Dəlicəsinə ədalətli Etimad belə də ölməliydi...

Dəlicəsinə ədalətli Etimad belə də ölməliydi...Etimad İsmayılovun qətl xəbərində diqqəti çəkən ilk məqam bu idi: qatil iki güllə başına, bir güllə ürəyinə vurub.

Bu, əsəbin, hikkənin, mübahisənin nəticəsi deyil; bu, killerlikdir, düşünülmüş qətldir, çünki qatil "yoxlama atəşi" də açıb sanki.

Kim idi Etimad?

Etimad İsmayılov sıradan bir iş adamı deyildi və bəlkə, ümumiyyətlə, ona iş adamı demək də özünü doğrultmur. Etimad fikir, düşüncə adamıydı, həyata fərqli bir baxışı vardı və illər öncə bir dəfə müsahib olduğum bu şəxs haqda hələ o zaman "Ağılsızcasına ədalətli bir insan" demişdim.

Hə, Etimad bəy əsəbi, çılğın, bir az dəlisov idi, qürurluydu, bu da daxilində ədalətsizliklə barışmamağından irəli gəlirdi. Tam fərqli bir insan idi – o qədər ki, öz maraqlarına zidd olmasına baxmayaraq, hətta canı, taleyi bahasına heç bir xüsusi səbəb olmadan ədaləti müdafiə edirdi. Elə onun atasının yaxın adamı ilə mübahisəsi də bu "heç nə" üstündə başlamışdı.

Bədəlini bir fərqli formada – Çelyabinskdə 3 il türmə həyatı yaşamaqla ödədisə də, yolundan və mövqeyindən dönmədi.

Onun xarakterində adam Rusiyada yaşaya bilməzdi və yaşamadı da. Ancaq İstanbul da Etimad bəyin yeri deyildi.

Onu tanıyanlar nə danışır?

Deyirlər, İstanbulda yanına vaxtaşırı azərbaycanlılar gəlirdi: hansısa iş, ya müalicə üçün gedib, çətinliyə düşəndən tutmuş pulunu sonacan xərcləyib geri qayıda bilməyənə qədər.

Deyirlər, Floriyadakı ofisinə dəstək üçün müraciət edən heç kim naümid qayıtmırmış: Etimad bəy hər zaman gücü çatan dəstəyi göstərirmiş.

İnanıram, çünki adamı qısa müddət tanıma fürsətim olub.

Maraqlı həmsöhbət idi, ölkəsini sevirdi, türk dünyasına, bu ideologiyaya öz baxışı, yanaşması vardı. Əgər başqa zamanda doğulub, başqa mühitdə yaşasaydı, yaxşı bir ideoloq da ola bilərdi: qarşısındakına ideoloji sevgisini aşılamaq gücündə idi, fanat ədalətliliyi isə onun obrazını tamamlayırdı.

İstanbul azərbaycanlıları niyə yeyir?

Əslində, Rusiya azərbaycanlıları daha çox "yeyir": vaxtaşırı olaraq bu ölkədə öz qılıncımızın öz başımıza endiyini eşidirik; tez-tez hansısa səbəbdən soydaşlarımız bir-birini öldürür, sanki qanımıza susamışıq.
Amma İstanbul fərqlidir. Burda iş adamlarımızın ölüm xəbəri çox nadir hallarda gəlir, ancaq bu o demək deyil ki, İstanbul azərbaycanlıları udmur.

Böyük meqapolislər ömrü udur, həyat o qədər qaynar olur ki, insanlar "itirlər", "yoxa çıxırlar" – özlərinə başları qarışır və parlaq insanlar belə kölgələşir.

Etimad da kölgələşmişdi.

Ancaq Etimad bəy "yataqda ölmək üçün" doğulanlardan deyildi – kölgədə illərlə qalıb, qocalıb ölə bilməzdi, necə ki Çelyabinskdə gəncliyini rahat başa vura bilməmişdi.

Təəssüf ki, bu cür ölümüylə "kölgədən" çıxdı.

66 yaşlı qatil-polkovnik

Gözəl Dəmirov haqda Mahmud Hacıyevin açıqlaması var, çox müsbət xarakterizə edib onu. Mənsə G.Dəmirovun DİN-də idarə rəisliyi ilə bağlı tam fərqli informasiyalar almışam.

Burda onlardan bəhs etməyə və G.Dəmirovun hansı tip adam olduğu barədə müzakirə açmağa ehtiyac görmürəm. Maraqlı olan qətl səbəbidir.

G.Dəmirov istintaqa deyib ki, E.İsmayılov şirkətinin 2 faiz səhmini onun adına keçirməli imiş, keçirməyib, o da evə gedib, silahını götürüb və gəlib öldürüb. Deyib, o Etimadı öldürməsəymiş, Etimad onu və ya ailə üzvlərini öldürəcəkmiş.

Məncə, qatil Etimad İsmayılovun özünü öldürəndən sonra ruhuna da hücum çəkir. Əgər həqiqətən onun haqqı çatsaydı, Etimad bəy səhm payını sözsüz ki verərdi – Azərbaycanda, Bakıda tanıdığımız Etimad bəy belə biriydi. Bu illər ərzində İstanbulda dəyişmişdimi?

İnanmaq çətindir. Çünki o xarakterli insanlar dəyişmir – xüsusən, 40-dan sonra qəti "düzəlmirlər".

Digər tərəfdən, 2 faizlik səhmin 4 milyon dollar olduğu bildirilir. E.İsmayılov düşüncəsində olan tiplərin adətən bütöv səhm paketi 200 milyon dollar olan şirkəti olmur - əllərinin açıqlığı buna imkan vermir.

Üçüncüsü, E.İsmayılov səhmi onun adına keçirməmişdisə, evə gedib, silahlanıb, geri qayıdıb, 4 milyona görə onu düşünülmüş formada öldürmək 66 yaşlı polkovnikin nəyinə lazım idi? Peşəkar polis işçisi olmuş bir adam türmədə ölməyi niyə seçməli idi?

Yoxsa, Etimad bəy sifariş edilmişdi?

Artıq hər şey gecdir...

Etimad İsmayılov sifarişləmi qətlə yetirilib, yoxsa G.Dəmirovun əsəbinin qurbanı olub – bu, artıq heç nəyi dəyişmir.

Dəyişən odur ki, daha bir azərbaycanlı növbəti azərbaycanlını ölkədən kənarda, həm də namus üstə, vətən üstə, qan qisası, qeyrət üstə yox, PUL üstə qətlə yetirdi.

Qətlə yetirilən həm də fikir adamıydısa, qərib eldə azərbaycanlıların ümid çırağıydısa, bu, mənzərəni bir az da tündləşdirir. Demək, təkcə bir evin çırağı sönmədi, həm də qərib eldə yanan çıraqlarımızdan biri azaldı...

axar.az
müəllif Anar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1746   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d

29 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - FOTO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Qərbi azərbaycanlılar ümidlə o günü gözləyirlər: həsrətə nə vaxt son qoyulacaq? - VİDEO

Göyçə mahalının Basarkeçər rayonunun 37 kəndindən biri olan Qaraqoyunlu kəndi. 1988-ci ildə ardı-arası kəsilməyən daşnak terror qrupları təzyiqlərə məruz qalan kəndin əhalisi Azərbaycanın yaratdığı reallıq sayəsində ömürlərinin qalanını öz yurdlarında firavan yaşayacaqlarına əmindirlər. xəbər verir ki

29 mart
.

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə "Prius"un aqibəti necə olacaq?

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti il

29 mart