Qaşıqçı kimdir: qətl səbəbi və böyük müəmma - Sensasiya

Qaşıqçı kimdir: qətl səbəbi və böyük müəmma - SensasiyaSonxeber.az axar.az-a istinadən türkiyəli jurnalist, yazar Ömür Çelikdönməzin Camal Qaşıqçı hadisəsi ilə bağlı "Kafkassam" nəşrində dərc olunan yazısını təqdim edir:

Aristotel məntiqi dialektikası ilə tənqid edildiyi halda Camal Qaşıqçı rejim müxalifi idi və ölüm əmri Ər-Riyaddan verildi. Konsulluğa girdikdən sonra aqibətinin hələ də məchul olması, səudiyyəlilərin ictimaiyyəti razı salacaq vizual məlumatları paylaşmaması bütün məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyur. Qaşıqçının konsulluqda əvvəlcə dindirildiyi, işgəncə ilə öldürüldüyü, cəsədinin 15 hissəyə bölündüyü və konsulluq binasından bu şəkildə çıxarıldığına dair şəhər əfsanələri mövcuddur. Bir qismi səudiyyəli rəsmi şəxslər olan 15 Səudiyyə Ərəbistanı vətəndaşının 2 təyyarə ilə İstanbula gəlib eyni saatlarda konsulluqda olmaları və daha sonra oradan ayrılaraq gəldikləri ölkəyə geri döndükləri məlumatı digər məlumatlarla yan-yana tirajlananda ortaya bu mənzərə çıxdı: İŞİD və sələfi vəhşəti ilə qarışdırılmış vəhhabi təfəkkürünün bədəvi xarakterinin törətdiyi bir cinayət hadisəsi. Qaşıqçının yoxa çıxdığı gün konsulluqdakı 28 türk vətəndaşına diplomatların toplantısı olması səbəbilə işdən icazə verilməsi və təhlükəsizlik kameralarının çalışmaması kimi iddialar isə bu hadisənin sadəcə duzu-bibəridir. Bu cür şayiələr insanın qanını dondurur. Deyəsən elə məqsəd də budur.

"Qaşıqçını ortadan qaldıran mənbə ictimaiyyəti yanıltmaq üçün ilk baxışda məntiqli görünə biləcək arqumentlər irəli sürür. Hadisəni dramatikləşdirən məqam Qaşıqçının türk nişanlısı ilə evlənə bilmək üçün Səudiyyə Ərəbistanından tələb etdiyi sənədin arxasınca düşməsidir. Bir az romantizm, bir az dram, bir az faciə və bir az da casusluq hekayəsinə bənzəyir. Ssenariyə inanmağımızı istəyənlər Qaşıqçının Vaşinqton, London və İstanbul xəttində dolaşdırılmasının tələ olduğunu yaxın çevrəsinin dilindən iddia edirlər.

Qaşıqçı sözügedən sənədi almaq üçün Səudiyyə Ərəbistanının Vaşinqton səfirliyinə müraciət edir. Oradakılar bu sənədi London səfirliyinin verə biləcəyini qeyd edir. Qaşıqçı İngiltərəyə gedir, hətta orada bir televiziya proqramına qonaq olur. İkinci ünvanı Səudiyyə Ərəbistanı səfirliyi olsa da, əliboş qayıdır. Londondakı səfirlik personalı İstanbuldakı Baş Konsulluqla danışdıqlarını və sənədi onların hazırladığını bildirir. İstanbula gələn Qaşıqçı elə burada da yoxa çıxır. Bu hekayə mənə inandırıcı gəlmədi. Niyə?

Çünki Camal Qaşıqçı Səudiyyə Ərəbistan Kəşfiyyat Xidmətinin dördüncü rəhbəri və Səudiyyə Ərəbistanının ABŞ-da səfiri vəzifələrində çalışmış Türki Faysalın müşaviri olmuş bir şəxsdir. Həm təcrübəli bir kəşfiyyatçıdır, həm də adi bir jurnalist deyil, Səudiyyə Ərəbistanının qara qutusu hesab olunan biridir. Ona tələ qurulduğunu hiss edə biləcək potensialı olmaqla bərabər, istər Türkiyə, istər ABŞ, istərsə də İngiltərə kəşfiyyatında Qaşıqçıya xəbərdarlıq edə biləcək dostlarının olduğunu da söyləmək olar.

Camal Qaşıqçıya nə oldu və ya hansı qüvvə onu nəyə görə aradan götürdü?

İngiltərənin "Tayms" nəşri dünənki yazısında Qaşıqçının başına gələnlərin vəliəhd Məhəmməd bin Salmanın yüksəlişini coşğu ilə qarşılayan İngiltərəni də maraqlandırdığını gündəmə gətirdi və Salman iqtidara gələrkən islahatçılığın mütəmadi şəkildə tərif olunduğu xüsusilə vurğulandı. Bu yazıdan çıxan nəticə ingilislərin Camal Qaşıqçı hadisəsində tərəf olmalarıdır.

