Azərbaycanlı gənc Gürcüstanda son məhkəməyə çıxacaq? - Ermənistan əleyhinə statusa görə...

Azərbaycanlı gənc Gürcüstanda son məhkəməyə çıxacaq? - Ermənistan əleyhinə statusa görə...Aprel döyüşlərində Azərbaycana verdiyi dəstəyə görə qonşu Gürcüstanın güc strukturları tərəfindən barəsində cinayət işi qaldırıldığı bildirilən Gürcüstan azərbaycanlısı Orxan Abbasov adlı gəncin oktyabrın 29-da son məhkəməsi olacağı gözlənilir.

Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb:

"Bütün müsəlman və azərbaycanlı qardaş və bacılardan dəstək olmalarını xahiş edirik.
Bir müsəlman və azərbaycanlı gəncə qarşı Gürcüstan dövlətinin zülmünə səssiz qalmayaq. Oktyabrın 29-u Orxan Abbasovun son məhkəməsidir. Bəraət ala bilməsə, 2 ildən 6 ilə kimi həbs oluna bilər. İctimailəşdirək və dəstək olaq...".

Xatırladaq ki, Orxan Abbasovun özünün bir müddət öncə Azərbaycan saytlarına verdiyi məlumata görə, o, Aprel döyüşləri gedən zaman Facebook-da Azərbaycana dəstək xarakterli status yazıb.

"Statusda bir neçə məsələyə işarə etdim. Statusumdakı fikirlər, Gürcüstan güc strukturalrı tərəfindən cinayət kimi dəyərləndirilib. Statusda mən Ermənistanın Tiflisdəki səfirliyi qarşısında aksiya keçirilməsini, o cümlədən Ermənistanın Tiflisdəki səfirinə qarşı müxtəlif ifadələr işlətmişəm. Bundan sonra mən Gürcüstan Təhlükəsizlik Xidmətinə dəvət edilmişəm. 6 min lari girov müqabilində ev dustaqlığına buraxılmışam. Lakin indi məsələ yenidən qabardılıb və mənim həbsim üçün proses gedir. Azərbaycanlı olaraq Azərbaycanda baş verən hadisələrə həyəcan və narahatçılığımı bildirərək status yazmışam. Lakin bu, güc stukturları tərəfindən "terrorizmə çağırış maddəsi"lə yenidən gündəmə gətirilib və 21 gün Facebook-da qalan və sonradan silinən (red: hazırda screen güc stukturlarındadır) statusa görə həbsim üçün hazırlıq gedir. Rəsmi ittihamda qeyd edilir ki, barəmdə Ermənistanla Azərbaycan arasında 2016-cı ildə baş verən döyüşlər zamanı Qarabağın azadlığı üçün yazdığı statusa görə, cinayət işi açılıb", - Orxan Abbasov bildirib.

Qeyd edilir ki, Orxan Abbasov Bakı İslam Universitetində təhsil alıb, hazırda Tblisi Dövlət Univerisitetinin Sosial və Siyasi Elmlər Fakültəsində oxuyur. Ona qarşı Gürcüstan CM-nin 330 maddəsinin 2-ci bəndinə əsasən "terrorizmə çağırış" olaraq cinayət açılıb.
O da maraqldır ki, bu ilin iyul ayında mediaya açıqlama verən Gürcüstan parlamentinin "Vahid Milli Hərəkat" partiyasından olan deputatı Azər Süleymanov bir sıra KİV-in bu barədə yaydığı məlumatı şərh edərkən bildirib ki, Gürcüstanda 2016-cı ilin aprel döyüşləri vaxtı sosial şəbəkələrdə Ermənistan əleyhinə status yazan virtual azərbaycanlı mühakimə edilir. Azər Süleymanovun sözlərinə görə, real həyatda heç kəs, hətta hüquq-mühafizə orqanlarının əməkdaşları belə, Orxan Abbasın üzünü görməyib.

"Ola bilsin, bu, onun əsl ad-soyadı deyil. Biz Abbasovla əlaqə yaratmağa çalışdıq. Lakin o, telefonlara cavab vermir. Biz heç dəqiqləşdirə bilmirik ki, günahlandırılan şəxs Orxan Abbasdır. Ona qarşı cinayət işi açılıb. Lakin hələlik onun həbsindən söhbət getmir. Çünki o, virtual olaraq şübhəli sayılır", - deputat bildirib.

Süleymanovun sözlərinə görə, bəzi məlumatlarda deyildiyi kimi, O.Abbasov səfiri girov götürmək barədə çağırış etməyib. O, sadəcə Gürcüstandakı Ermənistan səfirliyinin binası önündə piket keçirməyi təklif edib.
Güman edirik ki, Azərbaycanın Gürcüstandakı səfirliyi tezliklə məsələyə aydınlıq gətirəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 723   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel