Beynəlxalq Bankın keçmiş rəhbərinin arvadı Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi...

Beynəlxalq Bankın keçmiş rəhbərinin arvadı Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi...Xəbər verdiyimiz kimi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, bankdan milyardlarla dolların talanmasını təşkil etdiyi üçün hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda ərinin mənimsədiyi pullar hesabına aldığı mülklərə həbs qoyulub.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, iki gündür bütün Britaniya mediası, o cümlədən beynəlxalq KİV-lər bu məsələdən yazır. Çünki Zamirə Hacıyeva Böyük Britaniyada ötən il qəbul edilən və korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına bu ölkədə əldə edilmiş aktivlərin müsadirəsini nəzərdə tutan qanunun tətbiq edildiyi ilk əcənəbidir.

Lakin Zamirə tək deyil, xəbər verilir ki, hazırda Böyük Britaniyanın cinayətkarlıqla mübarizə Agentliyi (National Crime Agency) daha 120-140 xarici vətəndaşlar - hazırda vəzifədə olan yüksək vəzifəli məmurlar və oliqarxlar barədə araşdırma aparır. Onların əksəriyyəti Rusiya vətəndaşlarıdır.

"Financial Times" qəzetinin yazdığına görə bu ilin iyul ayında məhkəmə mənbəyi qaranlıq gəlirlər hesabına əldə edilmiş aktivlərin müsadirəsinə imkan verən qanun çərçivəsində Zamirə Hacıyevanın 22.5 milyon funt sterlinq dəyərində iki mülkünə həbs qoyanda keçmiş bankirin arvadı bu qərardan apellyasiya verib. Lakin ötən həftə London Yüksək Məhkəməsində hakim Supperstoun bu şikayəti rədd edib, hökmü qüvvədə saxlayıb.

Və bu məhkəmə çəkişməsi Zamirənin Londondakı dəbdəbəli yaşayışının detallarını üzə çıxarıb. Məlum olub ki, təkcə 2006-2008-ci illərdə, yəni ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dövrdə çoxsaylı kredit kartlarından, o cümlədən ərinin bankının buraxdığı 35 "American Express", "Mastercard" və "Visa" kartları ilə 16.3 milyon sterlinq pul xərcləyib. Bu pulların 1500 funtu bir gündə "Harrods" univermağında xərclənib, Zamirə bu univermağın daimi müştərisi olub.

Habelə məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Zamirə "Cartier" və "Boucheron" brendlərindən olan zinət əşyalarına, Londonda elit mülklərə, habelə "Gulfstream 550" tipli özəl təyyarəyə malikdir.

Qəzet yazır ki, Zamirənin presedenti ötən il qəbul edilmiş qanunun digər korrupsionerlərə də tətbiq edilməsinə imkan verəcək. Cinayətkarlıqla mübarizə Agentliyinin (NCA) iqtisadi cinayətlər departamentinin direktoru Donald Ton bildirib ki, bu qanun kriminal yollarla əldə edilmiş gəlirlərin Londonda yuyulmasına qarşı effektiv mübarizə aparmağa imkan verir və indi Zamirə Hacıyevanın barəsində çıxarılmış hökmdən sonra agentlik araşdırdığı işləri Yüksək Məhkəməyə göndərə biləcək.

Zamirənin 42.5 milyon dollarlıq təyyarəsi

Lakin Zamirənin vəkilləri iddia ediblər ki, həmin qanun onların müdafiə etdiyi şəxsə qarşı tətbiq edilə bilməzdi. Çünki istər Zamirə, istərsə də onun əri hansısa qanun pozuntularına yol verməyiblər. Vəkillər bildiriblər ki, Zamirənin əri "iri beynəlxalq bankir" olub və leqal yollarla varlanıb. Zamirə özü isə məhkəməyə təqdim etdiyi sənədlərdə ərinin ailədə yeganə qazanc gətirən olduğunu göstərib, qeyd edib ki, Cahangirə ərə gedəndə o, artıq varlı bankir idi və 90-cı illərin əvvəllərində biznesdən varlanmışdı. Amma hakim bu arqumentləri tutarlı saymayıb, məhkəmə müəyyən edib ki, C.Hacıyevanın bəyan etdiyi rəsmi gəlirləri və bank rəhbəri kimi aldığı maaşla onun arvadının Londondakı xərcləri arasında kəskin fərq var. Nəticədə Zamirənin Londondakı aktivləri cinayət yolu ilə əldə edilmiş pullar hesabına aldığı barədə hökm qüvvədə qalıb. Çünki C.Hacıyev 2008-ci ildə cəmi 70 min 650 dollar maaş alıb, daha 90 min dollar isə bankın səhmlərindən dividend hesabına qazanıb.

Zamirənin Natysbricdəki mülkü

Zamirə Hacıyevanın müsadirə olunan 11.5 milyon dollarlıq mülkü Naytsbricdə yerləşir, 2009-cu ilin dekabrında "Vicksburg Global" adlı şirkət tərəfindən alınıb. Həmin şirkət Britaniya Virgin adlarında qeydiyyatdan keçib. Benefisiarı Z.Hacıyevadır. Şirkət mülkü almaq üçün 4 milyon funt sterlinq bəribaşdan ödəyib, 7.47 milyon funt sterlinqi isə ipoteka krediti formasında rəsmiləşdirərək cəmi 5 ilə bağlayıb.

Zamirənin qolf klubu

Zamirənin müsadirə edilən aktivlərindən biri də Askot yaxınlığındakı "Mil Ride" qolf-klubudur. Bu aktiv 2013-cü ildə 10.5 milyon funt sterlinqə "Natura Ltd" adlı şirkət tərəfindən alınıb. Şirkətin benefisiarı Zamirədir, o qolf-klubun yerləşdiyi ünvanda da qeydiyyatdadır.

Digər aktiv "Berkleley Business Limited" adlı şirkətin adına 42.5 milyon dollara alınan "Gulfstream 550" təyyarəsidir. Bu şirkətin də benefisiarı Zamirədir. Hakim Holl bu ilin iyulunda keçirilən məhkəmə zamanı təyyarənin alınmasını çirkli pulların yuyulmasının birbaşa sübutu adlandırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1685   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021