Lotu Quli həbsindən bir gün əvvəl 200 avtoriteti İstanbula niyə toplayıb? - ŞOK DETALLAR

Lotu Quli həbsindən bir gün əvvəl 200 avtoriteti İstanbula niyə toplayıb? - ŞOK DETALLARÖtən bazar günü – oktyabrın 7-də İstanbulda Fatehin rayonunun mikrorayonlarından birində, Aksarayda Qafqazdan və Mərkəzi Asiya ölkələrindən olan kriminal avtoritetlərin yığıncağı keçirilib.

Bu haqda haqda Özbəkistandan olan iki mənbə "Azadlıq" radiosunun yerli xidmətinə bildirib.

Yığıncağa Lotu Quli adı ilə tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifov sədrlik edirdi.

​"Hazırda Türkiyədə yaşayan Lotu Quli Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan "qanuni oğrular"ın böyük yığıncağını keçirdi. Yığıncağa Lotu Quli ilə birlikdə on kriminal avtoritet və onların təxminən qırx mühafizəçisi gəlmişdi. Yığıncaqda Mərkəzi Asiyadan olan "qanuni oğrular"ın "Səmərqənd Axtamı" ləqəbli lideri iştirak edirdi. Bundan başqa, yığıncaqda Özbəkistanın kriminal dünyasının təxminən 100 nümayəndəsi iştirak edir. Onlar hazırda İstanbulda yaşayırlar. Qazaxıstandan 30, Qırğızıstan və Tacikistandan isə 50 "qanuni oğru" İstanbula gəlmişdi", - yığıncaqda iştirak etmiş özbək kriminal avtoritet deyib.

Yığıncağın daha bir iştirakçısı danışır ki, bu keçmiş Sovet İttifaqı ölkələrindən kriminal avtoritetlərin ən böyük yığıncaqlarından biri idi.

Orada bir sıra mübahisəli məsələlərin, o cümlədən "obşak"a daxil olan pulun necə xərclənməsi məsələləri müzakirə edilib. Bundan başqa, ən böyük özbək iş adamı və avtoritetlərdən birindən "obşak"dan götürülmüş pulun qaytarılması tələb olunub.

Mənbələrin sözlərinə görə, yığıncaq zamanı Nadir Səlifov bildirib ki, Özbəkistandan meyvələrin və tərəvəzlərin ixracıyla məşğul olan özbək oğru 2010-cu ildə "Obşak"dan 10 milyon ABŞ dolları götürüb. Səlifov şərt qoyub ki, pul 2019-cu ilin əvvəlinə kimi qaytarılmalıdır. Lotu Quli qeyd edib ki, borcun geri qaytarılmaması halında, özbək sahibkarı kriminal dünyanın qaydaları üzrə cəzalandırılacaq.

Xatırladaq ki, Lotu Quli sözügedən yığıncaqdan bir gün sonra - oktyabrın 8-də İstanbulda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İstanbulda təşkil etdiyi əməliyyat nəticəsində saxlanılmışdı. Türkiyə KİV-inin yazdığına görə, Nadir Səlifov Türkiyə Cinayət hüququnun iki maddəsi üzrə sorğulanıb. Birincisi, iki il əvvəl onun azərbaycanlı avtoritet Rövşən Caniyevin qətlində onun əlinin olub-olmaması ilə bağlıdır.

İkincisi, onun Rusiyada axtarışda olması, Rusiya bazarlarında işləyən azərbaycanlılardan pul toplaması ilə bağlıdır.
Oktyabrın 9-da isə Nadir Səlifov azadlığa buraxılıb./publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3421   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Həmin gün həkimə getməli idi, amma qətli polisə etiraf etdi"

"Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir. "Qafqazinfo"nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda sonuncu şahidlər ifadə veriblər. Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı

22 fevral
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi - Həbs edildi

Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib

26 fevral
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Qaçırılan qızın öldüyü hadisə ilə bağlı hökm oxundu - "Maşını 150 ilə sürürdü"

Ötən ilin sentyabr ayında Quba rayonu ərazisində 23 yaşlı İnci Səfərlinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, qəzanı törədən sürücü, 22 yaşlı Nihat Nəsirov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Qub

28 fevral
.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart
.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədə

2 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart