Kişi mollalara maşın verildi, bəs qadınlara? - Dini Komitə "səs-küylü məsələ"yə AYDINLIQ GƏTİRDİ

Kişi mollalara maşın verildi, bəs qadınlara? - Dini Komitə "səs-küylü məsələ"yə AYDINLIQ GƏTİRDİOktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Khazar SD" markalı avtomobillərin açarları təqdim olunub.

Həmçinin, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Maraqlıdır ki, ölkədə qadın mollalar olsa da, avtomobillərin hədiyyə edilməsi prosesində onların adına rast gəlmədik.

Bu nə ilə bağlıdır?

Gələcəkdə bu siyahıya qadın mollalar da daxil edilə bilərmi?

Həmçinin, mollalara maşın verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Niyə məhz mollalar? Məsələ ictimaiyyət arasında və sosial şəbəkələrdə "səs-küy" doğurub.

Bu və ya digər suallarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Arana müraciət etdik. O, Modern.az-a açıqlamasında deyib ki, rəsmi qadın mollaların sayı çox azdır.

"Yəqin ki, gələcəkdə qadın mollalara da belə hallar şamil olunar. Amma deyim ki, Azərbaycanda 99,9% din adamları kişilərdir. Rəsmi qadın mollaların sayı barmaqla sayılacaq qədərdir. Kimlərsə mollalıq edə bilər. Ancaq onların rəsmi statusu yoxdur. Özbaşına gedib mollalıq edirlər".

Komitə rəsmisi qadın mollaların rəsmi ad almamasına da aydınlıq gətirib:

"Qadın mollalar var ki, onlar məsciddə azlıq təşkil edir. Bir çox məscidlərdə isə qadın molla yoxdur. Olmayan bir şeyə necə ad qoyaq?! Bəlkə də gələcəkdə qadın mollaların sayı arta bilər. O zaman onlara uyğun ad fikirləşmək olar. Hazırda adları elə "qadın molla" olaraq gedir. Tarixdən üzü bu yana molla ancaq kişilər olub. Qadınlar azlıq təşkil edib. Məsələn, Azərbaycanda dini icma sədri olan bir ya da iki nəfər qadının adını çəkmək olar. Üçüncüsünü isə xatırlamıram. Onlardan biri də Ağcabədidədir".

Səyyad Aran qadınların ali dini təhsil alması məsələsindən də danışıb:

"Məclislərdə mollalıq edən qadınlar bunu özfəaliyyət səviyyəsində öyrəniblər, kurs keçməyiblər. Doğrudur, Azərbaycanda vaxtilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı İslam Universitetində qızlar da təhsil alırdı. Amma onların əksəriyyəti ya ailə həyatı qurub, ya da ixtisaslarını dəyişərək molla olmaqdan imtina ediblər. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində oranı bitirib çalışan qadınlar var. Amma onlar sırf qadın məclisi aparan molla deyillər. Onlar təhsilli din xadimləridir.

Əgər həmin təhsilli qadınlar məsciddə rəhbər vəzifədə çalışsalar, onlar da kişi din xadimlərinə verilən imtiyazlardan yararlana bilərlər. Sadəcə, sərbəst fəaliyyət göstərən molla qadınların heç bir qeydiyyatı yoxdur. Bunun üçün qadın mollalar imtahan verməlidirlər. Əgər qadın molla imtahan verib keçərsə, onu rəsmi qaydada hər hansı məscidə vəzifəyə çəkmək olar. Yoxsa ki, kənardan gəlib "mən də molla qadınam. Mənə də maşın verilsin" deyilə bilməz. Təcrübədə belə hal yoxdur. Əgər hansısa molla qadının ürəyindən məsciddə rəsmi vəzifə daşımaq keçirsə, imtahan verməlidir".

Komitə sədrinin I müavini nə üçün mollalara maşın verildiyini də açıqlayıb:

"Maşın alan mollalar nüfuzlu din xadimləridir. Bunu Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə həyata keçirdik. Biz hər mollaya maşın vermirik. Biz xalq içində böyük nüfuzu olan din xadiminə maşın veririk".

