10 yaşlı qızdan AĞLASIĞMAZ ƏMƏLLƏR: zorlandı, qatil oldu, adamyeyənə çevrildi, sonra... - FOTO/VİDEO

10 yaşlı qızdan AĞLASIĞMAZ ƏMƏLLƏR: zorlandı, qatil oldu, adamyeyənə çevrildi, sonra... - FOTO/VİDEORusiyanın Leninqrad vilayətində 22 yaşlı Arkadi Zverevə qətl və hannibalizm üzrə ittiham elan olunub.

İstintaqın versiyasına görə, Zverev 21 yaşlı kişini bıçaqla doğrayıb və sonra yemək üçün onun bədənini hissələrə parçalayıb.

Adamyeyənə Soçidə evdən qaçmış 12 yaşlı qızın kömək etdiyi bildirilir. Zverevin həddi-buluğa çatmamış "iş yoldaşı"nın öz cinayətini etiraf etməsinə baxmayaraq, onun adı cinayət işində şahid kimi keçir. Çünki Rusiyada cinayət məsuliyyəti 14 yaşından yaranır.

Məlum olub ki, qız Soçidə sentyabrın 23-də evdən qaçıb. Onun anası polisə qızın itməsi haqqında məlumat verib. Azyaşlının sözlərinə görə, ana seks-xidmətləri sahəsində məşğul olurdu və buna görə də anasının himayəsi olmadan böyüyüb.

Məktəbli qız həmçinin danışıb ki, 10 yaşında olarkən zorlanıb və sonra onu zorlayan şəxsi daşla vuraraq ilk qətlini törədib. Qızın sözlərinə görə, o, tüfeyli həyata meyillidir və bu, onun Soçidə evdən ilk qaçışı deyil.

"O, Sankt-Peterburqa cari ilin sentyabrın sonunda Altay diyarının 22 yaşlı sakini ilə birlikdə gəldi. Onlar hələ gələcək qurbanı ilə tanış olmadan əvvəl şəhərin küçələrində dolaşır, müxtəlif yerlərdə gecələyirdilər. Nəhayət, gələcək qurban Leninqrad vilayətinin Kirov rayonunda onlara evində yaşamağı təklif edib", - Rusiyanın İstintaq Komitəsindən bildiriblər.

Həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum insanları mənzilinə tez-tez dəvət edirdi.

Qətl Zverev və azyaşlının yeni tanışının evində qaldığı ikinci gecə - oktyabrın 3-də törədilir. Həmin gecə mənzilin 21 yaşlı sahibi və onun qonaqları arasında dava baş verir. Davanın gedişatında Zverev ev sahibinin bədənin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi endirir. Sonra isə həlak olmuş kişinin bədənini bir neçə hissəyə ayırıblar. Hüquq-mühafizə orqanları hesab edir ki, qətldə və sonra prosesdə 12 yaşlı məktəbli qız da iştirak edib.

Polis faciədən növbəti səhər xəbər tutub. Qonşular evin pəncərindən qatı tüstünün yayıldığını, daha sonra isə oradan kişi və yeniyetmənin çıxdığını görüblər. Hadisə yerinə gəlmiş tədqiqatçılar döş qəfəsi, ürək və qarın nahiyəsindən ət parçalarının götürüldüyü bədəni aşkar ediblər. "RİA-Novosti" agentliyinin güc strukturlarındakı mənbə bildirib ki, meyitin başı ayrı yerdə - peçdə tapılıb.

Rusiya KİV-inin yazdığına görə, şübhəli şəxslər ispan rejissoru Manuel Martin Kuenkinin "Adamyeyən" filmindəki qətl səhnəsini təkrarlayıblar. Öldürülmüş gənc adam ölümdən əvvəl kinolenti sosial şəbəkəsindəki səhifəyə əlavə etmişdi.

Qız cinayətə görə peşman deyil. O, cinayət ortağı ilə cinsi münasibətlərdə olduğunu etiraf edib. İndi, qətldən başqa, Zverev həddi-buluğa çatmamış şəxslə seksual əlaqələrdə ittiham olunacaq.

KİV həmçinin bildirib ki, həkimlər 12 yaşlı məktəbli qızda şizofreniyanın əlamətlərini müşahidə ediblər. Mütəxəssislər əmindirlər ki, pasiyentdə beyinin orqanik zədəsi var və buna görə də onu buraxmaq təhlükəlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2013   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək. Bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Bir neçə gün bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasını

23 aprel
.

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb. -ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb. Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğ

22 aprel
.

Tribunada şəhər merinin şalvarı aşağı düşdü - VİDEO

Kolumbiyanın Sabanalarq şəhərində merin çıxışı zamanı gülməli hadisə baş verib. xarici mediaya istinadla bildirir ki, bələdiyyə sədri Xose Elias Çams təhsil müəssisəsində ictimaiyyət qarşısında çıxış edərkən şalvarı aşağı düşüb və o, səhnədə alt paltarında qalıb. Vəziyyətin yöndəmsizliyinə baxmayaraq

23 aprel
.

Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO

Almaniya prezidenti Frank Valter Ştaynmayer Türkiyədə rəsmi səfərdə olan zamanı rəngli görüntülər qeydə alınıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ştaynmayer Almaniyanın Tarabyadakı səfirliyinin yay iqamətgahında dönər kəsərək ətrafdakıları qonaq edib. O, bildirib ki, Almaniyada dönərdən dah

23 aprel
.

Yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb QAÇDI

Türkiyənin Bursa şəhərində yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Baş verən davada 16 yaşlı gənc anasına qışqıran atasına bıçaqla xəsarət yetirib. Hadisə saat 23:00 radələrində evdə baş verib. 42 yaşlı ata və 38 yaşlı ana arasında evdə mübahisə baş verib

23 aprel
.

Qadın ticarət mərkəzinin 5-ci mərtəbədən özünü atıb - VİDEO

Türkiyənin İstanbul şəhərindəki ticarət mərkəzində qadın 5-ci mərtəbədən özünü atıb. xarici mediaya istinadən xəbər verir ki, qadın ticarət mərkəzinin döşəməsinə yıxılaraq hadisə yerində dünyasını dəyişib. Əldə edilən məlumata görə bu yaxınlarda həmin ticarət mərkəzində bir nəfər də həyatına son qoyub

22 aprel
.

Məşhur yarışmanın iştirakçısı keçmiş sevgilisi tərəfindən öldürdü: "Instagram"da paylaşdığı... -FOTO

Türkiyənin məshur "İşte benim stilim" yarışmasının iştirakçısı olan Yağmur Taktaş keçmiş sevgilisi tərəfindən öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, stil yarışmasının iştirakçısı Yağmur Taktaşın Amerikada keçmiş sevgilisi tərəfindən öldürüldüyü iddia edilib. Keçmiş sevgilinin qətldə

22 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

22 aprel
.

29 yaşlı qadın canlı yayımda ərinə zəng edib hər şeyi ETİRAF ETDİ: "19 yaşlı oğluna qoşulub qaçdım" - VİDEO

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı. xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb. 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canl

23 aprel