İngilislərin rəsmi mövqeyi də bu müstəvidədir. Belə ki, İngiltərə XİN də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna girdikdən sonra yoxa çıxan Camal Qaşıqçı hadisəsi ilə bağlı ittihamların son dərəcə ciddi olduğunu, Səudiyyə Ərəbistanı hökuməti ilə həqiqətlərin təcili şəkildə ortaya çıxarılması üçün çalışdıqlarını açıqladı. BBC (türkcə) xidmətinin fikrincə, Camal Qaşıqçı yaxınları üçün sadəcə bir jurnalist deyil, beynəlxaql nüfuzu güclü, Səudiyyə Ərəbistanının keçmiş rejiminə yaxın bir siyasi fiqurdur və keçmiş hakimiyyətlə vəliəhd arasındakı iqtidar mübarizəsində yoxa çıxdı.

Amerikalılar da başqa cür qəribədir. ABŞ nəşrində yazılıb-pozulanlara görə, türklər bu məsələdə Şərq hiyləgərliyinə əl atıblar. Bu mövqe rəsmi açıqlamalarda da müşahidə olunur. Məsələn, Tramp administrasiyasından iki yüksəkçinli rəsmi əllərində Türkiyə hökumətinin "Qaşıqçı öldürüldü" iddiasını təsdiqləyəcək bir məlumat olmadığını söylədi. Demək ki, bildikləri nəsə var. Mayk Pompeo və Trampın kürəkəni Cared Kuşnerin Məhəmməd bin Salmanla yaxın münasibətləri var. Vəliəhd Tramp hökumətinin İranı təcrid etmək və iqtisadi olaraq küncə sıxışdırmaq planlarının əhəmiyyətli bir parçasıdır. Bəs Camal Qaşıqçı vəliəhdin ona zərər vuracağından qorxaraq ölkəsindən ayrılıb ABŞ-da məskunlaşmamışdı? Burada necə də böyük təzad var!

Camal Qaşıqçı vasitəsilə Türkiyəyə təzyiq göstərilməyə çalışıldığına dair fikirlərdə jurnalistin Prezident Ərdoğana və AKP siyasətçilərinə yaxın olması vurğulanır. Məsələn, AKP sədrinin müşaviri Yasin Aktay Səudiyyə Ərəbistanı vətəndaşı olan jurnalistlə konfranslardan birində tanış olduqlarını və bir müddət sonra münasibətlərinin dostluğa çevrildiyini söyləyir.

Qaşıqçı Körfəz sərmayəsinin Türkiyəyə gəlməsində vasitəçilik edən bir şəxsdir. Nə dərəcədə doğru olduğu bilinməsə də, Türkiyədə bəzi QHT və media qurumlarının maliyyələşməsinə dəstək olduğuna dair məlumatlar var.

ABŞ və Səudiyyə Ərəbistanı hökuməti arasında neft istehsalının artırılması və qiymətlərin aşağı salınması ilə yaşanan böhran artıq yavaş-yavaş meydan oxumaq mərhələsinə doğru irəliləyir. Bəlkə də Qaşıqçı hadisəsi beynəlxalq platformalarda Səudiyyə Ərəbistanın məhkum edilməsi prosesini başlada bilər. Görəsən bu hadisə Ərəbistanın üç yerə bölünmə prosesini fikirdən reallığa keçirə bilərmi?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1348   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamilə qadın öldü, körpəsi isə yaşayır

Adanada elektrikli velosipeddən yıxılan 9 aylıq hamilə qadın avtobusun altında qalıb. xarici mediaya istinadən xəbər verir ki, ana vəfat edib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları 9 aylıq hamilə olan xəstəxanaya aparılıb. Həkimlər anaın bətnindəki körpəni cərrahi yolla çıxarıblar

18 aprel
.

1 yaşlı körpənin faciəvi ölümü: eyvanda oynarkən...

8-ci mərtəbədən yıxılan 1,5 yaşlı körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Əldə edilən məlumata görə, binanın eyvanında oynayan 1,5 yaşlı uşaq 8-ci mərtəbədəki evlərinin eyvanından yıxılıb. Ətrafdakı insanlar cəld sağlamlıq qruplarına məlumat verib

18 aprel
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18 aprel
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18 aprel
.

Təcili yardıma 2 min dəfədən çox zəng edən qadın həbs edildi

İngiltərə polis agentliyi olan Metropolitan Polisi (MET), təcili yardım çağırış mərkəzini 3 il ərzində 2 mindən çox zənglə məşğul saxlayan qadını həbs edilib. xarici mediaya istinadən xəbər verir ki,qadının 5 il həbs cəzasına məhkum edildiyini açıqlanıb. MET bu gün verdiyi açıqlamada Sonia Nixon adl

19 aprel
.

11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO

İranın Şiraz şəhərində 11 yaşlı qız şəxsi evində paltar satan 50 yaşlı qadını bıçaqlayaraq öldürüb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb. Məlumata görə, qatilin 40 yaşlı anası isə öldürülən qadının qızını yaralayıb. 11 yaşlı qızın cinayəti törətməsinə səbəb satıcını

19 aprel
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. -ə istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehinə 234 səs, Riksdaqdak

18 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Dünyanın ən təmizkar ölkələri məlum olub

Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər. Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir. Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir

17 aprel