan bilgilərə görə, Şəmsi Şahvələdov "kupça" satışından əldə etdiyi çirkli pullarla Ceyrançöl ərazisində böyük heyvandarlıq təsərrüfatı yaradıb. Bundan başqa, ərazi idarə rəisinin Samux rayonunda yüzlərlə əkinçilik texnikasına və əkin sahələrinə sahib olduğu da vurğulanır. Həmçinin Şəmsi Şahvələdovun Türkiyənin İstanbul və Bodrum şəhərlərində dəyəri yarım milyon dollardan çox olan iki lüks evinin olduğu da bildirilir. İdarə rəisinin Bakı şəhərində bir neçə villasının və 20-ə yaxın mənzilində olduğu da iddia olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1322   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel