Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı şikayətlərə RƏSMİ CAVAB

Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı şikayətlərə RƏSMİ CAVABOktyabrın 9-dan etibarən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı proesdur başlayıb. Lakin bəzi ailələr iddia edirlər ki, indiyədək sığorta haqqı almadıqları halda, sistemdə onların ödəmə aldığına dair məlumat yazılır. Məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxladıq.

Sonxeber.az xəbər verir ki, o, publika.az-a açıqlamasında bildirib ki, vətəndaşlar Nazirliyə deyil, Dövlət Sığorta Kommersiya Təşkilatına müraciət etməlidirlər:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki sistem bir neçə qrumun təqdim etdiyi siyahı əsasında formalaşıb. Ədliyyə Nazirliyi, Dövlət Sığorta Kommersiya Təşkilatı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətinin hazırladığı siyahı əsasında formalaşdığı üçün sistemdə səhv ola bilməz. Onlar Dövlət Sığorta Kommersiya Təşkilatına müraciət edib yaşadıqları problemi bildirsinlər. Onlar da siyahını yenidən yoxlayıb məsələyə aydınlıq gətirə bilərlər. Bəlkə ola bilər yardım başqa vərəsələrə təqdim olunub, onların məlumatları yoxdur. Yəni bu problemin həlli bizdə yox, Dövlət Sığorta Kommersiya Təşkilatındadır".

Xatırladaq ki, hərbi qulluqçuların ailə üzvləri sayta (www.mlspp.gov.az) daxil olaraq "BİRDƏFƏLİK ÖDƏMƏ" bölməsini seçməli, hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlamalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1294   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart