Dünyanın ən yaraşıqlı kişiləri hansı ölkədə yaşayır? - FOTO

Dünyanın ən yaraşıqlı kişiləri hansı ölkədə yaşayır? - FOTODeyirlər ki, dünyada ən gözəl qızlar gürcülər və slavyanlardır. Bəs ən yaraşıqlı kişilər hansı millətlər hesab olunur?

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, bu yaxınlarda "Insider Monkey" onlayn-jurnalı ən cəlbedici kişilərin yaşadığı ölkələrin reytinqini tərtib edib.

Yekun nəticə "Manhunt International", "Mister International", "Mister Global", "Mister World" kimi müsabiqələrə əsasən tərtib olunub. Reytinqdə "Ən yaxşı bədən quruluşu", "Cənab fotogenik", "Ən yaxşı model", "Ən cəlbedici təbəssüm" və s. bu kimi kateqoriyalar da nəzərə alınıb.

Əsas kateqoriyada qəbul edilən nominasiyaların sayına əsasən ən gözəl kişilərin yaşadığı top ölkələr müəyyən edilib.

Braziliya

Yaraşıqlı kişilərin yaşadığı qaynar ölkə... Təəccüblü deyil ki, onun nümayəndələri "Mister World" "Mister Global" və "Mister International" kimi müsabiqələrdə qalib olub.

Braziliyada kişilərin görüşərkən hər iki yanaqdan öpməsi normal qəbul olunur. Orada nəinki cəlbedici, həm də gülərüz insanlar yaşayır.

Vyetnam

Bu ölkədə kişilər çinlilərə oxşasa da, daha boylu-buxunlu və yaraşıqlıdır. Bütün dünyada onları sevirlər.

İlan cövhəri vyetnamlıların milli işkisidir. Bu ölkəyə səfər etsəniz, ehtiyatlı olun, çünki bağırsaqlar buna adət etməyib.

Livan

"Mister International" müsabiqəsində üç dəfə qalib gələn yeganə ölkədir. Livan sonuncu dəfə 2016-ci ildə qalib seçilib.

Livan yeganə ərəb ölkəsidir ki, ərazisində heç bir səhra yoxdur. Orada qumluqda yolu itirmək problemi ilə üzləşməyəcəksiniz.

Venesuela

Venesuela Cənubi Amerikada çox gözəl ölkədir. Venesualalı kişilərlə ailə quran qadınların gözəl övladları dünyaya gəlir.

Bu ölkədə dollarlar rəsmən qadağan olunub. Yalnız qara bazarda yerli valyutanı dollara dəyişmək imkanı tapa bilərsiniz.

Hindistan

Hindlilər çox xarizmatik və plastikdir. Hind kinolarını yada salın...

Hindistan ingilis dilində danışan əhali sayına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur. Əgər ingiliscə bilirsinizsə, orada sizi anlayacaqlar.

İspaniya

İspan kişilərindən danışanda adətən yaraşıqlı futbolçuları yada düşür. Real Madrid futbol klubu dünyanın ən bahalı idman komandasıdır. Həmçinin burada sadə kişilər də yaraşıqlıdır.

İsveç

Göygöz, hündürboy sarışınlar olmadan bu dünyanın nə marağı? Onlar soyuq Skandinaviya ölkələrinin ən yaraşıqlı kişi tipajı sayılır.

Maraqlı fakt: İsveçdə 300 000 nəfərdən çoxu Karlsson soyadını daşıyır. Bir isveçli ilə dərhal tanış olsanız, dərhal soyadını soruşun.

CAR

Kifayət qədər inkişaf etmiş Afrika ölkəsi olan CAR-da yaraşıqlı və idmançı kişilər yaşayır. Yeri gəlmişkən, gözəllik müsabiqələrində "Ən yaxşı fiziki forma" titulunu adətən onlar qazanır.

CAR-ın ağdərili əhalisinin cəmi 9% təşkil edir. Bununla belə ağ dərili adamlar bu ölkədə əksər rəhbər vəzifələri tuturlar.

Çexiya

Çexlər "Mister fogenik" adını tez-tez qazanır.

Çexiya post kommunist ölkələr arasında iqtisadi cəhətdən ən sabit ölkədir. Həmçinin Avropa ittifaqında ölkələri arasında işsizliyin ən aşağı səviyyəsi burada müşahidə olunur.