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya "NAZ Lifan 330" markalı avtomobillər verilib.

Sosial   Baxılıb: 1438   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Avropa otelin yanında sərfəli qiymətə mənzil satılır

Çox təcili, Yasamal rayonu, Nizami metrosu tərəfdə, İzmir küçəsində, Avropa Otelin yanında, 100% yaşayışlı yeni binada, qazlı, chixarışlı (kupçalı), 1-2-yə düzəldilmiş, 70 kvadratlıq, əşya ilə birgə, 8 ilin təmiri olan, hal hazırda 700 Azn-nə icarəyə verilən, şəhərə gözəl mənzərəsi olan, məkəzi istili

12 oktyabr 2018

Azərbaycanda yüksək vəzifəli məmura AĞIR İTKİ - FOTO

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərova ağır itki üz verib.. . Musa Ələkbərovun atası Məhəmmədəli Ələkbərov dünyasını dəyişib.. . Allah rəhmət etsin!. . . . . . . . . goldnews

11 oktyabr 2018

Azərbaycanda şagirdləri "orqan mafiyası" qaçırıb böyrəyini çıxarır? - Qadının FOTOSU YAYILDI

Sosial şəbəkədə uşaq oğurluğu və orqan alveriylə məşğul olduğu iddia edilən qadının fotosu yayılıb.. . Sözügedən şəxsin və bir neçə başqa qadının iştirakıyla məktəblilər oğurlanaraq, orqanları çıxarılır. İddialara görə, bir neçə gün öncə Qubada bir uşaq oğurlanaraq böyrəyi çıxarılıb. Səs yazısında həmçini

11 oktyabr 2018

11 oktyabr - Beynəlxalq Qızlar Günüdür

Bu gün bütün dünya Beynəlxalq Qızlar gününü qeyd edir.. . Sonxeber.az xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

11 oktyabr 2018

Kolbasa və sosiska alanların nəzərinə - DİQQƏTLİ OLUN!

Azərbaycanda ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlanıb.. . Bu barədə Azərbayca Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sonxeber.az-a məlumat verilib.. . "Digər qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri kim

11 oktyabr 2018

Dünya Santa Klausları bir araya gəldi: "Evə səs salmadan girin" – VİDEO

Yaponiyada Dünya Santa Klauslarının maraqlı sammiti baş tutub. . Baş tutan sammit qeyri-adi mövzularla yadda qalıb.. . ARB TV xəbər verir ki, Yaponiyada təşkil olunan sammitdə gündəliyin əsas məsələsi olan yeni il hədiyyələrinin çatdırılması vərdişlərinin təkmilləşdirilməsi məsələsi müzakirə edilib.

11 oktyabr 2018

Hava kəskin SOYUYACAQ, leysan, dolu düşəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.. . Nazirliyin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-dən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi

11 oktyabr 2018

Bakıda daha bir avtobus sürücüsündən özbaşınalıq: Şagirdləri görün necə daşıyır - VİDEO

Bakıda avtobus sürücüsünün normadan çox adam yığmasının əks etdirən video paylaşılıb.. . Sonxeber.az Azxeber.com-a istinadən məlumat verir ki, videoda Bakının Albalılıq qəsəbəsində hərəkət edən avtobus sürücüsü qanunlara məhəl qoymadan şagirdləri avtobusa mindirib.. . 107 nömrəli avtobusun sürücüsü məktəblilər

11 oktyabr 2018

Ukraynalıları təhqir edən azərbaycanlı tələbələrin yeni videosu yayıldı: Üzr istəyirik - VİDEO

Xəbər verdiyimiz kimi, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin tanınmış bloggeri təhdid videosu yayımlanıb.. . Sonxeber.az azxeber.com-a istinadən xəbər verir ki, Youtube kanalında yerləşdirilən videoda Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin qadağa

11 oktyabr 2018