Fransa

Fransız kişiləri sadəcə yaraşıqlı deyil, həm həssas, həm də romantikdir. Sevgi ölkəsi öz izini qoyur.

Fransa dünyada turistlərin ən çox üz tutduğu ölkə sayılır. O, hər il 80 milyondan çox turist qəbul edir.

Türkiyə

Niyə azərbaycanlı qızlar türklərə ərə gedir? Şəkillərə baxanda yaraşıq və xarizma öz sözünü deyir.

Dünyanın yeddi möcüzəsindən ikisi Türkiyədə yerləşir: Halikarnas mavzoleyi və Artemida Məbədi. Həmçinin Türkiyə çimərlikləri dünyada ən yaxşılarından biridir. Egey və Aralıq dənizi sahilindəki çimərliklərin çoxunun "Mavi Bayrağı" var.

P.S Yaraşıqlı kişilər harada olursa-olsun, sevdiyiniz insanı zahiri yox, xarakterindəki keyfiyyətlərinə görə qiymətləndirin. Ancaq hər halda diqqətəlayiq zahiri görkəmi olan xarici kişilərin şəkillərinə baxmaq maraqlıdır. Gözəl mənzərə və ya başqa bir sənət əsəri kimi...

Bəs sizin top onluğunuza hansı ölkələr daxildir?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1749   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşağın alışqanla oynaması böyük yanğına səbəb oldu - VİDEO

İstanbulun Esenyurt rayonunda yaşayış binasında başlayan yanğın nəticəsində dörd nəfər köməksiz vəziyyətdə qalıb. Qeyd olunub ki, yanğın uşağın alışqanla oynaması nəticəsində baş verib. Hadisə yerinə gələn yanğın-xilasetmə qrupları onları çətinliklə də olsa, xilas edə biliblər

28 mart
.

PEGIDA lideri Qurani-Kərimi yerdə sürüdü

Hollandiyada irqçi PEGIDA qrupunun lideri Edvin Vaqensveld Qurani-Kərimə qarşı çirkin hücum həyata keçirib. xarici çediaya istinadən xəbər verir ki, o, Qurani-Kərimə zəncir taxaraq yerdə sürüyüb. Hadisə Hollandiyanın Arnhem şəhərində "Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı" (PEGIDA

28 mart
.

Ata qızlarını güllələyib intihar etdi

İstintaq Stavropolda fərdi evdə iki azyaşlının vəhşicəsinə qətli ilə bağlı araşdırma aparır. bildirir ki, Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, martın 27-də axşam saatlarında kişi qızlarını güllələyib, arvadını ağır yaralayıb, sonra is

28 mart
.

Özünü binadan atan tələbə intihar edəcəyini "Instagram"da yazıbmış: "İnşallah bu gün dünyada ..."

Türkiyədə son zamanlar əcnəbi tələbələrin çox olduğu və müxtəlif xəstəliklərin tüğyan etdiyi iddiaları ilə gündəmə gələn Karabükdən daha bir intihar xəbəri gəlib. xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı gənc özünü binanın 3-cü mərtəbəsindən atıb. KYK-ya bağlı tələbə yataqxanasında qalan 2

27 mart
.

5,7 bal gücündə zəlzələ baş verdi

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadən xəbər verir ki, zəlzələdən sonra 2,9 və 2,1 bal gücündə afterşoklar qeydə alınıb. Yerli vaxtla saat 10.12-də Peloponnes yarımadasının qərbində qeydə alınan zəlzələnin Afina Geodinamika İnstitutu tərəfindən 5,8 bal gücünd

29 mart
.

Bu ölkənin ən gənc yeni prezidenti seçildi

Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Seneqalın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, 44 yaşlı D. Faye səslərin 54,28 faizini toplayıb. O, müstəqil Seneqalın beşinci və ən gənc prezident

28 mart
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

28 mart
.

"Crocus" terrorçuları barədə YENİ FAKTLAR: Bir ay əvvəl...

Moskvada "Crocus City Hall" konsert zalında terror aktını törədənlərin məskunlaşdığı yataqxana bağlanıb. -in xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Təqsirləndirilən şəxslər dindirilmə zamanı etiraf ediblər ki, onlar paytaxtın şimalında yerləşən bu binada terror aktında

27 mart
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

29 mart